Redaktor seçimi
 QHT-lərə Dövlət Dəstəyi Agentliyindən daha bir qrant hədiyyəsi... -  
Saleh Məmmədovun müsahibi Müseyib Həmzəyevin 650 minlik avtomobili -
Gəncə Dövlət Universitetində özbaşınalıqlara son qoyulsun! –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində BAŞ SAYMAQLA, BAŞ QATILIR!: Dövlətin pulu belə “YEYİLİR” –
Mingəçevirin icra başçısını Ramiz Mehdiyevin yaxın adamı ilə nə bağlayır(?)! -
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Zaur Mikayılovun Yevlaxdakı kadrı “suları belə bulandırır” –
Günün xəbəri

Hasilat biznesinə 200 milyon avro yatıran oliqarx kimdir?

İrlandiyanın “Anglo-African Minerals” şirkəti elan edib ki, Çinin “China Group New Era” və “China Geo-Engineering Corporation” şirkətləri ilə 200 milyon avro kapitalla birgə müəssisə quraraq Qvineyada boksit hasilatına başlayır. 

Xeberinfo.com:   Virtualaz.org xəbər verir ki, bu haqda dünya aliminium sənayesi üzrə ixtisaslaşmış sayt yazır. Boksit hidroksid aliminium və odadavamlı maddədən ibarət aliminium filizidir. Qara metallurgiyada və aliminium sənayesində istifadə edilir, dünya aliminium sənayesinin əsasını bu filiz təşkil edir.

 

Bəs  bu biznes sövdələşməsinin Azərbaycana nə dəxli var? Virtualaz.org qeyd edir ki, məsələnin maraqlı tərəfi “Anglo African Minerals” şirkətinin kapitalı Azərbaycandan cəlb etməsidir. Azərbaycanın özünün kapitala ciddi ehtiyacının olduğu bir vaxtda Qvineyada boksit hasilatına kapitalı kimin qoyduğu isə qaranlıq qalır.

Həmin oliqarx kapitalı ona görə “Anglo African Minerals” şirkətinə qoyub ki, bu şirkətin Qvineyada dörd boksit yatağında hasilat üzrə lisenziyası var. Layihəyə əsasən şirkət çinli ortaqları ilə birlikdə həmin yataqlardan ildə 2 milyon tona yaxın boksit hasil edəcək.

“Bu birgə müəssisə “Anglo African Minerals” şirkətinin layihələrinin gələcəyini və dividend axınının ciddi artımını təmin edəcək”-şirkətin icraçı direktoru Ceyms Lamli bildirib.

“Bu, bizim kimi balaca şirkət üçün fantastik layihədir ki, pulu Azərbaycandan toplasın, Afrikada hasilat işlərinə başlasın və çinlilərlə konsorsiuma girsin”-bunu isə şirkətin Anglo-Afrika üzrə sədri Con O Konner deyib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam