Redaktor seçimi
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Korrupsiyanın kanalizasiyasında batan yalnız adamlar deyil, milyardlardır -
Xəlil Göyüşovun başı dərddə -
Eldar Mahmudovun övladlarının biznesi araşdırılır -
Natiq Sadıqovun “ŞaurmaN1” fırıldaqları:
Günün xəbəri

"Bank of Baku"da inanılmaz kredit qalmaqalı -İSTİNTAQ NƏ DEYƏCƏK?

 Sahibkarın xəbəri olmadan onun hesabındakı pul vəsaiti saxta sənədlərlə necə ələ keçirilib?- İstintaq bu cinayəti araşdırır…

Yenixeber.org: «Bank of Baku» ASC tərəfindən iş adamı Məmmədhəsənov Naiq Əli oğlunun başına gətirilən müsibət və fırıldaqçılığın bəlkə də dünyada anoloqu yoxdur. Təsəvvür edin, sahibkar banka inanıb-etibar edərək fəaliyyətini daha genişləndirmək, Azərbaycan iqtisadiyyatına xeyir vermək niyyəti ilə kredit götürür, bank rəsmiləri isə bu etibara xəyanət edərək sahibkarı müflis vəziyyətinə gətirir. Əslində, bunun adı təkcə kredit-pul oğurluğu deil, həm də əmanətə xəyanət, ölkənin bank institutlarına olan inam və etibarın oğurlanmasıdır!

 Bəs «Bank of Baku»da baş verən cinayətlərin başında kim duru rvə bank rəhbərliyi niyə belə yollara əl atıb?

 Gəlirik mətləbə: «Təzadlar»a daxil olan müraciət və şikayət ərizəsi əsasında araşdırmalara başladıq. Məlum olur ki, sahibkar Məmmədhəsənov Naiq Əli oğlu «Bank of Baku»da başına gətirilənlərlə bağlı Azərbaycanın Baş Prokuroru cənab Kamran Əliyevin qəbulunda da olub, bütün rəsmi sənədləri təqdim edib... Baş Prokuror K.Əliyev aidiyyəti üzrə göstəriş verib və hazırda Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində istintaq edilən «2-1(103)08/17» saylı iş əsasında araşdırmalar davam edir. Amma maraqlıdır ki, bank rəsmiyyəti hələ də günahını etiraf edib sahibkarın oğurlanmış kredit vəsaitini geri qaytarmaq barədə düşünmür. Niyə? Görəsən, «Bank of Baku» rəhbərliyi kimə arxayındır, yaxud bu susqunluğu ilə nə demək istəyir? Axı belə problemlərin, daha dəqiq desək, qanunsuzluqların ictimailəşdirilməsi görün nə qədər bank müştərisinin yolunu fərqli məkana salmalı olacaq. Və sahibkar Məmmədhəsənov Naiq Əli oğlunun başına «Bank of Baku»da gətirilənlərdən xəbər tutanlar bu banka etibar edə bilərmi???

nazim-recebov

Beləliklə, sahibkar Məmmədhəsənov Naiq Əli oğlunu redaksiyamıza dəvət etdik. O, Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəisi, II dərəcəli dövlət ədliyyə müşaviri cənab Nazim Rəcəbova ünvanlı (İstintaq işi Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin böyük müstəntiqi Ziyafət Quliyevin icraatındadır) müraciətini təqdim etdi.

 Həmin müraciəti təqdim edirik:

- Azərbaycan Respublikası Baş prokurorunun müavini, Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi, II dərəcəli dövlət ədliyyə müşaviri cənab  Nazim Rəcəbova!

Çox Hörmətli Nazim müəllim.
Mən iş adamıyam və fəaliyyətimizi genişləndirmək üçün «Bank of Baku» ASC-dən kredit götürmüşəm. Adətən kredit verən bank sahibkarın səmərəli fəaliyyətində maraqlı olur ki, həmin kredit tezliklə geri qaytarılsın, sahibkar da öz fəaliyyətini Azərbaycanın iqtisadiyyatı naminə uğurla davam etdirsin. Lakin adı çəkilən bank nəinki mənə bir sahibkar kimi arxa oldu/, əksinə, şəxsi hesabımdakı külli miqdarda pul vəsaitinin bankın öz işçiləri tərəfindən oğurlanmasına şərait yaradaraq məni müflis vəziyyətinə gətirmişdir.
  Məlumat üçün onu deyim ki, çox təəssüflər olsun, Azərbaycanda ölkə tqtisadiyyatına töhfə verən sahibkarların işinə əngəl törədən, onların irəliləməsinə deyil, düşmən kəsilərək sahikarlıq fəaliyyətinə ciddi şəkildə mane olan, onları bu fəaliyyətdən çəkindirən, kənarlaşdıran banklar da var və hesab edirəm, onların ən tipik nümunəsi «Bank of Baku» ASC-dir. Xatırlayırsınızsa, bir neçə il əvvəl Azərbaycan Prezidenti İlham Əliyevin Nazirlən Kabinetində keçirilən müşavirədə dedi: « …Bank sektoru bizdə iqtisadiyyatın artımına, iqtisadiyyatın real sektorunun artımına o qədər də kömək göstərmir və son illərdə yenə də istehlak kreditlərinin həcmi artıb. Mən əvvəlki illərdə bunu demişəm ki, bizim portfelimizdə istehlak kreditləri üstünlük təşkil edir və bank sektorunun böhranının səbəblərindən biri də məhz o idi. İndi də mənə məlumat verilir ki, yenə də bu meyillər artır, iqtisadiyyatın real sektoruna yox, yenə də istehlaka, yəni, istehlak mallarının alınmasına kreditlər verilir. Əgər bu davam edərsə, yenə də bir neçə ildən sonra xoşagəlməz problemlərlə üzləşə bilərik. Ona görə bütün bu məsələləri gərək ümumiləşdirib, təhlil edib və bir qərara gələsiniz ki, bütün alətlər - bank sektoru, Sahibkarlığın İnkişafı Fondu, dövlət investisiya xərcləri bir məqsədi güdməlidir – məşğulluğun artırılması və qeyri-neft sektorunun artımı".

Təsəvvür edin, «Bank of Baku»nun bütün fəaliyyəti dövründə üstünlük istehlak kreditlərinə verilib və ictimaiyyət arasında da reklamı ilə məşğuldurlar, lakin bank rəhbərliyi sanki məqsədli şəkildə sahibkarlığın fəaliyyətində, iqtisadi kreditləşmədə maraqlı görünmür. Mənim başıma gətirilənlər bunun sübutudur. Belə ki, Bakı Apellyasiya Məhkəməsinin 11 sentyabr 2017-ci il tarixli (iş № 2-1(103)-08/17 saylı) Xüsusi Qərardadı ilə ,,Bank of Baku“ ASC ilə ,,Azər–Aqro“ MMC arasında bağlanmış AK/141/2011 saylı kredit müqaviləsinin icrası zamanı bankın əməlində aşkar edilmiş qanunsuz əməllərə qiymət verilmişdir. Məhkəmə bui şin istintaq orqanında araşdırılmasını qərara almışdır. Çünki ortada bankın ayrılmış kredit vəsaitini necə oğurlaması rəsmi sənəd və mötəbər sübutlarla təsdiqnəirdi.

Hazırda həmin iş Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin istintaq idarəsində araşıdırılır və bununla əlaqədar bank qarşısında aşağıdakı sualların qoyulmasını zəruri olduğunu hesab edərək Sizə təqdim edirəm:

 Sual-1. “Azər-Aqro“ MMC ilə “Bank of Baku“ ASC  arasında bağlanmış 14 iyun 2011-ci il tarixli, AK 141/2011 saylı kredit müqaviləsi ilə 500.000 AZN kredit ayrılmışdır. Həmin Kreditin təminatı 14 iyun 2011-ci il tarixli, AK/ 144/2011 saylı bankın əmanət hesabında mənə məxsus 550.000 manat və ona hər  ay hesablanılan 7791,67 AZN faiz gəlirlərinin “Pul vəsaitinin girovu müqaviləsi” olmuşdur. “Pul vəsaitinin girovu müqaviləsinin” 3.1,4.3,9.2 maddələrində “Razılaşmışdıq” ki, kredit borcunun  ödənilməsi 20 (iyirmi) gündən artıq müddətə gecikdirildiyi təqdirdə Bank göstərilən əmanət hesabından vəsaitləri akseptsiz qaydada silməklə, nəticədə bu kreditin öhdəlikləri tam icra edilənədək əmanət və ona hesablanmış faizlər hec bir yerə ödənilməyəcək. Bank isə kredit müqaviləsinin 5.2.4 - maddəsini kobud surətdə pozaraq kreditin ayrıldığı 16.06.2011-ci il tarixindən 20.10.2011-ci il tarixinədək, yəni kreditin 2-ci tranşı ayrılanadək ötən 124 gün və ya 4 aydan cox müddət ərzində bu əmanətdən daxil olan 7791.67 manat faiz gəlirlərindən 1 manat da olsun kreditin göstərilən faiz borcunan razılaşmalara əsasən hec bir silinmə aparmamağınını səbəbi nə olmuşdur?

Sual-2. Kredit müqaviləsinin 6.1.4,6.1.14,6.2 maddəsində yazılır: “Ödəniş cədvəli“ ilə müəyyən edilən müddətlər üzrə “Kreditalan” tətəfindən 2 aydan artıq müddətə gecikdirmə və ya 2 dəfə ödəniş cədvəli ardıcıl pozulduqda, kreditin “ümidsiz kreditə” çevrilməsi riski ilə bağlı ehtimallar yarandıqda “Bank” pul öhdəliyinin vaxtından əvvəl icrası ilə bağlı “Kreditalana” pritenziya (bildiriş) göndəriləcəyini, “Kreditalan” isə həmin pritenziyada göstərilən müddət ərzində və qaydada tələb olunan məbləği ödəyəcəyinə “Razılaşmışdır”! Lakin ödəniş cədvəli nəinki iki ay, hətta 124 gün, dörd dəfədən artıq ardıcıl olaraq heç bir ödəniş və silinmə, köçürülmə aparılmadığını göstərdiyiniz halda, eləcə də AR. Mərkəzi Bankının 18 dekabr 2013-cü il tarixli «Aktivlərin təsnifatlaşdırılması və mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatların yaradılması haqqında» 25/1 saylı Qərarı vardır. Həmin qərara uyğun olaraq, Qaydaların 3.11 maddəsində kreditin 91-180 gün gecikdirildiyi halda aktivlərin (kreditin) təsnifat kateqoriyası ”Təhlükəli“ və “Ümidsiz kreditlər” kateqoriyasına düşdüyü bir halda, bankın marağı nə olmuşdur ki, “Vaxtından əvvəl tələb etmə” ilə bağlı hec bir xəbərdarlıq, pritenziya verməmişdir?

Sual-3. Kredit müqaviləsinin  2.3 maddəsində, kreditin 2 tranş üzrə ayrılacağı, 2-ci tranşının isə  verilməsi yalnız “Bankın“ Kredit Komitəsinin müsbət qərarı qəbul edildikdən sonra veriləcəyi razılaşdırılmışdır. Əgər “Kreditalan“ birinci tranş üzrə ayrılmış 200.000 azn Kredit borcu ilə bağlı kredit müqaviləsinin 5.4, 6.1.4,6.1.14,6.2,9.1 maddələrini pozduğu, kreditin “Təhlükəli“ və ”Ümüdsüz“ kredit kateqoriyasına düşdüyü bir halda, Bankın Kredir Komitəsinin marağı nə idi ki, hətta 2-ci tranşın ümumi kreditin 60%-i 300.000 azn ayrılmasına  müsbət Qərar vermişdir? Bu barədə Kredit Komitəsinin Qərarını istintaqa təqdim edə bilərsinizmi?

Sual-4. Tərəflər arasında bağlanmış 14.06.2011-ci il tarixli,   AK/ 141/2011 saylı kredit müqaviləsinin 2.5 maddəsində razılaşaraq göstərilmişdir ki, kreditin verilməsi, hesablanılması, gecikmələrlə bağlı cərimə və digər pul tələblərinin uçotu, kreditin uçotunun aparıldığı bankın ilkin mühasibatlıq sənədi sayılan-  yeganə hüquqi qüvvəyə malik “Kreditalanın” Müvafiq Ssuda hesablarında aparıldığı göstərilmişdir. Bank isə  “Kreditalana“ 1-ci tranşı verərkən “Borcalananın“ banka heç bir ödəniş aparmadığı halda, “Kreditalana“ 2 ədəd bank mədaxil qəbzlərinin surətlərini vermisiniz. Həmin mədaxil qəbzlərinin üzərində Mərkəzi Bankın normativ xarakterli aktları pozularaq  vəsaiti qəbul edən bankın kassir operatorunun adı, soyadı göstərilməmişdir. Bundan əlavə, Bankın Baş ofisinə məxsus 506924 saylı bank kodu dəyişdirilərək, yalnız banka məlum olan 506567 saylı kodla, eləcə də qəbzlərin №- si eyni təkrarlanan 437 №- ləri ilə sıralanmışdır. (Qəbz № 437, 16.06.2011, məbləğ 350 azn, Qəbz № 437, 16.06.2011, məbləğ 1000 azn). Həmin məbləğlərin hec biri nə təsisçi Naiq Məmmədhəsənov və Məmmədov İlqar Rüfət oğlu tərəfindən bankın xəzinəsinə verilmədiyi halda, necə olmuşdur ki, təsisçi adından banka kredit alınan günü “Cari hesabına (38-ci) nağdlaşmaya görə guya 350 azn sənədləşmə xidmətinə, 1000 azn isə komissiya haqqı ödənilmiş kimi“ sənədləşdirilmişdir. Bu hal isə mümkün deyildir. Çünki müqavilənin heç bir bəndində sənədləşmə adı ilə 1000 azn komissiya haqqı tutulması barədə hansısa rəsmi razılaşma olmamışdır, nağdlaşma və sənədləşmə adı ilə tərtib edilmiş 1350 azn-lik 2 ədəd qəbzlər bank əməkdaşları tərəfindən bu cür icra olunmaqla «borcalana» təqdim etməkdə məqsəd nə olmuşdur?  Çünki bank 1350 azn-ni birbaşa ayrılmış kreditin ümumi məbləğindən sildiyi halda, 350 azn və 1000 azn məbləğləri üçün bank mədaxil qəbzlərini tərtib etmişdir, bunda məqsəd nə olmuşdur?

Sual-5. Bank 24.06.2011-ci il tarixində 1-ci tranş üzrə 200.000 azn kredit ayırarkən 138.947 azn məbləğdən 28.000 azn vəsait bankda saxlanılmış və Məmmədov İlqar Rüfət oğlunun adından “Azər-Kuban” MMC-yə mədaxil edilmiş kimi 593 saylı saxta mədaxil qəbzi tərtib edilmişdir ki, guya “Azər-Kuban” MMC-nin  kredit borcuna ödənmişdir. Lakin adı çəkilən şəxslər tərəfindən heç bir nəğd ödəniş aparılmadığı halda,  “Azər-Kuban” MMC-nin 1-ci tranşı üzrə ayrılmış 200.000 manat kredit vəsaitindən 16.06.2011-cı ildə nağdlaşma adı ilə 350 azn, sənədləşmə xidməti adı ilə 1000 azn, 24.06.2011-ci il tarixində isə 28.000 azn- cəmi 29.350 azn kredit vəsaitinin təyinatından kənarlaşdırılaraq saxta kodla 3 ədəd saxta bank mədaxil qəbzləri tərtib edilməklə “borcalana” verilməsində məqsəd nə olmuşdur? Bunları nə ilə izah edə bilərsiniz?

Sual-6. Bank «Pul vəsaitinin girov müqaviləsi»nin 4.3 maddəsinə görə, hər ay əmanətdən daxil olan  7791,67 azn vəsaitdən akseptsiz olaraq ödəniş cədvəlində 24 ay müddətində təkcə hər ay orta hesabla 2241 azn faiz borcu silinəcəyi göstərildiyi halda, bir manat da belə silmədiyi bir şəraitdə, 1-ci və 2-ci tranş üzrə kreditin təyinatı dəyişdirilərək  sənədləşdirmə xidməti adı ilə əsassız silinən 2500 azn və nağdlaşma adı ilə silinən 2450 azn və “Azər-Aqro” MMC-nin kredit hesabına “Azər-Kuban”  MMC-yə silinən, sonradan da təyinatı 2-ci dəfə dəyişdirilərək hec bir vaxt mübahisələndirilməyən, öhdəliyi çoxdan bağlanmış, Mərkəzi Bankın  hesabatlarında öz əksini tapmayan kreditlərə silinən 236.666 azn-dən nə səbəbə “Azər-Aqro” MMC-nin heç olmasa kredit faizlərindən silmək məqsədi, maraq  belə olmamışdır? Bank bunu nə ilə izah edə bilər?

Sual-7. Bank “Azər-Aqro” MMC-yə ayrılmış 500.000 azn kreditin 16.04.2011-ci ildən 17.10.2011-ci il  tarixinədək cəmi ödəniləcək 4033 azn faiz borcunu mübahisələndirilən hər üç kreditin təminatı olan əmanətdən daxil olan 7791,67 azn və mübahisələndirilən digər “Azər-Kuban” MMC-nin AK/M/038/2009 və AK/M/020/2010 saylı kreditlərinin faiz borcunun ödəniş qrafikinə əsasən 17.10.2011-ci il  tarixinə olan 108945 azn faiz borcuna qarşı 149749 azn ödəniş, silinmə və koçürmə aparılsa da, ödəniş cədvəlindən 17.10.2021-cü il tarixinə ödəniləcək 108.945 azn-ə qarşı (149749-108945)=40804 azn artıq faiz borcu ödənilmişdir. Eləcə də əsas borca verilən  güzəşt müddətinin tamam olmasına hələ 3 ay qalmış, eləcə də AK/M/020/2010 tarixli mübahisələndirilən  kredit uzrə 14.10.2011-ci il tarixinə ödəniş cədvəlinə əsasən 90.000 manat ödəniləcək faiz borcuna qarşı 100409 azn, yəni 10409 azn artıq faiz ödənildiyi və əsas borcun ödənilməsinə verilən güzəşt müddətinin  tamam olamsına hələ 7 ay qalmasına baxmayaraq  Bank “Azər-Aqro” MMC-nin 1-ci və 2-ci tranşı ayrılarkən 24.05.2011-ci il tarixində 28.000 azn, 20.10.2011-ci il tarixində 207316 azn, cəmi 235.316 azn kredit vəsaitinin təyinatını dəyişərək “Azər-Kuban” MMC-nin mübahisələndirilən 2 kredit müqaviləsinə yonəldilsə də, sonradan həmin vəsaitin  təyinatı dəyişdirilərək “Azər-Kuban” MMC-yə iki  qəbzlə, saxta kodla, saxta təyinatla silinmiş cəmi 235.316 azn kredit vəsaitindən yalnız (27.26+20.05)=47.31 azn cəriməyə, 11735.08azn faiz borcuna (hansı ki, həmin tarixlərə hər iki kreditlə  AK/M/038/2009 saylı kreditin 40804 azn, AK/M/020/2010 saylı mübahisələndirilən kreditin isə  10804 azn (hər iki kredit üzrə 51608 azn artıq  ödəniş olunmaqla), yerdə qalan 235316 azn məbləqdən  4731+11735.08)=217533,61 azn məbləğində kredit vəsaitin təyinatı dəyişdirilərək yenə də heç bir vaxt mübahisələndirilməyən, öhdəlikiləri çoxdan bağlanmış, Mərkəzi Bankın hesabatlarında öz əksini tapmayan kreditlərə silinmişdir. Bu cür artıq ödənişlərdən ,,Azər-Aqro” MMC-nin kredit borcuna ən azından faiz borcuna  silinmə aparmamaqda Bankın məqsədi nə olmuşdur?   

bank-of-baku-sedri

("Bank of Baku" ASC-nin İdarə Heyətinin sədri Həsən Quliyev)                           

Sual-8. ”Azər-Aqro“ MMC-nin «Pul vəsaitinin girov müqaviləsin“də nəzərdə tutulsa da, girov təminatı  üzrə daxil olan hər aylıq 7791,67 azn faiz gəlirlərindən bu kreditin faiz və əsas borcundan heç bir silinmə aparılmamışdır. Əksinə, «Pul vəsaitinin girov müqaviləsi»  üzrə hər ay hər üç mübahisələndirilən kreditlərin təminatı olaraq  əmanətdən daxil olan 7791,67 azn vəsaitdən  18.07.2011-ci il tarixindən 17.10.2011-ci il  tarixinədək “Azər -Aqro” MMC-yə ödəniş qrafikinə görə 4 ay ərzində ödənilməyən cəmi 4033 azn faiz borcundan (hətta əsas borcdan da xeyli ödənişlər üçün  silinmələrə imkanı olduğu halda) 20.10.2011-ci il tarixində ,,Azər-Aqro“ MMC-yə 2-ci tranş üzrə ayrılmış 300.000 manat vəsaitdən guya nəğd ödənilmiş kimi saxta qəbzlə 4134 azn kreditin təyinatını dəyişdirərək kreditin hesabına silinmə aparmaqda Bankın məqsədi nə olmuşdur?

Sual-9. Mübahisələndirilən hər üc kredit müqaviləsi üzrə girov təminatı olan “Pul vəsaitinin girov“ müqaviləsi üzrə də «Azər-Kuban» MMC üzrə hər iki mübahisələndirilən kreditlər üzrə iddianın qaldırıldığı tarixə ödəniş cədvəlinə əsasən, artıq  silinmələr, köçürmələr aparıldığı halda, «Azər-Aqro» MMC-nin «Pul vəsaitinin girov» müqaviləsinə əsasən,   akseprtsiz silinəcək əmanətdən daxil olan 7791,67 manat faiz gəlirlərindən heç bir silinmə  aparmamaqda Bankın məqsədi nə olmuşdur, bunu nə ilə izah edə bilərsiniz?

Sual-10. «Bank of Baku» ASC-nin əməkdaşı Fərid Hüseynovun imzası ilə Naiq Əli oğlu Məmmədhəsənovun adına 31.10.2013-cü il tarixində   4629 saylı ilk bildiriş məktubunda «Azər-Aqro» MMC şirkətinin borc öhdəliyini 714 gün gecikdirməsi, heç bir faiz və əsas borcdan ödəniş aparılmadığı, bildirişin yazıldığı 31.10.2013-cü il  tarixinə 500.000 əsas, 60.931 azn faiz, 623 azn cərimə borcunun olması qeyd olunmuşdur. İlk dəfə  kredit borcunun «Kreditalan» tərəfindən 714 gün  gecikdirildiyi tarixin (714÷ 30 gün)= 24 ay  müddətin gecikmənin axımının başladığı tarixi dəqiqləşdirsək gecikmə tarixinin başlanma tarixi  20.10.2011-ci il tarixinə duşur ki, Bank həmin tarixdə kredit hesabına 20.10.2011-ci il tarixində 4134 manat  bütün 4 aylıq faiz borclarını silmişdir, 20.10.2011-ci il  tarixindən sonrakı 16.11.2011, 16.12.2011, 16.01.2012, 16.02.2012 və sair tarixlərdə isə   əmanətdən daxil olan 7791,67 manat faiz  gəlirlərindən akseptsiz olaraq bu kreditin faiz və digər borc öhdəliklərinə siləcəyiniz bir halda, əmanətdən daxil olan vəsaitlərin faiz gəlirlərindən bu kreditlərə deyil, hec bir vaxt mübahisələndirilməyən, MKR hesabatlarında öz əksini tapmayan, öhdəlikləri çoxdan  bağlanmış kreditlərə silinməsini necə izah edə bilərsiniz?                                  

Sual-11. Həmçinin 31.10.2013-cü il tarixində  Bankın yazdığı bildirişdə göstərilmişdir ki, 05.11. 2013-cü il tarixinədək «Azər-Aqro“ MMC-nin 60.931,75 azn  məbləğdə borcu ödənilmədiyi halda, «Pul vəsaitinin  girov»  müqaviləsinin 4.3 maddəsinə əsasən, girov qoyulmuş pul vəsaitini  gecikmədə olan kreditin  ödənilməsi məqsədi ilə akseptsiz qaydada  müştərinin hesabından silinəcəyi qeyd olunmuşdur. Əgər elədirsə, bəs «Pul vəsaitinin girov  müqaviləsi»nin 4.3 maddəsində borc öhdəliyinin 20 gündən artıq gecikdirildiyi təqdirdə əmanətin və ona hesablanan faizlərin borc öhdəliyinə aksepsiz silinəcəyi razılaşdırıldığı və silinəcəyi bir halda, 20 gün ərzində deyil, 714 gündən sonra niyə Bankın yadına düşməmişdir, yaxud nədən bu 61-ci gündə deyil, 714-cü gündən sonra yada düşmüşdür, nəticədə bildiriş göndərilmişdir. Bunda bankın məqsədi nə olmuşdur?

Sual-12. «Bank of Baku»nun Mərkəzi Bankın kredit reyestri mərkəzinə verdiyi hesabatlarına görə, müştərinin faiz borcunun olmadığı, əsas borcunun isə 500.000 manat olmaqla heç bir ödəniş aparılmadığını göstərilmişdir. Yuxarıda qeyd edildiyi kimi, kredit müqaviləsinin 2.5-ci maddəsində göstərilir ki, kreditin uçotunun aparıldığı ssuda hesabından cıxarış sənədində 388892 azn-nin 11.11.2015-ci il tarixində  silindiyi və ödəniş cədvəlinə görə də həmin tarixdən əvvəlki 16.10.2015-ci il tarixinə olan 111108 azn  əlavə borcun qaldığı təsdiq edildiyi halda, Bank «Azər-Aqro» MMC-nin heç bir ödəniş və köçürmə aparmadığını nə ilə izah edə bilər?

Sual-13. Bank əməkdaşları MKR-ə verilən hesabatlarda kreditin təminatı kimi gah daşınmaz əmlak, gah da zaminlik müqaviləsinin olduğunu göstərmişlər. Bank «Pul vəsaitinin girov müqaviləsi»ndəki kreditin girov təminatının olduğunu gizlədərək (bu kredit üzrə isə heç bir zaminlik müqaviləsi olmadığı bir halda), həmçinin kreditin girov təminatının 550.000 azn məbləğində olduğu halda, hesabatlarda isə zaminlik müqaviləsi olduğunu göstərmişdir. Eyni zamanda, «Bank of Baku»  Mərkəzi Bankın Kredit Reyestri Mərkəzinə hər ayın  1-dən 3-dək məlumat təchizatçısı olaraq verdiyi icbari hesabatlarında sonuncu ödəniş tarixinin 2020-ci ildə aparıldığını göstərmişdir. Amma Bank məhkəmələrə təqdim etdiyi iddia ərizəsində, vəsatətlərində «borcalan» tərəfindən heç bir ödənişin aparılmadığını  göstərir. Qeyd edilən bu ziddiyyətləri girov təminatının «Pul vəsaitinin girov» Müqaviləsinin əvəzində, heç bir qarşılıqlı müqaviləsi bağlanmamış «zaminlik» müqaviləsinin olduğu, sonuncu ödəniş tarixinin isə 2020-ci ildə aparıldığı halda,  Bankın sonuncu illərdə müxtəlif məbləğlərdə ödənişlərin aparılmamasını göstərməməkdə məqsədi nə olmuşdur? Bank rəhbərliyi bu ziddiyyətləri nə ilə izah edə bilər?

Çox hörmətli Nazim müəllim! Bank əməkdaşları təkcə mənim iş adamı kimi maddi müflisləşməyimə bais olmayıb, Cənab Prezident İlham Əliyevin daim diqqət verdiyi bank sektoruna olan biz sahibkarların inamını öldürüb.

Biz Sizin peşəkarlığınıza və ədalətliliyinizə güvənərək inanırıq ki, «Bank of Baku» ASC-də baş vermiş bu kredit özbaşınalığına, qanunsuz əməllərə tezliklə hüquqi qiymət veriləcək, pozulmuş hüquqlarımız bərpa ediləcək. Odur ki, bu istintaq araşdırmasını şəxsi nəzarətinizə götürməyinizi xahiş edirəm.

Dərin hörmətlə: 

Məmmədhəsənov Naiq Əli oğlu,

sahibkar

***

 Medi olaraq biz də inanırıq ki, ölkəmizin bank sektorunda baş verən belə qanunsuz fəaliyyətlərə son qoyulmalı, günahkarlar ciddi şəkildə cəzalandırılmalıdır.

Mövzu diqqətimizdədir, əlavə məlumat veriləcək.

Qarşı tərəfin mövqeyinə hörmətlə yanaşırıq, əsaslandırılmış mövqeyini dinləməyə hazırıq.

("Təzadlar")


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam