Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Bakıya çatan 150 milyard dollar-ŞƏRH

 

Bakıya çatan 150 milyard dollar-

 

Böyük pulların sonrakı taleyi

Yenixeber.org: Yaxın 30 il ərzində təkcə bir layihədən – “Azəri - Çıraq - Günəşli” (AÇG) yataqlar blokunun işlənməsində Azərbaycan ildə orta hesabla 5 milyard dollar gəlir götürəcək.

 Bu barədə Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban ötən il Azərbaycanın bağladığı ən önəmli iqtisadi sazişdən - AÇG-nin dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi haqqında yenidən tərtib olunmuş sazişin imzalanmasından danışarkən bildirib.

Sentyabrın 14-də imzalanmış müqavilə 2018-2050-ci illəri əhatə edəcək və layihə çərçivəsində AÇG-yə 40 milyard dollara yaxın sərmayə yatırılacaq. Ümumiyyətlə, AÇG-nin geoloji ehtiyatlarının 2 milyard tona bərabər olduğu bildirilir və bunun 1 milyard tonu çıxarıla bilən sayılır. Mərasimdə bildirilib ki, indiyə kimi yataqdan 436 milyon ton neft çıxarılıb və AÇG-nin 2050-ci ilə kimi işlənməsi qalan ehtiyatın işlənməsinə xidmət edəcək.   

“Layihə AÇG-dən neft hasilatını sabitləşdirməyi nəzərdə tutur. Hazırda yataqda gündəlik neft hasilatı 585 min barreldir, zamanla bu, azalacaq. Ümumiyyətlə, yataqdan ildə orta hesabla 20 milyon tona yaxın neft əldə ediləcək. Qoyulan sərmayələrin xərci çıxılandan sonra mənfəət neftinin 75%-i Azərbaycana qalacaq ki, bu, yetərincə yüksək rəqəmdir. Yəni yataqdan çıxarılan neftin təxminən 55%-i Azərbaycana veriləck və indiki qiymətlərlə götürdükdə, ölkə ildə təxminən 5 milyard dollar, yəni 30 ildə təxminən 150 milyard dollar əldə edəcək. Müqayisə üçün deyək ki, 2017-ci ildə neftin barelinin orta qiyməti dünya bazarında 54 dollar, Azərbaycan neftinin bareli isə 55,5 dollar olub. 2017-ci ildə Azərbaycanın neft-qaz sektorundan gəlirləri 6,2 milyard dollar təşkil edib”,- deyə İlham Şaban bildirib.

İlham Şabanın AÇG-nin orta hesabla Azərbaycana gətirəcəyi 5 milyard dolların yetərincə yüksək gəlir olduğunu bildirib: “Bu, indiki məzənnə ilə təxminən 8 milyard manat deməkdir. Müqayisə üçün, Azərbaycan büdcəsində Dövlət Gömrük Komitəsinin öhdəlikləri 2 milyard manatdır. Vergilər Nazirliyi 7 milyard manat yığmalıdır və bunun  2 milyard manatı neft sektorundan (1,4 milyardı ARDNŞ-dən, 0,6 milyard manatı isə digər şirkətlərdən) gəlir. Yəni bir layihə Azərbaycanın bütün qeyri-neft sektorundan çox gəlir verir”.

Son günlərdə artan qəfil ölümlərin sirri

Neft Araşdırmaları Mərkəzinin rəhbəri “Şahdəniz” yatağının işlənməsinin ikinci mərhələsini də yada salır və əslində, Azərbaycanın daha çox neft-qaz gəlirləri əldə edəcəyini vurğulayır: “Bu layihə təxminən 40 il işlənəcək və Azərbaycana ildə sabit şəkildə 2-2,5 milyard dollar gətirəcək”.

Yəni başqa layihələr də nəzərə alındıqda indiki qiymətlər fonunda yaxın 30 il ərzində Azərbaycanın neft-qaz sektorundan illik gəlirləri 10 milyard dollara yaxın olacaq. Dünya bazarında neft qiymətlərinin artıma meyli var və geoloqlar Azərbaycanda bəzi yataqları yaxın 100 il boyunca istismar etməyi mümkün sayırlar.   

Bu, 2050-ci ildən sonra da ölkənin əhmiyyətli səviyyədə neft-qaz gəlirləri daha da yüksək olacağı barədə arxayınlıq yaradır.  Lakin İlham Şaban bu məsələdə arxayınlaşmamağa çağırır: “Bu, hələ ki, yaxın 30 il üçün proqnozlardır. Amma 30 ildən sonra yeni enerci mənbələri yarana bilər ki, nefti tam sıradan çıxarmasa da, əhəmiyyətini azalda bilər. Buna görə biz iqtisadiyyatın digər sahələrini inkişaf etdirməliyik ki, büdcəni gələcəkdə də gəlirlə təmin edək”.

2018-ci il büdcesinin bəzi xərc istiqamətləri
2018-ci il büdcesinin bəzi xərc istiqamətləri

Müasir dünyanın trendi elmtutarlı iqtisadiyyat sahələrinin inkişafı ilə bağlıdır. Hazırda bu sahədə liderlik ABŞ-a məxsusdur və elmtutarlı iqtisadiyyat təxminən ümumi daxili məhsulun 36 faizinə qədər çatır. İkinci yerdə Çin gəlməkdədir və göstəricisi 16 faizə yaxındır. Sovet illərində SSRİ-nin müvafiq göstəricisi 24 faiz idi. Postsovet məkanı ölkələrindən Rusiyanın hazırkı göstəricisi 5%-dən aşağıdır. 

Bu, həmin ölkələrin elmə ayırdığı sərmayələrin əz olması ilə bağlıdır. Misal üçün ABŞ 2014-cü ildə elmin inkişafına 397 milyard dollar vəsait yatırdığı halda, Rusiyada bu, 24 milyard dollar olub. Müqayisə üçün Avropanın əhalisi 5,5 milyon, yəni Rusiyadan 25 dəfə kiçik ölkəsi Finlandiya elmin inkişafına 6 milyard dollar yatırıb. Finlandiyadan 1,5 dəfə böyük olan Azərbaycanın göstəricisi isə həddindən aşağıdır. Məsələn, 2018-ci il büdcəsindəAzərbaycanda elmin inkişafı üçün 128 milyon manat, yəni 75 milyon dollar ayrılıb. Təbii ki, belə olan halda, Azərbaycanda elmtutarlı məhsul istehsalı ÜDM-in 0,1%-dən olacaq. Yəni Azərbaycan bu illər ərzinldə əldə edəcəyi neft milyardlarını elmtutarlı iqtisadiyyatın gətirəcəyi milyardlara çevirməyi bacarmalıdır. (İstiPress)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam