Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

2 saylı Vergi Departamentində özbaşınalıq

 

Ərazi üzrə vergidən yayınma hallarına elə müfəttişlərin özləri şərait yaradırlar 

Xeberinfo.com:   Bu barədə redaksiyamıza  etibarlı mənbələrdən məlumat daxil olub. 


Həmin məlumatda deyilir ki, bu özbaşınalıq əsasən yığılan vergilərlə bağlı fərqli bir taktikanın seçilməsidir. Belə ki, əraziyə nəzarət edən vergi işçiləri sahibkarlarla danışıqlara gedərək, onların vergidən yayınmasına şərait yaradır, hətta bir çox hallarda yardımçı olurlar. Məsələn, vergi müfəttişləri sahibkarlara təklif edirlər ki, əgər daha çox vergi vermək istəmirlərsə, VÖEN-lərini bağlasınlar. 

JAM.AZ-a məlumat verən mənbə bildirir ki, vergi işçilərinin sahibkarlara izahatı belə olur ki, hazırda böhranlı vəziyyətdir və VÖEN-i olub, aşağı məbləğdə vergi ödəyəndə nazirlik şübhələnməyə başlayır. Belə ki, nazirlik hesab edir ki, əgər VÖEN varsa və az vergi yığılırsa, deməli, işin içində başqa işlər var. Ardından da az vergi yığılması səbəbindən müfəttişlər danlanırlar. «VÖEN bağlandıqda təbii ki, danlaq olmayacaq. Onlardan niyə az vergi yığıldığı barədə də sorğu-sual etməyəcəklər». 

Qeyd edilir ki, VÖEN-i bağlamayanlara da bir çarə tapıblar. İddia olunur ki, onlara boş bəyannamə verili. Guya, fəaliyyət göstərməyiblər. «Sahibkar var ki, 1 ildir vergi ödəmir. Vergi ödəməyibsə, deməli, sosial sığorta haqqı da ödəməyib. Bu isə dövlət büdcəsindən külli miqdarda vəsaitin gizlədilməsidir. Üstəlik, rəqabət prinsipi pozulur, ayrı-seçkilik müşahidə edilir». 

Mənbə onu da bildirir ki, hal hazırda Sumqayıt şəhərində fəaliyyət göstərən avtomobil yuma sexləri, avtotəmir yerləri, habelə ehtiyat hissələri dükanları, bərbərxanalar, o cümlədən kompyüter satışı və təmiri, telefon təmiri dükanları da vergidən yayınırlar. 

Qarşı tərəfi də dinləməyə hazırıq. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam