Keçmiş MTN-çilərdən mesaj: “Qara Kəmər”dən imtina edin!...
(Çünki o, sizin deyil)
“Xeberinfo.com”: Milli Təhlükəsizlik Nazirliyi (MTN) Azərbaycanın onurğa sütunudur. Milli Təhlükəsizlik Nazirliyi Azərbaycanın şərəfi, ləyaqəti, vicdanı... əxlaqıdır. Unutmayın, vaxt olub bu nazirliyin əməkdaşları yüzlərlə əsir götürülmüş qadın və qızlarımızın namusunu, şərəfini qoruyaraq onları erməni düşmənlərinin həbsxanalarından azad edib... Bu istiqamətdəki “Məxvi qovluq”ların açılmasına Eldar Mahmudovun dəstəsi imkan vermirdi. Amma həqiqəti nə qədər saxlamaq olar?..
Mənim fikirlərim son təyinatlarla bağlıdır. Sual olunur?.. İtirilmiş şöhrət qayıdırmı?
MTN rəhbərliyinin, cəmiyyətdə çox ciddi və ləyaqət sahibi kimi tanınan general Mədət Quliyevin təyinatları buna imkan verir ki, deyək:
-Şöhrət qayıdır. Çətin də olsa, qayıdır. Çünki öz vəzifələrindən qeyri-qanuni uzaqlaşdırılmış, öz ailələrinə bu ocaqdan halal çörək aparan insanların yenidən qaytarılması insanlarda yeni əhval-ruhiyyəni bərpa edir.
Məsələn, illərdən bəri əzab və əziyyət çəkən, ömrünü, həyatının ən gözəl çağlarını bu divarlar arasında qoyan, Ulu öndər Heydər Əliyev məktəbini keçən, həmişə
Onun diqqətində olan... polkovnik Sahib Nağıyevin yenidən işə qaytarılması Azərbaycan xalqı üçün ən böyük töhfədir. Bu adamın taleyində təmizlikdən, sədaqətli olmaqdan, öz xalqını sevməkdən... həqiqətdən başqa heç nə yoxdur.
Sahib Nağıyev ona görə keçmiş rəhbərliyin hədəfinə düşdü ki, o, təmiz və ləyaqətli kadr olub... vəssalam. Onlar kimi xəyanət yolunu tutmayıb. O, ömrü boyu halal zəhmətinin keşiyində dayanıb...
İctimai mühit general Mədət Quliyevə bu addımına, bu seçiminə görə təşəkkür etməyə bilmir. Və yaxud polkovnik Ceyhun Şadlinskinin, İsmayıl Bayramovun simalarında ləyaqətli adamlar artıq yavaş-yavaş özlərinə gəlirlər.
Ölkə başçısının məlum fərmanı ilə Azərbaycanda yeni bir çevrilişin, yeni bir terror dalğasının, yeni bir çaxnaşmanın... yeni bir inamsızlığın qarşısı alındı... İndi insanlar rahat nəfəs ala bilər...
Araşdırma materiallarına görə yeni təyin olunmuş keşmiş kadrların biri-birinə bağlayan bir məhfum var: Vətənə xidmət, ölkə başçısına sevgi...
Araşdırma materiallarına görə MTN-də Eldar Mahmudovun göstərişilə 40-dan artıq otaq yeni təmir olunmuş və o otaqlar bağlı qalmışdı? Kimin üçün idi həmin otaqlar? Və yaxud anlamaq olmur, hansı səbəbə görə E.Mahmudovun açılıb, düşmüş, “Qara Kəmər”in üzvləri H.Əliyev Fondunun işilə, maliyyə durumu ilə, digər əlaqələrilə informasiyalar toplamaqda davam edirdilər. Üzdəniraq bəzi KİV və R.T. kanallarında əyləşən simasız “yazar”lar da onlara xidmət göstərirdilər.
Digər tərəfdən E.Mahmudovun dəstəsinin üzvləri son üç ayda (məlumata görə) Daxili İşlər Nazirliyindən 25, Fövqəladə Hallar Nazirliyindən 19, Prezident Aparatının müşaviri general M.Əliyevdən 22 (bütün bunları açmaq mənim üçün ağırdır), “ATV” və “ANS” TV-dən 76... dəfə “Məxfi arayış” və məlumat toplusu hazırlanıb... Bütün bunların şərhini yeri düşdükcə verəcəyik.
Amma milləti qarşı-qarşıya qoymaq yolu tutan, nazirliklərdə çalışan sədaqətli adamlara qarşı yalan məlumatlar toplamaq, onlar haqqında rəylər yaratmaq... ən aşağısı vicdansızlıqdır, şərəfsizlikdir.
Bu günə qədər E.Mahmudovun dəstəsi neçə-neçə namuslu, vicdanlı adamı ləkələyib, onların sıradan çıxmasında iştirak edib.
Məlumata görə həbs olunan və işdən qovulan MTN işçilərinin rəhbərləri, orden və medalları... digər verilən imtiyazlar... əllərindən alınacaq, yenidən “vətənə qaytarılacaq...”
Biz MTN ətrafında baş verənləri hələ çox təhlil edəcəyik. Çünki yığılan, illərdən bəri toplanmış materiallar bizi düşündürməyə bilmir...
Rövşən Novruzoğlu (Vəlizadə)
Milli Təhlükəsizlik məsələləri üzrə ekspert, professor, MTN-nin sabiq zabiti, politoloq