Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Gənc və qoca tanımayan xəstəlik -Ürək damarlarının tıxanıqlığı, necə mübarizə aparmalı…

Gənc və qoca tanımayan xəstəlik -

 

Son zamanlar qəfil ürək tutmaları ilə keçinən insanların sayı kəskin artıb. Dünən jurnalist Nicat Məlikov, ondan qabaq jurnalist Natiq Qədimov, daha əvvəl isə jurnalist İlqar Qulusoyun ürək tutmasından vəfatı bu xəstəliyin yaşının xeyli gəncləşdiyini göstərir

Yenixeber.org: Ürək damarlarının tıxanıqlığı infarktın əsas səbəblərindən biridir. Tıxanma tədricən, gizli, güclü ağrısız başlaya bilir və illərlə davam edir.

Ürəyin 3 əsas tac damarından birində daralma olarsa, bu, ölümə bərabərdir.

İnvaziv kardioloq Rasim Məhərrəmov  ürək-damar tıxanıqlığının ilkin əlamətlərini sadalayıb:

"Tam döş sümüyünün arxasında, el arasında "sinə taxtası" deyilən yerdə ağrı olur. Ağrı hər iki qola, kürəyə, əllərə yayıla bilər. Əgər aktiv hərəkət zamanı təngnəfəslik də olursa, artıq ürək damar tıxanmasından şübhələnmək olar. Biz mədə nahiyəsində olan ağrını də ürəklə bağlı nəzarətə götürməliyik.
 

Ürək damarlarının daralmasının təhlükəli məqamı odur ki, xəstənin heç bir şikayəti olmaya bilər, heç bir əlamət vermir, xəstəlik təsadüfən aşkar olunur. Ona görə insanlar, xüsusən kişilər ildə 1-2 dəfə ürək müayinəsindən keçib, vaxtında damarların vəziyyətini yoxlatmalıdır ki, damarın funksiyası bərpa olunsun".

Həkimin sözlərinə görə, əgər 2 və daha artıq damar tutularsa, əməliyyat qaçılmazdır və stend qoyulur.

Damar tıxanıqlığının təməli çox vaxt uşaqlıqdan qoyulur, yaşlandıqca həyat şəraiti ilə bağlı inkşaf edir: siqaret, içki, stress, hərəkətsizlik, artıq çəki, pis qidalanma, şəkər xəstəliyi və s. səbəblər damarları zamanla tıxayır.

Ürək damarlarının vəziyyətini elektrokardioqramma, damarların doplleri, ürək USM, KT və bir neçə testrlər müayinə edir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam