Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

“Yumurta işi”nin arxasında mafiya dayanıb -Vəkil ittihamlara cavab verdi

 

Məşhur “Xəmsə” şadlıq sarayı və bir sıra başqa biznes obyektlərinin sahibi Mürvət Həsənli ilə türk iş adamı Ömür Oralın məlum çəkişməsi davam edir.

Yenixeber.org:   Bir müddət əvvəl Ö.Oralın DİN rəhbərliyinə müraciəti əsasında saxlanılaraq dindirilən M.Həsənli növbəti günlərdə ağır xəstəliklə əlaqəli xəstəxanaya üz tutmuşdu.

Tanınmış hüquqşünas, Ö.Oralın nümayəndəsi Aslan İsmayılov isə bu çəkişmədən dolayı özünün sosial şəbəkədəki divarında status yazıb. Həmin statusdan bəzi hissələri təqdim edirik:

“Bunlar üçün namus, qeyrət, şərəf, hər şey pul imiş. Mürvətin dediyi kimi, bu işin arxasında həqiqətən böyük bir mafiya dayanıb. Mənim isə geri çəkilmək fikrim yoxdur. Nə həbs, nə də ölüm məni qorxutmur. Haqqımda yazılanları da yoxlayın, bunların nə qədər şərəfsiz, böhtançı olduğunu görün”.

A.İsmayılov qeyd edir ki, haqqında M.Həsənlinin dostu, özünü Türkiyə rəhbərlərinə çox yaxın adam kimi göstərib dələduzluqla məşğul olan Hızır Ekşi adlı birnin səs yazısı yayılıb: “Guya mən onun 40 min dollarını alıb qardaşının işini görəcəm deyib aldatmışam. Bəli, Hızır adlı birisini tanımışam. Onun haqqında mənə Bakıda yaşayan, nahar edən vaxt gördüyüm və tanıdığım Sedat adlı bir türk xahiş edib. Bu böhtançının Halil adlı qardaşı Gürcüstanda cinayət törətdiyinə görə «İnterpol» tərəfindən axtarışda olub. Gürcüstandakı əməllərini Bakıda da davam etdirmək üçün Bakıya gələndə hava limanında saxlanılıb. Hansı yollasa bunu bir günlük işini qaydasına qoymaq üçün azad ediblər. Sedatla birlikdə yanıma gələn Halil türk olduğuna görə ona qarşı haqsızlıq edildiyini, qanunsuz olaraq axtarışa verildiyini bildirdiyindən bu işlə ciddi məşğul olub onun Gürcüstana deyil, Türkiyəyə göndərilməsinə nail oldum”.

A.İsmayılov qeyd edib ki, Gürcüstanda ən yüksək vəzifədə təmsil olunan bir çox şəxslərlə, o cümlədən həmin dövr parlamentin sədri olan David Usubaşvili ilə 1996-cı ildə Budapeştdə uzun müddət bir yerdə kurslarda oxumağım idi. Təxminən bir ya iki gün sonra Budapeştdə mənimlə oxumuş, vaxtilə Tbilisi Dövlət Universitetinin professoru olmuş Paata Tsonobeladze Gürcüstan Konstitusiya Komisiyyasının üzvü kimi Bakıya rəsmi səfər gəldi. Bir neçə gün mənim qonağım oldu, “Austin” hoteldə qaldı. Paata problemin həlli üçün Ekşigildən kimlərinsə Tbilisiyə, onun yanına gəlməsini istədi. Hızırla danışdıqda onların Tbilisidə nümayəndələrinin olduğunu və baş verənləri Paataya anladacağını dedi. Elə də oldu. Paata mənə zəng edib problemin nə olduğunu bildiyini, cinayət işinin şişirdilmiş olduğu və həll edəcəyini bildirdi. Bildirdi ki, bunun üçün axtarış ləğv olunmalı və Halil Tbilisiyə gəlib ifadə verməlidir. Əlavə olaraq dedi ki, qanuna görə Gürcüstanda məhkəmə hesabına 40 min dollar (bu qədər edəcək gürcü valyutası - lari) yatırılması vacibdir. Hızır bir nəfəri həmin məbləğlə Tbilisiyə göndərdi və həmin türk pulu əlbəəl Paataya verdi. Bu şərəfsizdən fərqli olaraq mən etiraf edirəm ki, Hızıra Paataya özüm kimi inandığımı və ona şübhə etməməsini bildirmişəm. Pulu qəbul edən kimi, Paata mənə zəng edib təxminən bir həftəyə axtarışın götürələcəyini dedi. Az sonra zəng edəndə Paata avtoqəzaya düşdüyünü bildirdi. Bir müddət sonra isə ümumiyyətlə telefonlarıma cavab vermədi. Bu müddət ərzində Hızırla demək olar ki, hər gün danışırdıq. Söhbət də əsasən kitabın fransız dilinə tərcüməsindən və çapa hazırlıq işlərindən gedirdi.

Paatanın məni aldadacağını heç vaxt ağlıma belə gətirmirdim. Bakıda olarkən son gün mənim evimdə Paata ilə birlikdə Gürcüstanda tanınmış alman şirkətinin nümayəndəsi İrina adlı xanım da olduğundan onu axtarıb Paatanı tapmasını istədim. Elə bu vaxtlar Paatanın Rusiyanın NTV kanalından Saakaşviliyə qarşı geniş bir çıxışını şəxsən dinlədikdən sonra özüm Tbilisiyə getdim. 2 gün ərzində onun hansısa problemlərə bulaşdığını və gizləndiyini öyrəndim. Dəfələrlə Paatanın evində, onun mənim evimdə qonaq olduğundan bu şərəfsiz Hızıra hadisəni söyləyib pulu tapıb istədiyi vaxt istədiyi yerə göndərə biləcəyimi dedim. Əvəzində o “Aslan abi, bu paralar mənim üçün heç nədi, Siz çalışın qardaşıma kömək edin” dedi. Bundan sonra Tbilisiyə gedib əvvəllər polis rəisi olmuş dostum Yasin müəllimin vasitəsi ilə ofisi Rustaveli prospektində yerləşən Ramaz Kvirikiya adlı çox tanınmış bir vəkil tutub qonorarını öz cibimdən ödədim. Halilin işi ilə bağlı bir neçə tikinti, texniki, mühasibatlıq ekspertizaları keçirildi və bir çox epizodlar ittihamdan xaric edildi. Halilin işi ilə bağlı dostum mənim tutduğum vəkillə bərabər Türkiyə Gürcüstan sərhəddinə gedib onunla da görüşüblər. Ondan da pulu Paataya verən türkün gəlib ifadə verməsini istəyiblər. Bu müddət ərzində bir nəfər millət vəkili gəlib Hızırın Türkiyə dövlət xadimləri adından onun 500 min ABŞ dollarını alıb aldatdığını dedi. Elə həmin şəxsin yanında Hızıra zəng edib məsələni araşdırdıqda Hızırın həqiqətən bir dələduz olduğunu bildim və ona irad tutdum. Bundan sonra münasibətlərimiz pozuldu. Buna baxmayaraq yenə Halilin işi ilə məşğul idim. Bu şərəfsizdən fərqli olaraq, mən kişiyəm və Paata ilə tanış etdiyimin məsuliyyətini daşıyırdım. Mürvət işi ortaya çıxandan sonra bu bir dəfə mənə zəng edib yüksək tonla danışdıqda, məni Paata ilə əlbir olmaqda ittiham etdiyinə görə cavabını aldı. Bu söhbətdən bir gün sonra, haqqımda pis fikir belə olmasın deyə Tbilisiyə gedib vəkil R.Kvirikiyadan hadisənin necə olması, Paatanın fırıldağı barədə prokurorluğa müraciət etməsini xahiş etdim. İşin uzanmasının yeganə səbəbi həmin şərəfsizin pulu Paataya kimin vasitəsilə verməsini bilməməyimdir. Bu şərəfsiz isə indi özü kiminin pulu hesabına mənə çirkab atmaq istəyir. Oğlumun adını bu işə qatmaq tam nakişilikdir. Oğlum Tbilisidə istirahətdə olarkən ondan bu şərəfsizin adamını Paata ilə tanış etməsini xahiş etmişəm. Yazışmaya gəlincə isə Azpolitika.info aramızda olan yazışmanın bir hissəsini qoyub. Elə o hissə də nəyin necə olduğunu göstərir. Yazışmanın hamısını versəydilər daha maraqlı və aydın olardı. Bu haqda olan bütün sənədləri yaxın zamanlarda Sizə təqdim edəcəm”.


“Yumurta işi”nin qısa məğzi ondan ibarətdir ki, Ö.Oralın sahiblərindən olduğu “Emre Piliç” şirkəti “Siyəzən Broyler” ASC-yə damazlıq yumurta satıb, həmin yumurtaların pulları isə “Siyəzən Broyler” ASC tərəfindən uzun illər Ömür Oralın Azərbaycandakı nümayəndəsi olan “Xəmsə-M” MMC-nin rəhbəri Mürvət Həsənliyə verilib. “Siyəzən Broyler” ASC tərəfindən 3,8 milyon ABŞ dolları M.Həsənliyə verilsə də, sonuncu “Emre Piliç” şirkətinə bu puldan cəmi 2,1 milyon ABŞ dollarını ödəyib, yerdə qalan 1,7 milyon dollarını isə verməyib. Ö.Orala bildirib ki, “Siyəzən Broyler” ASC bu pulları ödəməkdən imtina edir. “Emre Piliç” şirkətinin rəhbəri Ömür Oral bu pulları tələb etmək üçün Azərbaycana gələcəyini və lazımi instansiyalara şikayət edəcəyini bildirdikdə, M. Həsənli cavabında bildirib ki, “Siyəzən Broyler” ASC yüksək hakimiyyət dairələrinə məxsus olduğundan, bu şirkətə qarşı hər hansı addım atıla bilməz. Ö.Oral belə səhv etsə, dərhal həbs ediləcək. Beləliklə də, M. Həsənli Ö.Oralın Azərbaycana gəlişinin qarşısını almağa çalışıb. Ö.Oral deyib ki, bu yolla M.Həsənli “Emre Piliç” şirkətinə çatası təxminən 1,7 milyon ABŞ dollarını qanunsuz şəkildə ələ keçirib. O, Azərbaycana gələndən sonra isə onun özünü təhdid etməyə, oğlunu öldürtdürəcəyi ilə hədələməyə başlayıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam