Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Sabiq nazirin “vəhabi biznesi”

 Sabiq nazirin “vəhabi biznesi”...

 

Həbsdəki odioz generalın jurnalistə qarşı cinayəti niyə araşdırılmamış qalıb? 

 

Xeberinfo.com:  Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik İdarəsinin həbsdə olan rəisi Akif Çovdarovun vəkili Kamandar Nəsibov vasitəsi ilə ictimaiyyətə çatdırdığı ilginc açıqlamaya Baş Prokurorluqdan reaksiya verilib.
 
A.Çovdarov sabiq MTN polkovniki İlqar Əliyevin Bakı İstintaq Təcdridxanasında döyülərək öldürüldüyünü, sonradan isə intihar etməsi görüntüsü yaradıldığını iddia etmişdi.
Ədliyyə Nazirliyi Penitensiar Xidmətindən İlqar Əliyevin təcridxanada intihar etməsi faktı üzrə hüquq-mühafizə orqanlarının müvafiq araşdırma apardıqlarını və məsələyə hüquqi qiymət verildiyini açıqlanmışdı.
Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov isə Penitensiar Xidmətin Mərbuat Xidmətinin “məsələyə hüquqi qiymət verildiyi” haqda açıqlamasını təsdiqləməyib. Xidmət rəhbəri bizimyol.info-ya bildirib ki, Bakı İstintaq Təcridxanasında saxlanılan Əliyev İlqar Mustafa oğlunun intihar etməsi faktı üzrə Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə başlanmış cinayət işinin istintaqı Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində davam etdirilir: “İstintaqın nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcəkdir”.
Amma hər bir halda, A.Çovdarovun İlqar Əliyevlə bağlı dedikləri ortaya xeyli suallar çıxarır.
Vəkili A.Çovdarovun İ.Əliyevin ölümü ilə bağlı fikirlərini ictimaiyyətə bu şəkildə çatdırmışdı.
Sitat: “İlqar Əliyev özünü asan idisə, ölməmişdən əvvəl özünü niyə döyürdü? Bundan başqa, o, ölümündən bir saat əvvəl evinə zəng eləyib, yeyib-içmək istəyib. Yaxud Orxana (MTN-nin həbsdə olan başqa bir əməkdaşı) ərizə yazdırıblar ki, guya özü öz başını divara vurub. Onu o vaxtdan tibb-sanitar hissəsinə salıblar, havaya da buraxmırlar. Bütün bunları mənə Çovdarov deyib”.
İ.Əliyevin kamerasında asılı vəziyyətdə aşkar olunmasından 10 aya yaxın bir müddət ötür. İstintaq 3 metr eni, 5 metr uzunu olan kamerada asılmış vəziyyətdə aşkar olunan şəxslə bağlı nəyi araşdırır?
Aydındır ki, İlqar Əliyev sıradan bir şəxs olmayıb. Şübhə yoxdur ki, onun qanuni-qanunsuz yollarla əldə etdiyi məlumatlar, şahidi olduğu məsələlər ictimaiyyət üçün “atom bombası” effektli informasiyalardır. Onun ölümünün məhkəmələrində “danışacağam” deyib hayqırmasından sonraya təsadüf etdiyini də diqqətdən qaçırmaq olmaz.
Bu gün onun döyülərək öldürüldüyünü bəyan edən Akif Çovdarov da MTN-də elə bir vəzifədə olub ki, onun informasiya əldə etmək vərdişləri istər-istəməz yaranıb. 11 il MTN kimi bir qurumda, yüksək vəzifədə işləmək A.Çovdarova təkcə milyonlar qazandırmayıb ki...
Image result for Çovdarov
Üstəlik A.Çovdarov özü də vaxtilə Penitensiar Xidmətdə, birbaşa türmədə çalışan biridir. Yəni onun təcridxanada olaraq bu və ya digər olayla bağlı məlumat əldə edə bilməsi də təbii qarşılanmalıdır.
“Akif Çovdarovun işində ancaq sahibkarlara dəyən ziyanlar araşdırma predmetidir. Amma nədənsə əməkdaşımız Aqil Xəlillə bağlı baş verənlər, Tağı Əhmədovdan 3 milyon alınması məhkəmə tərəfindən araşdırılmır”. Azadlıq.info-nun A.Çovdarovun cinayətlərinin tam olaraq araşdırlmaması ilə bağlı yazıda belə qeydlər var. Yada salaq ki, “Azadlıq” qəzetinin müxbiri olmuş Aqil Xəlil 2008-ci il fevralın 22-də peşə borcunu yerinə yetirərkən Akif Çovdarov və bu gün “MTN işi” üzrə istintaqdan kənar qalmağı bacaran Dağbəyi Allahverdiyev tərəfindən döyülmüşdü. 
Image result for Aqil Xəlil
Bu hadisədən sonra isə jurnalist ürək nahiyəsindən bıçaqlanmışdı. Məsələ burasındadır ki, hazırda A.Çovdarova verilmiş ittihamlar sırasında Aqil Xəlilin döyülməsi epizodu yer almayıb. Sayt tanınmış hüquqşünas Müzəffər Baxışa müraciət edərək bu olayla bağlı fikirlərini öyrənib. Hüquqşünas bildirib ki, Aqil Xəlilin işi üzrə cinayət işinin açılması o zaman rədd edilmişdisə, artıq bu məsələlər ortaya çıxandan sonra əvvəlki qərar ləğv edilməliydi: “Əgər cinayətə cəlb etmək müddəti keçibsə, bunu normal qəbul etmək olar. Yox, əgər araşdırılma aparılmayıbsa, bunu normal qəbul etmək olmaz. Aqil Xəlilin işi üzrə də ona ittiham verilməliydi”.
Bu arada Eldar Mahmudovla bağlı moderator.az-a isə ilginc informasiya daxil olub. Sayt özəl mənbəyə istinadən yazır ki, E.Mahmudov və dəstəsi uzun illər sözün həqiqi mənasında “vəhabi biznesi” ilə məşğul olub. Vəhabi qrupları və bu qruplara üzv olan şəxslərlə bağlı ətraflı informasiya toplayan E.Mahmudovun dəstəsi əldə etdikləri informasiyanı maraqlı üsulla pula çevirib. Belə ki, daha çox vəhabilərlə yeni əlaqə yaradan, onların toplantı və tədbirlərində yeni-yeni görünməyə başlayan gəncləri həbs edərək istintaqa cəlb edən “mahmudovçu”lar, qısa zamanda həmin şəxsin ailə üzvləri, qohumları ilə əlaqə yaradır, yaxınlarının “dəhşətli cinayətə” yol verdiyini və uzunmüddətli həbs cəzasına məhkum ediləcəyini diqqətə çatdıraraq onları “danışığa” dəvət edib. Həbs edilən şəxsin ailə üzvləri və doğmaları ilə söhbət əsnasında onlara bildirilib ki, yaxınlarının təmasda olduğu vəhabi qrupu ölkənin ən qatı və radikal, terrora meylli vəhabi qrupudur və bu qrupun bütün üzvləri uzunmüddətli həbs cəzası alacaq. Söhbət əsnasında saxlanılan şəxsin yaxınlarına bildirilib ki, “müstəsna hal” kimi onların doğmalarını azad etmək olar. Lakin bunun üçün “yuxarıları” razı salmaq lazımdır. Bunun üçün isə “yuxarıların” istədiyi pulu ödəmək lazımdır ki, bu ödəniş bir çox hallarda “müqəssir yaxınlarının” obyekt və evləri ilə vidalaşması hesabına reallaşıb.
Bilgili qaynağın məlumatına görə, E.Mahmudovun dəstəsi “çörək ağacından” məhrum olmamaq, “işıq gələn yerə barmaq tıxamamaq” üçün vəhabi qruplarına rəhbərlik edən şəxsləri həbs etmir, bütün əməliyyat bu qruplara yeni daxil olan şəxslər üzərində qurulurdu.
“MTN vasitəsilə Azərbaycanda törədilən hadisələrdən sonra xüsusi xidmət orqanlarının vətəndaşların danışıqlarına fasiləsiz və istədikləri formada qulaq asması o qədər də birmənalı qarşılanmaz. Çünki insanların təhlükəsizlik orqanları ilə tam əməkdaşlığı üçün müəyyən bir yol keçilməlidir. Ortada güvənc və inam yaranmalı, etibar bərpa olunmalıdır. Kimsə düşünməməlidir ki, şəxsi danışıq məlumatları ona qarşı kompramaterial kimi yönələr”. Bu sözləri modern.az-a deputat Zahid Oruc deyib.
Image result for Zahid Oruc
 
Zahid Oruc vurğulayıb ki, təhlükəsizlik və xüsusi xidmət orqanları vətəndaşın danışıqları və yazışmalarını etibar edilə biləcək səviyyəyə çatdırmalıdır: “Təhlükəsizlik orqanlarındakı əməkdaşlar özlərinə məxsus əqidə, düşüncə və ideologiyalara malikdirlər. Onlar nə qədər iradəli insanlar olsalar da, vətəndaşların hüquq və azadlıqlarını azalda və şəxsi mənafeləri üçün əldə etdikləri informasiyalardan istifadə edə bilərlər.
Dövlət orqanlarının elə böyük resurs imkanları var ki, müxtəlif şəraitlərdə şübhə doğuran halları dərhal nəzarətə götürə bilirlər. “Əməliyyat-axtarış haqqında” qanunda da var ki, yalnız məhkəmənin qərarı ilə hətta qulaq asılmış və əldə edilmiş yazılar ortaya çıxarıla bilər. Eldar Mahmudov və onun bandası bu işdə çox əli-qolu açıq şəkildə hərəkət edirdi. Xüsusilə rabitə orqanları üzərindən yüksək vəzifəli şəxslərin, adi insanların şəxsi və iş danışıqlarına qulaq asırdılar".(Musavat.com)

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam