Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

SOCAR-ın əməkdaşı qətldə təqsirləndirilir

qetl«Oğlum təcridxanada mənə dedi ki, verilən işgəncələrə görə lap 50 adamın qətli də olsa, boynuna götürəcəkdi…»

Xeberinfo.com:   Paytaxt sakini Tural Ismayılov bu ilin aprelində Rufiz Mirzəyev adlı şəxsin ölümündə təqsirləndirilərək həbs olunub. Lakin Tural Ismayılovun yaxınları bildirir ki, bu cinayət işgəncə nəticəsində onun üzərinə qoyulub. Anası Təranə Xanəlizadənin dövlət başçısına ünvanladığı məktubda da həmin işgəncələrdən bəhs olunur. O, məktubun surətini “Azadlıq”a da göndərib. Təranə Xanəlizadə məktubunda yazır:

“Rufiz Mirzəyev aprelin 17-də Əhməd Rəcəbli küçəsində bıçaqlanaraq öldürülüb. Hadisə baş verən axşam oğlum Turalı bu ölüm işinə görə saxlayıb Nərimanov rayonu, 18-ci polis bölməsinə apardılar. Oğlumun bu cinayətdə heç bir rolu olmayıb. Oğlum həmin gün qardaşı Bəhruzun toyunda olub. Toy başa çatandan sonra isə bu günü gecə yarısına qədər ailəsi ilə birgə qeyd edib.

Polis bölməsində oğluma bu ölüm işini boynuna götürməsi üçün olmazın işgəncələr verilib. Onun tutulduğunu biləndə polis bölməsinə getdik. Bizə dedilər ki, şübhəli şəxs kimi saxlayıblar, bir azdan buraxacaqlar. Gecə 2-yə qədər bölmədə gözlədik. Otaqlardan birindən onun qışqırıq səsini eşitdik. Oğluma işgəncə verirdilər. Bizi əmin etdilər ki, heç nə yoxdur, işi araşdırırıq. Evə getdik, lakin səhər gələndə gördüyümə inanmadım. Polis əməkdaşları oğlumu ayaqyoluna aparanda üz-gözü şişmişdi, ayaqları yer tutmurdu. Polis şöbəsinin rəis müavini Nəzər Əsgərovun rəhbərliyilə ona səhərədək işgəncə verilib. Mən oğul böyütmüşəm ki, üstünə böhtan atıb həbsdə çürütsünlər? Onun bu adamı öldürməkdə nə marağı ola bilərdi?

Oğlum dələduzluğa görə 6 ay həbsdə olub, ona görə də istənilən cinayəti onun üstünə atırlar. Oğluma qarşı Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır xəsarət yetirmə ölümə səbəb olduqda) maddəsi ilə ittiham irəli sürülüb. Oğlumla təcridxanada görüşəndə deyir ki, verilən işgəncələrə görə lap 50 adamın qətli də olsa, boynuna götürəcəkdi. Bu barədə kiməsə deyəcəyi təqdirdə isə iynə vurub öldürəcəkləri ilə hədələyiblər.

Polis bölməsində oğluma hadisənin görüntülərini izlədiblər. Qaranlıqda çəkilən görüntüdə saqqallı bir şəxs var. Boynuna qoyurlar ki, bu sənsən. Halbuki, oğlum SOCAR-da çalışdığı üçün hər gün üzünü qırxırdı. O görüntüdəki oğlum deyil. Çəkilişin tarixi də göstərilmir ki, nə vaxt çəkilib.

Bu iş Azərbaycanda ədalətlə həll olunmasa, Avropa Məhkəməsinə çıxaracağam. Artıq tükənmişəm…

Xahiş edirəm, bu məsələni araşdırıb əsl təqsirkarların üzə çıxarılmasına yardım edin”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam