Redaktor seçimi
Balakənin “mer”i dövlətin pulun “hərşeyşünas” şirkətə etibar edir -
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
Günün xəbəri

Ziya Məmmədov "qoçu dəstələri" saxlayır - ŞOK İDDİA

Ziya Məmmədov Nabranda qoçu dəstələri saxlayır

 

“Ziya Məmmədovun qoçuları” ifadəsinə yəqin ki, çox rast gəlmisiniz.

Xeberinfo.com:   Gah taksi sürücülərini, gah marşrut sahiblərini, gah da jurnalistləri döyməklə məşhurlaşan bu dəstə ilə bağlı Politika.Az-a maraqlı məlumat daxil olub

Adının çəkilməsini istəməyən mənbənin sözlərinə görə, nəqliyyat naziri Ziya Məmmədov Nabrandakı istirahət mərkəzlərinin birində qoçu dəstəsi bəsləyir. 

Belə ki, idman zallarından, yarışlardan gözəgəlimliliyi ilə seçilən idmançılar, kəndlərdən yığılan idmançı görkəmində gənclər yığılaraq Z.Məmmədovun dəstəsinə cəlb edilir: 

“Onları Nabranda “Lokomotiv” istirahət mərkəzində saxlayırlar. Həmin gənclərlə xüsusi idman mütəxəssisləri işləyir. Yeyib-içməkləri ən yüksək səviyyədə həyata keçirilir. Ailələri ilə təmasları tam kəsilir. 

Özlərinə də yüksək məbləğdə məvacib verilir. Əvvəllər Nəqliyyat Nazirliyinin nəzdində olan Dövlət Avtomobil Nəqliyyatının “Avtonəqliyyat servis” Departamenti MMC-də işlə təmin edilirdilər. 

Həmin mətbuatda tez-tez adı çəkilən “nəqliyyat müfəttişləri”, “Ziya Məmmədovun qoçuları” da onlardır. Maraqlıdır ki, həmin MMC ləğv ediləndən sonra də “qoçular” Ziya Məmmədovun “balansında” qalmaqdadır”.

Ziya Məmmədovun həmin qoçu dəstələrini toxunulmaz edən səbəblərdən biri də vaxtilə müxalifətin mitinqlərini dağıtmaq üçün istifadə olunmalarıdır: 

“Əslində nəqliyyat naziri onları hələ də o adla saxlayır, lakin öz məqsədləri üçün işlədir. Xatırlayırsızsa, bir dəfə Qarabağ qazisini belə döymüşdülər. Dəqiqliyinə özüm belə hələ də şübhə etsəm də, çox etibarlı bir adamın mənə dediyinə görə, o adamlara xüsusi dərmanlarla kəskin aqressiya aşılayırlar. 

Bəzən onlar qarşılarındakı hətta yaxın qohumları, ailə üzvləri olsa belə etinasız yanaşa bilirlər. Maraqlıdır ki, hazırda müxalifət demək olar ki, yoxdur. 

Ölkədə sabitlik hökm sürür, cənab prezidentin yürütdüyü uğurlu siyasət nəticəsində əmin-amanlıq içərisində yaşayırıq. O zaman bu qoçu dəstəsinin hələ də saxlanması Ziya Məmmədovun nəyinə gərəkdir? Bu suala siz jurnalistlər cavab tapsanız yaxşı olar”.

Qarşı tərəfin də mövqeyini verməyə hazırıq.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam