“Azərsu” “Novostroyka”ları necə tikdi?
A.M.K Mənzil-Tikinti Korperativini “Azərsu” ASC-i ilə nə bağlayır?
“Xeberinfo.com”: Bakı şəhərində və ümumiyyətlə Abşeron yarmadasında tikinti işlərini həyata keçirən və heç də xırda sayılmayan şirkətlərin ayrı-ayrı məmurların himayəsində olması heç kimə sirr deyil. Azərbaycan mətbuatını az-çox izləyən hər kəs üçün bu fakt olaraq məlumdur.
Bu istiqamətdə “xeberinfo.com”a daha bir məlumat daxil olub. Bu məlumatda A.M.K Mənzil-Tikinti Korperativi ilə “Azərsu” ASC-inin əlaqələrindən bəhs olunur. Məlumata görə A.M.K Mənzil-Tikinti Koorperativinin “Azərsu” ilə bağlılığı Səhmdar Cəmiyyətə Milli Məclisin hazırkı sədri Oqtay Əsədovun rəhbərlik etdiyi dövrə gedib çıxır. Hətta bu koperativin qeyri-rəsmi sahiblərindən birinin Oqtay Əsədov olması ilə bağlı iddialar da var. A.M.K Mənzil-Tikinti Korperativinin Milli Məclisin sədri ilə bağlı olması haqqında məlumatı təsdiq və ya təkzib etmək imkanımız olmasa da, bu koperativin “Azərsu” ASC-i ilə bağlılığının olması həqiqətə yaxındır. A.M.K Mənzil-Tikinti Korperativin Binəqədi rayon Adil Məmmədov 11 ünvanda tikdiyi binaların yerləşdiyi ərazinin əvvələr Səhmdar Cəmiyyətə məxsus olması söylənilir. Daha dəqiqi koperativin Binəqədi rayon Adil Məmmədov 11 ünvanda tikinti işləri apardığı ərazinin “Azərsu” ASC-nin Nəqliyyat və Xüsusi Texnika İdarəsinə məxsus olduğu bildirilir...
Elə maraq doğuran fakt da məhz bu ərazinin koperativə verilməsi ilə bağlıdır. Məlumata görə, bu ərazinin koperativə verilməsi Oqtay Əsədovun dövründən razılaşdırılıb. Tikinti prosesinə isə Elmira adlı xanımın rəhbərlik etdiyi deyilir. Sonradan Səhmdar Cəmiyyətə rəhbərlik edən şəxslər də "A.M.K." Mənzil-Tikinti Koperativi ilə əlaqələrini davam etdiriblər. Məlumata görə, bu ərazidə tikilən binalarda mənzillərin bir qismi “Azərsu” ASC-nin sədrinə verilir... Yeri gəlmişkən hal-hazırda kopertivə rəhbərlik etdiyi iddia olunan Sahib Məmmədovun yalnız icraçılardan biri olduğu da verilən məlumatlar sırasındadır. Məlumata görə, 1 kvadrat metri min manata satılan binanın dövlət orqanları, o cümləədn də Vergilər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi və Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə asanlıqla anlaşa bilməsi də bu koperativin arxasında yüksək vəzifəli şəxsin dayandığını göstərir.
Bu binalarda evlərin satılmasında yol verilmiş qanun pozuntularından tutmuş, tikintidə işləyənlərin çox böyük hissəsinin əmək müqaviləsinin olmaması, əmək haqqlarının ikili mühasibatlıq əsasında verilməsi ilə də bağlı məlumatlarımız var.
Bütün bu məlumatları araşdırırıq. Təəssüf ki, qarşı tərəflə əlaqə yaratmaq cəhdlərimiz nəticəsiz oldu. Bu səbəbdən də əldə etdiyimiz məlumatlarla bağlı hələlik geniş yaza bilmirik.
Nazim