Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Dövlət şirkəti şəhidin 11 min manatını “yedi”- Prezidentə müraciət

 

Azərbaycan Dövlət Siğorta Şirkəti şəhid ailəsi tərəfindən məhkəməyə verilib.

Xeberinfo.com:   Bununla bağlı AzNews.az-a iddiaçı, şəhid anası Əpruz Ağaməmmədova məlumat verib. Ə.Ağaməmmədovanın sözlərinə görə, oğlu Şabıyev Səyyar Aslan oğlu 1992-ci ilin əvvəllərində Yardımlı Rayon Hərbi Komissarlığı tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırılaraq, döyüşmək üçün Qarabağ bölgəsinə göndərilib. O, Qubadlı, Füzuli rayon istiqamətlərində gedən döyüşlərdə iştirak edib. 2 oktyabr 1992-ci il tarixində Füzuli istiqamətində gedən döyüşlərdə qəhrəmancasına həlak olub və Yardımlı rayon Şəhidlər Xiyabanında dəfn edilib. Anası Ə.Ağaməmmədova hərbi qulluqçular dövlət tərəfindən məcburi siğortalandığından, 11 min manat məbləğində siğorta pulunun verilməsi üçün dövlət siğorta siyasətini həyata keçirən Dövlət Siğorta Şirkətinə müraciət edib, lakin bu günə kimi siğortanı naməlum səbəblərdən ala bilməyib. 

Buna görə də ailə məcburiyyət qarşısında qalaraq dövlət şirkətini məhkəməyə verib. Binəqədi rayon məhkəməsində 3 noyabr 2014-cü il tarixində məhkəmə keçirilib. Hakim Tale Kərimovun sədrliyi ilə keçirilən prosesdə şəhid ailəsinin lehinə qərar çıxarılıb. Şəhid üçün nəzərdə tutulan sığorta pulunun tez bir zamanda ailəsinə verilməsi tələb olunub. Lakin məhkəmədən 2,5 ildən də çox vaxt keçməsinə baxmayaraq Dövlət Siğorta Şirkəti çıxarılan qərarı icra etmir. Şirkət bunu maliyyənin olmamasıyla izah etməyə çalışır. Şəhid ailəsi bu dövlət qurumunun özbaşınalığı ilə bağlı ölkə rəhbərliyinə şikayət edəcəyini bildirir: “Neçə illərdi, biz öz haqqımızı ala bilmirik. Hansı qapını döyürüksə hörmətsizliklə qarşılanırıq. Xırda məmurlar şəhid ailələrinə də hörmət qoymur. Sağ olsun Binəqədi məhkəməsi, bizim iddiamızı təmin elədi. Lakin Dövlət Siğorta Şirkəti məhkəmə qərarını da saya almır. İndi ümidimiz ölkə Prezidenti İlham Əliyevədir”.

Mövzunu davam etdirəcəyik.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam