Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

20-dən çox qumarxanası olan Mehman kimdir? - FOTO+VİDEO

 

"Artıq onun icazəsi olmadan kimsə qumarxana aça bilməz”.

Xeberinfo.com:  Məlumata görə, bu sözləri Bakının Bakıxanov qəsəbəsində fəaliyyət göstərən rus lotosunu işlədən şəxs deyir. 

 

Söhbət uzun müddətdir ölkəmizdə qanunsuz qumar oyunları, loto, kaziona təşkil edən "Yeraz Mehman”kimi tanınan şəxsdən gedir.

 

Deyilənlərə görə, bu şəxsin təkcə paytaxt ərazisində 20-ə yaxın belə obyekti var. Eyni zamanda Sumqayıt və Gəncə şəhərlərindəki qumarxanalara da Mehman "daydaylıq” edir. Elə araşdırmalar da deyilənlərin doğru olduğunu göstərir. Belə ki, əvvəllər qumar bazarında "Qobulu Naib” və "Qara Vəzir” kimi tanınan şəxslər də olub. 2013-cü ildə əməlinə görə həbs edilən Naib azadlığa çıxdıqdan sonra bu sahədən qismən uzaqlaşıb. O, Mehmanla müştərək işləyirmiş. Vəzir isə oğlu Tofiqlə bu yola çıxıb. Ancaq ikincilərin obyekti say baxımından birincilərdən çox azdır.

 

 

Məhz qumarxanalarla bağlı paytaxtın Xətai, Nizami və Bakıxanov rayonlarında olduq. Mənzərə təsəvvürediləndən də dəhşət idi. Mehmana məxsus virtual kazino və totalizatorlar günün bütün saatlarında işləsə də, rus lotoları yalnız gecə həyatının hissəsi imiş. Axşam tərəfi saat 5 ərəfəsində açılan lotolar gecə 3-ə qədər davam edir. Uduşa qoyulan məbləğləri gördükdən isə obyektdən yan keçmək mümkün deyil. Elə insanları da ora aparan vəd edilmiş həmin pullardı. Qazanan isə əksər hallarda qumarxana yiyəsi oldu. Məsələn, Xətai rayonu metronun Həzi Aslanov stransiyasının yaxınlığında Xudu Məmmədov və Məhəmməd Hadi küçələrinin kəsişməsində yerləşən "Samovar” çay evindəki loto oyununda bir saata yaxın oturduq. Bizim hesablamamıza görə bir saat ərzində loto yiyəsinin qazancı 2 min manata yaxın oldu. İmkan tapıb bəzi iştirakçılarla da söhbət etdik. Böyük əksəriyyəti bunun artıq asılılıq yaratdığını dedilər. Qazanclarından çox itirdiklərinin olduğunu söyləyirlər. Bu asılılıqdan çıxış yolu kimi isə ancaq həmin obyektlərin bağlanmasını istəyirlər.

 

 

Sözügedən məkandan uzaqlaşıb Nizami rayonuna üz tutduq. Rayonun Naxçıvanski 49 ünvanı da Mehamana məxsus loto imiş. Mehman burada tək rus lotosu ilə kifayətlənməyib, virtual kazino oyunları və totalizator da işlədir. Obyekt "8-ci kilometr bazarı”nın yaxınlığında yerləşdiyindən Mehmanın burada müştərisi daha çox idi. Rəhbər kimi isə öz əmisi oğlu Əli adlı şəxsi təyin etmişdi. 

 

 

Əli jurnalist olduğumuzu biləndə bizi Mehmansayağı qarşılamağa çalışdı. Söhbət zamanı Mehmanın əliaçıq adam olduğunu bildirərək bizə də pul təklif etdi. Pulun qəbul edilmədiyini görəndə isə problem birbaşa Mehmanla həll edilməsini istədi. Mehmanın adətən lotolarının əsas "filialı” olan Bakıxanov "filialı”nda oturduğunu bildirdi. Əlinin verdiyi koordinant isə Bakıxanov rayonu Gənclik və Bünyadzadə küçələrinin kəsişməsi idi. Qumarbazlar bu dəfə "Razin talkuçkası” adlanan yerin sol tərəfi, "Elnur” şadlıq evi ilə üzbə-üz məkanı seçiblərmiş. Sözügedən obyekt digərlərindən böyüklüyünə görə fərqlənirdi. Təxminən 300 nəfərlik bir məkan idi. Obyektin Mehmanın olmadığını desələr də, sonradan təsdiqlədilər. Daha sonra isə onların nəsə demələri barədə səlahiyyətlərinin olmadığını dedilər. Buna görə də Mehmanın öz nömrəsini verdilər. Verilən nömrəyə əvvəlcə zəng çatsa da, sonradan söndürüldü.

 

 

Qeyd edək ki, problem tək bunlar deyil. Diqqətimizi çəkən digər məqamlar da oldu. Moderatorlar oyunu mikrafonla aparır. Olduğumuz oyunların hamısı yaşayış binalarının alt mərtəbəsində təşkil edildiyindən mikrafonun səsi yatmış insanları narahat etməyə bilməz. Hətta bina sakinləri bununla bağlı dəfələrlə aidiyyatı qurumlara şikayət məktubu yazdıqlarını da deyirlər. Bundan başqa qumar oyunları təşkil edilən məkanların hər birində hədsiz dərəcədə anti-sanitariya hökm sürürdü. Ən pisi isə odur ki, oyunların əsas aparıcıları olan qızların böyük əksəriyyəti gecə klublarından gətirilib. Bunu bizə orda işləyən qızlardan biri bildirdi. Onun sözlərinə görə, onlara bir günə 50 manat pul verilir.

 

 

Məsələ ilə bağlı Vergilər Nazirliyinin mövqeyini öyrənməyə çalışdıq. Nazirliyin analitik-informasiya şöbəsinin əməkdaşı Şahin Məmmədov bildirdi ki, məlumatlar nazirliyin Operativ Nəzarət İdarəsinə verilib: "Bu günlərdə tədbir görüləcək”.

 

Xatırladaq ki, qanunverciliklə bu əməllər cinayət tərkibli hesab edilir. Cinayət Məcəlləsinin 244-1 (qumarxana təşkil etmə və ya saxlama) maddəsi ilə tənzimlənir. Qumarxana, yəni qumar oyunlarının keçirilməsi üçün yer təşkil etmə və ya saxlama – iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Eyni əməllər təkrar törədildikdə qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədildikdə – üç ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.(movqe.az)

 

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam