Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

AZƏRBAYCANIN QİYMƏTLİ KAĞIZLAR BAZARININ RÜFƏT ASLANLI PROBLEMİ-ARAŞDIRMA

 

 

 

image here

Fransada öz adına şərab istehsalı ilə məşğul olan sədrin barəsində redaksiyamıza sensasiyalı məlumatlar daxil olub…
Yenixeber.org: Redaksiyamıza daxil olmuş şikayət və əlavə olunmuş sorğu əsasında Maliyyə Bazarlarına Nəzarət Palatasının fəaliyyəti ilə bağlı ciddi araşdırmalara başlamışıq… Söhbət daha çox ölkənin qiymətli kağızlar bazarındakı susqunluq və durğunluqdan gedir. Ən təəssüfləndirici hal isə budur ki, hazırda Maliyyə Bazarlarına Nəzarət Palatasının sədi olan Rüfət Aslanlı xeyli müddət məhz Azərbaycanın Qiymətli Kağızlar Dövlət Komitəsinin sədri olub, sonra həmin qurum ləğv edilərək Maliyyə Bazarlarına Nəzarət Palatasının tərkibinə verilib. Deməli, Rüfət Aslanlı yenidən ölkənin qiymətli kağızlar bazarına nəzarəti və idarəetməni həyata keçirəcək…

Rüfət Aslanlıya Prezident etimadı, Aslanlının Fransada şərab istehsalı, bir də…

Əslən Gədəbəydən olan Rüfət Aslanlının hələ Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin sədri olduğu dönəmi xatırladan sorğu müəllifi onun bir müddət Fransada öz adına buraxdırdığı şərab barədə maraqlı bir materialı da əlavə edib. Belə çıxır ki, bu gün ölkənin qiymətli kağızlar bazarında bir iş görməyən Rüfət Aslanlı Fransada özünə başqa bir məşğuliyyət tapıb və orada özünün adına şərab da istehsalına könül verib. Bəs onun könlündən niyə Prezidentin göstərdiyi etimad, Azərbaycanın qiymətli kağızlar bazarındakı ölü nöqtədən çıxmaq kimi problemlər keçməyib??? Şikayətçinin (sorğuçunun) məktubundan sitat: «Hörmətli «Təzadlar»! Bu yazımda heç bir qərəz ifadə olunmayıb və dövlətimin maraqlarından çıxış edərək bu problemi araşdırmağınızı sizdən xahiş edirəm. Problem isə olduqca qəlizdir… Bircə misal: Bakıda evlərin qiyməti niyə bahadır? Bu artıq monopoliya deyil ki, məsələn, bananı filankəs gətirir, yas yerlərinə filankəs rəhbərlik edir və s. Bura artıq mənzil bazardır... Niyə bizdə mənzillər ABŞ-dan, Türkiyədən... bahadır? Dünyanın hər bir ölkəsində qiymətli kağızlar bazarı var. Məsələn, kiminsə 50 min, 100 min dollar pulu varsa, gedib nüfuzlu şirkətlərin aksiyalarını, yəni istiqrazlarını alır. Və ildə bir dəfə gedib dividentini götürür. Amma bizim, məsələn, nazirimiz Səlim Müslümov istiqraz, yəni qiymətli kağız ala bilmədiyindən pulunu neyləyir, gedib 70 mənzil alır, Bakıda “Varlılar məhləsi”ndə 3-4 çoxmilyonluq villa tikdirib hansısa xarici şirkətə icarəyə verir və s. Çünki Azərbaycanda qiymətli kağız bazarı olmadığından onun başqa yolu da qalmır. Xaricdən qiymətli kağız almağa isə risq etmir... Ona görə də Azərbaycanda əlində bir az pulu olan ya banka qoyur… Banklardakı dələduzluq nəticəsində əmanətlərin batma təhlükəsini köz altına alanlar (“Texnikabank”ın Bakı filialı, “Dəmirbank” və s. kimi acı təcrübə var) isə pulu ya bağda, evdə gizlədir, ya da deyir, cəhənnəmə, gedib mənzil alım ki, kasıbın malı göz qabağında olsun... Əslində, banklarda faiz çox aşağı olduğundan bir çoxları heç banklara üz tutmur. Azərbaycanda 10, 20, hətta blokla ev alanlar var... Bütöv bir göydələni alanlar da var... Alıb, qalır ortada. Tələb təklifi üstələmiş olur... Yəni, mənzil alan (həmin pullular) çox olduğundan mənzil bazarında daim tələb var, deməli, bahalıq qalır. Çünki çirkli pullara sahiblənənlər hələki büdcə qarşısında öhdəliyə malik deyillər... Mən hələ Azərbaycanda iri torpaq sahələrini özəlləşdirib istifadəsiz edərək gələcək nəslinə saxlayanları demirəm. Və torpaq alqısı daim olduğundan yenə də torpaq bazarında da bahalıq meydan sulayır... Neçə aydır vergilər naziri Fazil Məmmədovu keçmiş təhsil naziri Mikayıl Cabbarov əvəzləyib. İnanaq ki, o, arzulanan vergi islahatlarını aparacaq. Amma gəlin görək bu necə mümkün olacaq? Mikayıl Cabbarov dünya əmlak vergisi standartlarını əsas götürüb bizdə o standartları tətbiq etsə, büdcəmiz aşıb daşacaq. Məsələn, nazir Səlim Müslümovun Bakıdakı “Varlılar məhləsi”ndə dörd villası, digər yeni binalarda 20-30, 70 evi, rayonlarda torpaq sahələri var. Amma o, əmlak vergisi vermir. Niyə? Onun kimi minlərlə, on minlərlə imkanlılar var... Onlar da eləcə. Mövcud qanunvericilikdə əmlak vergisi ümumi əmlakın 1 faizi qədərdir. Əgər o, 100 əmlaka malikdirsə, il ərzində bu əmlakların, məsələn, mənzillərin (mülklərin) biri əmlak vergisinə gedəcək. Hər il bu mənzərə davam edəcəksə, o, deyəcək ki, ay balam, ildə bir mənzil vergiyə gedirsə, bu qədər mülk mənim nəyimə lazımdır ki, alıb qoymuşam... Və o, çoxsaylı daşınmaz əmlaklara (digər əmlaklara da) malik olmaqdan imtina etməli olacaq. Amma o, bu əmlakları satandan sonra pulunu neyləməlidir? Hə, gəldik mətləbə! Bütün dünyada pulu olan qiymətli kağızlara maraq göstərir. O isə bizdə yoxdur. Bəs bu neçə illər ərzində Rüfət Aslanlı nə işlə məşğul olub??? Mən İtaliyada neçə il əvvəl 1 milyon dollara böyük bir mülkün satıldığını görmüşdüm. 38 otağı, 4 ha torpaq sahəsi var idi... Maraqlandım ki, bu niyə belə ucuz satılır? Mənə dedilər ki, ser, sahibi hər il bu mülkə görə külli miqdarda əmlak vergisi ödəyir... 
AZƏRBAYCANIN QİYMƏTLİ KAĞIZLAR BAZARININ RÜFƏT ASLANLI PROBLEMİ-ARAŞDIRMA
Bir neçə ildən sonra artıq bu mülkün dəyəri əldən gedəcək... Yəni, vergi çox asan yolla mülkiyyət sahibini məcbur edir ki, əmlak bazarında qiymətlər ucuzlaşsın. Yəni, belə olandan sonra o məmurlarımız daha gedib yenidən əlavə mülk, torpaq alamayacaq. Təsəvvür edirsinizmi, bu gün Bakıda bu qədər mənzil tikilir, yenə də ucuzluq yoxdur. Çünki yeni binanın bünövrəsi qoyulan kimi səlim müslümovlar, fazil məmmədovlar… gedir ki, qardaş, 10 mənzil mənimdir, al bu da nəğd pulu... Çünki əldə olan pul kapitallaşdırılmalıdır. Banka etibar yox, evdə-bağda saxlamaq təhlükəlidir, qiymətli kağız da yoxdur... Vəziyyətin belə əcaib formada olmasının səbəbi odur ki, Azərbaycanda normal qiymətli kağızlar bazarı yoxdur. Yalnız SOCAR-ın vauçerləri var, ona da hələki etibar o səviyyədə deyil. Çünki etibarlı bazar yoxdur... Az-maz da lotoreya satışı var, o da monopoliyadadır. O isə qiymətli kağız deyil. Sovet vaxtı belə istiqrazlar var idi, yəqin Rüfət Aslanlı da xatırlayır... Bəs elə isə Azərbaycanın Qiymətli Kağızlar Komitəsi uzun illər nə ilə məşğul olub? Rüfət Aslanlı sədr kimi tamam başqa işlərlə məşğuldur, hətta Fransada öz adına çaxır da buraxdırıb, mətbuat bu barədə yazıb, təkzib də edilmədi… 
AZƏRBAYCANIN QİYMƏTLİ KAĞIZLAR BAZARININ RÜFƏT ASLANLI PROBLEMİ-ARAŞDIRMA
AZƏRBAYCANIN QİYMƏTLİ KAĞIZLAR BAZARININ RÜFƏT ASLANLI PROBLEMİ-ARAŞDIRMA
Görün özbaşınalıq nə vəziyyətdədir ki, komitə sədri dövlətin adını və büdcəsini deyil, özünün adına çaxır buraxdırmağı düşünür! Azərbaycanda Fond Birjası var. İndiyədək hansı kotirovkaları edib, hansı Azərbaycan vətəndaşı oradan gedib qiymətli kağız ala bilər? Bu birjada hansı şirkətin qiymətli kağızı satılır ki, vətəndaş gedib pulunu verib alsın, arxayın olsun ki, onun pulu ona gəlir gətirəcək... Yoxdur. Niyə yoxdur? İndi Rüfət Aslanlı girişib banklara lisenziya satmağa… Axı sənin vəzifən bu deyil. Hər gün dünya birjalarında aksiyaların qiymətləri elan edilir, milyardlar alınıb-satılır. Biz isə belə bir bazarı vermişik Rüfət Aslanlının himayəsinə, o isə…»

-Rüfət Aslanlının himayəsində hansı sahələr var?
-Bakı Fond Birjasında nələr alınıb-satılır?
-Azərbaycanın qiymətli kağızlar bazarını bataqlıqdan necə çıxarmalı?
-Rüfət Aslanlı banklara və sığorta şirkətlərinə lisenziya verərkən hansı şərtləri diqtə edir?
-Prezident İlham Əliyevə ünvanlı müraciətdə Rüfət Aslanlının barəsində nələrin üstü açılıb göstərilib?
(Davamı var)
«Təzadlar»ın Araşdırma Qrupu

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam