Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Döyülən rektor qızının 300 min manatlıq avtomobili

1221

 

Döyülən rektor qızının da avtomobili “Bentley Mulsanne” olub.

"Xeberinfo.com":  Axar.az-ın qısa araşdırmasından sonra məlum olub ki, dünyada fantastik məbləğə satılan bu model maşın Azərbaycanda tək-tükdür. Bildirək ki, döyülmə anını əks etdirən videogörüntülərdəki avtomobil Ülkər İsayevaya aid olmasa da, onun da eyni model maşını var. Yeri gəlmişkən xatırladaq ki, Ülkər İsayevanın atası, Xəzər Universitetinin rektoru Hamlet İsaxanlının qızı bahalı maşında gəzir. Bu avtomobilin qiymətinə gəlincə, Azərbaycanda onlayn avtomobil satışı ilə məşğul olan saytlarda “Bentley Mulsanne” ortalama 300 min manata satılır.
“Bentley Mulsanne”nin texniki göstəricilərinə gəlincə, model yeni təkmilləşdirilmiş 6,75-litrli ikiturbinli V8 mühərriki ilə təmin olunub. Sürətlənməni, gücü və fırlanma anını artırmaq üçün yaradılaraq, avtomobil 100 km/saatı sadəcə 4,9 saniyəyə yığır, maksimal sürəti isə 305 km/s təşkil edir.
Xarici üslubun dəyişikliklərinə səciyyəvi “Bentley” radiatoru, alt bamper çıxışları, faralar, arxa fənərlər və qanadlarda hava çıxışlarına tətbiq olunmuş tünd ton daxildir. “Mulsanne” həmçinin yivli, paslanmayan poladdan səsboğucu boruları təklif edir.
Avtomobilin ümumi uzunluğu 5575 mm, güzgülərlə birgə eni 2208 mm, bükülmüş güzgülərlə eni 1926 mm, hündürlüyü 1521 mm, çarx bazası 3266 mm, qabaq çığır 1615 mm, arxa çığır isə 1652 mm-dir.
Unikal avtomobilin yanacaq sərfi isə şəhərdaxili 22,8 litr/100 km, şəhərkənarı 9,9 litr/100 km, qarışıq 14,6 litr/100 km-dir.
Ümumilikdə brend haqda onu deyə bilərik ki, şirkət hazırda müştərilərinə “Mulsanne”, “Flying Spur” və “Continental” adlı 3 markasını və bu marka adı altında 13 modelini təqdim edir. Texniki göstəricilərinə görə, bir-birindən o qədər də fərqlənməyən modellər klassik və idman üslublu olmaqla iki yerə bölünür. Ümumilikdə qiymətlər isə işlənmiş vəziyyətdə olan avtomobili nəzərə alsaq, 110 min manatdan başlayır.
Xatırladaq ki, Ülkər İsayeva martın 9-da döyülüb. Hadisə Bakının Azadlıq prospekti ilə Üzeyir Hacıbəyov küçəsinin kəsişməsində baş verib. İki qardaş – Zaur və Elin Məmmədovlar onu fiziki işgəncəyə məruz qoyub. Zaur həbs edilib. Rektor isə iddia edir ki, videodakı onun qızı yox, “Katya” adlı tanışıdır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam