"BANK RESPUBLİKA" İLƏ "İNVEST-A"NIN QURDUĞU TƏLƏDƏN BAŞ PROKURORA ŞİKAYƏT-ARAŞDIRMA
Bir müddət əvvəl “İnvestA” MMC-nin reklamlarına aldanmış vətəndaşlardan bir qurupu (Məhərrəm Şahmuradov və digərləri) redaksiyaya şikayət məktubu göndərib. Şikayət məktubu Baş Prokuror Zakir Qaralova və vergilər naziri Mikayıl Cabbarova ünvanlıdır.
Aşağıda şikayəti ixtisarla təqdim edirik:
Hörmətli cənab Baş Prokuror Zakir Qaralov!
Hörmətli vergilər naziri Mikayıl Cabbarov!
Yenixeber.org: Biz aldanmışlar hələ də bilmirik ki, niyə Vergilər Nazirliyi və Baş Prokurorluq “İnvestA” MMC-nin dövlət büdcəsindən 3 000 000 (üç milyon) manat verginin ödənilməməsini araşdırmır? “İnvestA” MMC Şirkətinin rəhbəri Quliyev Namiq Saday oğlu və işçiləri bizə hədə-qorxu gəlir, şərləyir və şantaj edirlər.
Səbəbi budur: 2013-cü ildə İnternet saytlarında verilmiş reklam elanlarında “İnvestA” MMC tərəfindən fərdi evlərin “Bank Respublika” ASC tərəfindən maliyyələşdirilən ipoteka yolu ilə tikilməsi barədə xəbər tutduqdan sonra həmin şirkətin Masazır kəndində inşa etməyə başladığı yaşayış kompleksində ev almaq barədə şirkətin rəhbəri ilə razılığa gəldim. “İnvestA” MMC-nin rəhbəri Quliyev Namiq Saday oğlu bu tikintinin maliyyələşdirilməsinin "Bank Respublika" ASC tərəfindən həyata keçirildiyini bir daha təsdiq edərək bu səbəbdən də, həmin bankla kredit müqaviləsi bağlanmalı olduğunu bildirdi. “İnvestA” MMC bizə bildirdi ki, tikiləcək fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi “İnvestA” MMC-nə məxsus olsa da, formal olaraq həmin torpaq sahəsi şirkət rəhbərinin qohumunun adına qeydiyyata alınmışdır. Ona görə də birinci növbədə həmin torpaq sahəsi ilə bağlı alqı-satqı müqaviləsi bağlanmalı, həmin torpaq sahəsi bankda yüklü edilərək kredit alınmalı, alınan kredit hesabına nəzərdə tutulan fərdi yaşayış evləri tikilərək bizə təhvil verilməlidir.
Bundan başqa, rəhbərlik bildirdi ki, yaşayış kompleksinin ümumi ərazisi 24 ha torpaq sahəsindən ibarət olmaqla ərazidə sakinlərin istirahəti üçün park, fitnes mərkəzi, uşaq bağçası, bərbərxana, mağazalar tikilərək istifadəyə veriləcəkdir. Həm də bütün kommunal şəraitlər qurularaq, kommunal xidmətlərlə bağlı bizimlə müqavilələr bağlanacaq və xidmətlər fiziki şəxs olaraq sakinlərə birbaşa göstəriləcəkdir.
Bunu da qeyd edim ki, “İnvestA” MMC rəhbəri Quliyev Namiq Saday oğlu bizə bildirdi ki, yaşayış kompleksi Abşeron rayon İcra Hakimiyyətinin 22 fevral 2008-ci il tarixli 165 saylı Sərəncamı əsasında tikilir və MMC rəhbərliyi fərdi yaşayış evi tikildikdən sonra həmin evin sənədləşdirilməsinin təmin etməsi barədə öhdəlik götürdü. Çünki sərəncan MMC-nin adına verildiyi üçün həmin sənədləşməni yalnız MMC edə bilərdi.
Aramızda razılığa gəldikdən sonra razılaşdığımız məbləği “İnvestA” MMC-nə ödədim və Notariat Konturuna gedərək Abşeron rayonu, Masazır kəndində yerləşən torpaq sahəsi ilə bağlı hər birimiz alqı-satqı müqaviləsi bağladıq və Dövlət reyestri xidmətindən çıxarış birbaşa banka təhvil verilmişdir. Çıxarış alınandan sonra "Bank Respublika" ASC-də həmin torpaq sahəsi və tikilməkdə olan fərdi yaşayış evini ipoteka ilə yüklü edilərək, alınan krediti də MMC-nin nümayəndəsi götürdü. Başqa sözlə desək, kredit müqaviləsini biz imza etsək də, pul vəsaitləri bizə deyil, faktiki olaraq “İnvestA” MMC-nin nümayəndəsinə ödənildi.
Evlərin tikilməsi üçün müvafiq icazələr, sərəncamlar, kommunal xətlərin çəkilməsi üçün texniki şərtlər də məhz “İnvestA” MMC-nin adına verilmişdir. Lakin həmin şirkət tərəfindən öhdəliklər tam və lazımınca yerinə yetirilməmiş, evlərin təhvil verilməsi həyata keçirilməmişdir. Bundan əlavə, məlum olmuşdur ki, inşa edilmiş mənzillərin sahələri -razılaşdırılmış sahələrdən azdır, həmçinin bir sıra digər qüsurlar da aşkar edilmişdir.
Bundan başqa, “İnvestA” MMC tərəfindən fərdi evlərin tikilməsi və sonrakı istismarı zamanı həmin şirkət tərəfındən bir sıra qanunsuzluqlara yol verildiyi də aşkar edildi. Tikinti başa çatdıqdan sonra “İnvestA” MMC evlərin təhvil verilməsini həyata keçirməmiş, yalnız oraya köçmək üçün icazə verildiyini bildirmişdir. Evə köçdükdən sonra məlum oldu ki, inşa edilmiş evlərin sahələri razılaşdırılmış sahələrdən azdır, həmçinin bir sıra digər ciddi qüsurlar da vardır. “İnvestA” MMC tərəfındən fərdi evə dair heç bir hüquqverici sənəd də verilməmişdir. Hazırda “İnvestA” MMC özünü məsuliyyət yaradan əməllərdən süni surətdə kənarlaşdırmaq üçün guya, həmin evlərin tikintisinə aidiyyatı olmaması görüntüsü yaratmağa cəhd edir. Yəni, kommunal xidmətlərin göstərilməsi üçün başqa bir şirkətlə müqavilə imzalayıb, xidmət göstərilməsi ilə bağlı münasibətlərin də həmin şirkətlə olduğunu və özünün heç bir məsüliyyət daşımadığını iddia edir. "Bank Respublika" ASC isə, kredit müqaviləsinə istinad edib, şişirdilmiş faizlərlə ödənişlər tələb edir və “İnvestA” MMC-nin bu məsələyə heç bir aidiyyatınin olmadığını bildirir. Bankın hərəkətlərindən belə çıxır ki, guya, külli miqdarda çoxsaylı kreditləri yalnız fərdi ev tikdirmək istəyən şəxslərin sadəcə, müraciətinə əsasən, heç bir real girov təqdim edilmədən vermişdir. Sübut etməyə ehtiyac yoxdur ki, bankın belə sadəlövh “dəlil” göstərməsi tamamilə əsassızdır və əlbir olduğu “İnvestA” MMC-nin vəzifəli şəxslərini məsuliyyətdən yayındırmaq məqsədi güdür. Digər tərəfdən, biz bəzi kommunal xərcləri hüquqi şəxslərə aid tariflərlə ödəmək məcburiyyətindəyik ki, bu da bir daha sübut edir ki, həmin evlərin tikintisi ilə bağlı sənədlər hüquqi şəxs olan “İnvestA” MMC-nin adına rəsmiləşdirilmişdir.
Yuxarıda qeyd edilən faktlar "Bank Respublika" ASC-nin və “İnvestA” MMC-nin əlbir olaraq, vətəndaşları aldatmaq, yəni onların etibarından sui-istifadə etmək yolu ilə, pul vəsaitlərinin mənimsənilməsini təsdiq edir ki, bu da Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178 və 179-cu maddələri ilə müəyyən edilmiş dələduzluq və mənimsəmə cinayətidir.
Ən əsas məsələ isə bundan ibarətdir ki, layihə sənədləri və sərəncamın öz adına olması, 5000 kvadrat metrdən ibarət-250 fərdi yaşayış evini “İnvestA” MMC inşa edir, "Bank Respublika" ASC ilə əlbir olaraq həmin evləri banka girov qoyub pulları götürür və həmin torpaq səhələrini fiziki şəxslərin adına formal alqı-satqı edərək və torpağın onun adına olmaması və tikintinin fiziki şəxslər tərəfindən aparılması görüntüsünü yaradaraq, Dövlət büdcəsinə 3 000 000 (üç milyon) manat ödənilməli olan verginin ödənilməsindən yayınmışdır.

Hal-hazırda da Sizə müraciət etməyimizdən xəbər tutan şirkətin rəhbər işçiləri bizə hədə-qorxu gəlir, şərləyir və bizi şantaj edirlər. Ona görə də Sizdən xahiş edirik ki, “İnvestA” MMC-nin faktiki rəhbəri Quliyev Namiq Saday oğlunun qeyd olunan qanunsuz hərəkətləri ilə bağlı tədbir görülməsi və Dövlət büdcəsindən yayındığı 3 000 000 (üç milyon) manat olan verginin ödənilməsinin təmin olunmasının araşdırılmasına göstəriş verəsiniz.
***
Redaksiyadan: şikayətlə bağlı Quliyev Namiq Saday oğlunun bizə verilmiş telefonuna dəfələrlə zəng vursaq da cavab vermədi. Onun da mövqeyini öyrənməyə və bizə təqdim edilən sənədlərə dair izahlarını dərc etməyə hazırıq.(tezadlar.az)
Səbuhi