Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Əbiyevin generallarına xalq adından xidməti xasiyyətnamə

 

Ali Baş Komandan İlham Əliyevin qərarına əsasən Cəmşid Naxçıvanski adına Hərbi Liseyin rəisi Mirzə Almasov yol verdiyi ciddi qanun pozuntularına və nöqsanlara görə tutduğu vəzifədən azad edilib.

 

Xeberinfo.com:  Məlumata görə, vəzifəsindən azad ediləndən onun əvvəl əməlləri dövlət başçısının göstərişinə əsasən, Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları tərəfindən hərtərəfli yoxlandıqdan sonra onun barəsində artıq qərar qəbul edilmişdir.

Cəmşid Naxçıvanski adına Hərbi Liseydə baş verən özbaşınalıqlarla bağlı ilginc faktları mətbuatda  yayılmışdı. Bildirək ki, bu hərbi təhsil ocağında əsas problemin məhz daxili nizam-intizamın çox aşağı səviyyədə olması göstərilir.

Xatırladaq ki, “general-mayor” Mirzə Almasov idarəçilik işlərində bəyənilməyən üsullardan istifadə etməsi barədə artıq rəvayətlər danışılır: "Liseydə dərs deyən müəllimlər kursantlar arasında ayrıseçkilik salırlar. Belə ki, kimin bir az imkanı və arxasında dayağı varsa, müəllimlər onlardan ehtiyat edir. Belə şeylərdən məhrum olanlara isə hər cür problem yaradırlar. Hərbi məktəbdə daxili intizam qaydalarına riayət edilmir. Yuxarı kursda oxuyan kursantlar özlərindən aşağı kursda oxuyanları incidirlər. Kursantlara qarşı qayğı aşağı səviyyədədir. Onların sağlamlığına və gündəlik problemlərinə kifayət qədər diqqət yetirilirmirdi. Bir neçə  ay əvvəl liseydə kursantlardan biri yatdığı yerdə dünyasını dəyişdi.

Məktəb rəhbərliyi onun ürək çatışmazlığından vəfat etdiyini açıqladı. Əgər onun ürəyində hər hansı xəstəlik var idisə, nəyə görə liseyə qəbul edilən zaman həkim komissiyası buna baxmamışdı? Amma ictimayətə yaxşı bəllidir ki, sağlamlığında qüsuru olan heç bir kursant hərbi tədris müəsisələrinə saxlanılmır. Bu da “general-mayor” Mirzə Almasovun işlərində bir sıra gizli məqamların olduğunu göstərir. Hər şeyi öz adı ilə adlandırmaq lazımdır: bu rüşvət naminə həkim komissiyasının işlərinə müdaxilə deməkdir.
“General” liseyi başlı-başına buraxdığı üçün tez-tez problemlər baş verirdi. Saat 10-dan sonra kursantlar liseyin hasarlarından adlayaraq "samavolka"ya çıxırdılar. Amma cavabdeh qalan müəllimlərin bundan xəbəri olmurdu. Hərbi strukturlu məktəb olduğundan daxildə baş verən hadisələr hətta “general-mayor” Mirzə Almasov gizli saxlanılırdı.

Litseydə qohumluq əsasında işə götürülürlər. liseydə rəhbər vəzifə daşıyan və “generala” yaxın olan bəzi şəxslər buranı özləri üçün sanki əsl yeyinti mənbəyinə çeviriblər: "Şöbə rəislərindən biri əlindəki səlahiyyətlərdən istifadə edərək bəzi yaxın qohumlarını, qızını burda işlə təmin edib. Rəis isə buna qarışmır. Savadı dərs deməyə çatmayan bəzi müəllimlər kursantların peşəkar kadr kimi hazırlanmasına maneçilik törədirlər".Hətta əvvəllərdə Mirzə Almasovun bu hərbi tədris ocağında yaratdığı özbaşına mühit yuxarı instansiyaların da diqqətini cəlb edib. Lakin onu “general” etməkdə əməyi olan, onu bur neçə gün ərzində polkovnik-leytenant hərbi rütbəsindən polkovnikə yüksəldən və təcili şəkildə təqdimatını ölkə başçısına təqdim edən və onu “general” edən Səfər Əbiyev bununla da öz yerlisinə dayaq olduğu göz qabağındadır. O, şefi Səfərin dəstəyini alaraq,  hətta jurnalistlərin hərbi lisey ərazisinə buraxılmaması barədə də xüsusi gösətərişlər  vermişdi.

Hətta lisey rəhbərliyi adından jurnalistlərə bildirilib ki, bura hərbi hissə hesab olunur və qapalı zona olduğundan kimsə buraxılmır. Hər halda, bu gün jurnalistlərin hətta müdafiə nazirliyinin belə ərazisinə rahatlıqla giriş-çıxış imkanının olduğu bir məqamda hansısa bir hərbi liseydə belə bir əlahiddə qapalı rejimin yaradılması heç cürə izah oluna bilməz. Bunula da əsası ulu öndər tərəfindən qoyulmuş Hərbi Litseyin nüfuzunu aşağı salmışdır.

Müdafiə Nazirliyinin Mənəvi psixoloji hazırlıq və ictimaiyyətlə əlaqələr idarəsinin rəisipolkovnik Rüfət Əmirov isə Cəmşid Naxçıvanski adına Hərbi Liseyin rəisi vəzifəsinə təyin olunub...Çox yaxşı haldır ki, Ali Baş Komandan bundan sonra da özbaşınalığa və qanun pozuntusuna yol vermiş hər kəsi, kimliyindən asılı olmayaraq, ən sərt şəkildə cəzalandıracağını bəyan etmişdir. Kimliyindən və dünənə kimi hansı xidmətləri olmasına baxmayaraq, ölkə başçısı Müdafiə Nazirliyinin bir qrup vəzifəli şəxslərinə sonuncu xəbərdarlığını edib. Onlara müdafiə naziri general-polkovnik Zakir Həsənovun apardığı müsbət işlərdə dəstək olmağı, ona ordunun döyüş hazırlığının yüksəldilməsində, zabit və əsgərlərin sosial-məişət şəraitinin yaxşılaşdırılması işlərində yardımçı olmağı, hərtərəfli kömək göstərilməsini bir vəzifə olaraq tapşırmışdır. Onu da qeyd edim ki, müdafiə naziri özü şəxsən korrupsiya və rüşvətxorluq hallarına yol vermiş şəxslərlə bundan sonra bir yerdə xidmət keçməyin mümkün olmadığını bütün şəxsi heyətə bir daha çatdırmışdır.

İşlərində korrupsiya və rüşvətxorluq hallarına yol vermiş Azərbaycanın Milli Qəhrəmanı, general-mayor Fəxrəddin Cəbrayılov da tutduğu vəzifədən kənarlaşdırılmışdır. Xatırladaq ki, Fəxrəddin Cəbrayılov 2013-cü ildə Zakir Həsənovun müdafiə naziri təyin olunmasından sonra polkovnik rütbəsində ehtiyatdan orduya çağırılıb və Müdafiə Nazirliyi sistemində korrupsiya, digər qanunsuz əməllərin qarşısını almalı olan Baş Hərbi İnspeksiyaya rəis təyin edilib. Belə görünürdü ki, Milli Qəhrəmanın yenidən orduya çağırılması və Baş Hərbi İnspeksiyanın rəisi təyin edilməsi Səfər Əbiyevin dövründə orduda kök salmış korrupsiyaya qarşı mübarizə üçün ona xüsusi etimadın göstərilməsi ilə bağlı idi. Lakin Cəbrayılov etimadı doğrultmayıb və onun başçılıq etdiyi idarədə korrupsiya, rüşvət əməlləri aşkar olunub. Maraqlısı budur ki, məhz Fəxrəddin Cəbrayılovu “general” edən də döyüşçü zabitə-milli qəhrəmana inanan Zakir Həsənovdur. Əlbətdə ona böyük etibar edilmişdi. Lakin “voenkomsayağı” işləmək, Məmməd Beydullayevdən qalmış hərbi inspeksiyanı elə “Mamedsayağı” idarə etmək ona baş ucalığı gətirmədi. Eyni zamanda o bu davranışı ilə Zakir Həsənovun rəqiblərinə işləmiş oldu.

Azərbaycanın Silahlı Qüvvələrində sağlam, savadlı və hərtərəfli hazır rəhbər şəxslər olmalıdır. Kim ki, qanunla ona verilmiş səlahiyyətlərdən sui-istifadə edir, Silahlı Qüvvələrimizin döyüş ruhuna öz çirkin əməlləri ilə xələl gətirir, onların yeri yəqin ki, başqa məkan olacaqdır. Bunu ölkə prezidenti son günlər bir daha təsdiq etdi. Müdafiə Naziri Zakir Həsənov da Fəxrəddin Cəbrayılovu müəllim vəzifəsinə təyin edərək ölkə başçısının xəttinə sadiq  olduğunu subut etdi.  
Kimliyindən və dünənə kimi hansı xidmətləri olmasına baxmayaraq ölkə başçısı Müdafiə Nazirliyinin bir qrup vəzifəli şəxslərinə sonuncu xəbərdarlığını edib. Onlara müdafiə naziri general-polkovnik Zakir Həsənovun apardığı müsbət işlərdə dəstək olmağı, ona ordunun döyüş hazırlığının yüksəldilməsində, zabit və əsgərlərin sosial-məişət şəraitinin yaxşılaşdırılması işlərində yardımçı olmağı, hərtərəfli kömək göstərilməsini bir vəzifə olaraq tapşırmışdır. Onu da qeyd edim ki, müdafiə naziri özü şəxsən korrupsiya və rüşvətxorluq hallarına yol vermiş şəxslərlə bundan sonra bir yerdə xidmət keçməyin mümkün olmadığını bütün şəxsi heyətə bir daha çatdırmışdır.

Ölkə gündəmini Milli Təhlükəsizlik Nazirliyində (MTN) baş verən ağılasığmaz cinayətlər, generalların törətdiyi geniş miqyaslı qanunsuzluqlar zəbt edib. Ölkə prezidenti İlham Əliyevin sərəncamı ilə nazir Eldar Mahmudovun vəzifəsindən azad edilməsindən və MTN rəhbərliyilə bağlı araşdırmaların başlanmasından sonra ictimailəşən bu cinayətlər sözün həqiqi mənasında cəmiyyətdə şok yaradıb. İnanmaq olmur… Demə, millətin və dövlətin təhlükəsizliyinin etibar olunduğu bir qurumun yüksək rütbəli təmsilçiləri dövlətçiliyin əsaslarını laxladan cinayətlərin birbaşa iştirakçısı və təşkilatçısıymıış. Əlbəttə, bəzi MTN əməkdaşlarının qanunsuz fəaliyyəti ilə bağlı müxtəlif fikirlər səslənir, mətbuatda müəyyən yazılar da gedirdi. Hətta indi buna əsaslanaraq, MTN-lə bağlı açılan cinayətlərin təəccüblü olmadığını, hamının bunları bildiyini iddia edənlər də var. Ancaq bir-neçə səbəbdən bu yanaşma doğru deyil.


 

Gördüyümüz kimi, bu istiqamətdə araşdırmalar getdikcə dərinləşdirilir, millətə və dövlətə xəyanət etmiş, cinayətə yol vermiş MTN əməkdaşları hansı postu tutmasından, kimin qohumu, adamı olmasından asılı olmayaraq, işdən qovularaq, istintaqa cəlb edilirlər.
Belələrindən biri kimi də, 10 ilə yaxın MTN-ni Hərbi Əks-Kəşfiyyat İdarəsinəbaşçılıq etmişgeneral- mayor Nizami Talış oğlu Şirinovun adı çəkilir.

Verilən məlumata görə təhlükəsizlik üzrə onlarla peşəkar kadrı böhtan və şatajlarla işdən uzaqlaşdıran, onların yerinə rüşvət hesabına öz “kadrlarını” təyin edən, bu kadrlar vasitəsilə də hərbi hissələrdən total rüşvət yığımını həyata keçirən Nizami Şirinov artıq vəzifəsindən uzaqlaşdırılb. Onun da həbs ediləcəyi gözlənilir.
Azərbaycan millətinə qarşı anormal münasibəti ilə seçilən Nizami Şirinovun vaxtilə təhlükəsizlik orqanlarından qovulmasına baxmayaraq, məhz Eldar Mahmudov tərəfindən MTN-ə gətirildiyi, onun himayəsi altında yüksək vəzifə və rütbə sahibi olduğu bildirilir. Belə ki, bizə verilən məlumata görə Nizami Şirinov 2 dəfə xidməti uyğunsuzluğa görə MTN-dən xaric edilib. Sonuncu dəfə isə 1998-ci ildə rüşvətxorluqla məşğul olduğuna dair çoxsaylı məlumatlara görə, birbaşa mərhum prezident Heydər Əliyevin göstərişi ilə MTN-dən qovulub. Heydər Əliyev bu cür adamlara ədalət və ləyaqət prinsiplərini əsas götürən təhlükəsizlik orqanlarında yer olmadığını bildirib.

Ancaq Eldar Mahmudov nazir təyin olunduqdan sonra – 2004-cü ildə tikinti hərbi məktəbini bitirən Nizami Şirinovu yenidən MTN-də vəzifəyə qaytarır. Mahmudova “sədaqət andı” içən Şirinovun MTN-ə qaytarıldıqdan sonra nəinki köhnə işlərini davam etdirdiyi, hətta bu məqsədlə xüsusi dəstə də yaratdığı iddia olunur.

Belə ki, Nizami Şirinov MTN-nin Hərbi Əks-Kəşfiyyat İdarəsinə rəhbər təyin olunduqdan sonra 70-dən artıq peşəkar kadrı müxtəlif qanunsuz yollarla işdən uzaqlaşdırıb. Əvəzində özünəbənzərlərdən ibarət rüşvətxor komanda yaradıb və bu qrup vasitəsilə orduda, hərbi hissələrdə əsgər və zabitləri şantaj edərək pul yığmaqla, rüşvətxorluq və korrupsiya ilə məşğul olub. Əsas işləri  tağım komandirindən tutmuş briqada komandirinədək bütün komandirlərdən “dolya” yığmaqdan ibarət olmuşdur.
“Bu cinayətkar dəstə çağırış zamanı 1000 nəfərə yaxın çağırışçının hər birindən 10-40 min manat arası rüşvət alıb, onları MTN-in “N” saylı hərbi hissəsinə əsgər kimi xidmətə qəbul edirdilər. Bu yolla ildə təxminən 15 milyon manat pul toplanırdı. Bundan şəbəkənin hər bir üzvünə pay ayrılsa da, əsas hisəssi Nizami Şirinova və nazirə çatırdı.
Nizami Şirinov və dəstəsinin əməlləri bununla yekunlaşmayıb. Onların bütün hərbi hissələrdən, korpuslardan pul yığdığı, bu sahədə tenderləri həyata keçirənlərdən külli miqdarda rüşvət aldıqları iddia olunur: “Hətta hərbi hissələri ət, kortof-soğan, geyim əşyaları ilə təchiz edənlərdən də haqq alınır, hər çöpə görə faiz istəyirdilər.”

Geniş miqyaslı rüşvət əməliyyatları hesabına “kəşfiyyatçı general” Nizami Şirinovun özünə böyük kapital topladığı bildirilir. Onun paytaxtda və rayonlarda çoxlu sayda obyektlər ələ keçirdiyi, Xudatda klinika açdığı, Bakıda, Nabranda villalar tikdirdiyi bildirilir. Eyni zamanda Nizami Şirinov tutduğu postun imkanlarından yararlanaraq, xaricdə də özünə biznes qurub. Belə ki, Rusiyada, Almaniyada, Türkiyədə Nizami Şirinovun klinikalarının, supermarketlərinin və başqa biznes obyektlərinin olduğu bildirilir.
“Kəşfiyyatçı general” Nizami Şirinov bu böyüklükdə kapitalı və əmlakı yalnız hərbi hissələrdən toplamayıb. Eyni zamanda Nizami Şirinov vəzifə səlahiyyətlərini aşaraq vəzifəli şəxslərin, hərbi hissə komandirlərinin, generalların və iş adamlarının dinlənilməsində şəxsən iştirak edib. Bu vasitə ilə əldə etdiyi məlumatlarla onları şantaj edərək, pul yığıb.

Mətbuatda verilən məlumatda Nizami Şirinovla bağlı bir cinayət işinin isə ölümlə nəticələndiyi bildirilir. Belə ki, Şirinov ötən il Lənkərandan olan imkanlı bir dostunun 2 oğlunu əsgər kimi öz şöbəsinə götürüb. Həmin qardaşlar da 16 yaşlı bir azyaşlı qızı zorla öz şöbələrinə gətirərək, ona təcavüz ediblər. Nizami Şirinov da qardaşların atasından cinayəti ört-basdır etmək üçün 100 mindən yuxarı rüşvət alır. Həmin qızın valıdeynləri Hərbi Prokurorluğa şikayət etsələr də, Nizami Şirinov istintaqın aparılmasına imkan verməyib. Hətta qızın ailəsini hədələyib. Həmin cinayət işi bu gün də açıq qalır. Ancaq qız bütün bunlara dözməyərək, MTN-in qarşısında özünü yandıraraq intihar etdi. Nizami Şirinov tamahkarlığı gənc bir qızın həyatına son qoydu.
Mənbə bildirir ki, Nizami Şirinov və dəstəsinin çoxlu sayda belə tükürpədici cinayətləri var. Hazırda onunla bağlı yaradılmış istintaq qrupu bu cinayətləri araşdırır.

Şübhəsiz, aparılan dəyişikliklərin xarakterinə nəzər salanda, bəzi məqamlar avtomatik olaraq, öz-özünə çözülür və hər hansı mürəkkəb kombinasiyalar qurmağa və ya onu təhlil etməyə də ehtiyac qalmır.

Azad Qarayev

 

Ardı var...


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam