Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

İş adamı Gədəbəyin icra başçısından Mədət Quliyevə nə yazdı?– Mətn

İş adamı Gədəbəyin icra başçısından Mədət Quliyevə nə yazdı?

 

Gədəbəyin icra başçısı Ramiz Yediyarov tərəfindən obyektinin qapı-pəcərəsi daşla hördürülən sahibkar Fəxrəddin Bağırov Dövlət Təhlükəsizlik Xidmətinin rəisi Mədət Quliyevə müraciət edib

 Yenixeber.org: 

İş adamı Gədəbəyin icra başçısından Mədət Quliyevə nə yazdı?

 

 Gədəbəy rayonu icra hakimiyyətinin başçısı Ramiz Yediyarov

 

Müraciətin bir surətini AzEuroNews.com-a göndərən iş adamı generaldan kömək istəyib: “Hörmətli cənab general. Xahiş edirəm şikayətimi cənab Prezidentə və xanım birinci vitse-prezidentə çatdırasınız.

Mən sahibkaram. Amma dövlətdən nə maliyyə yardımı istəmirəm, nə də başqa güzəşt olunmasını rica etmirəm.

Mən dövlətdən qapı istəyirəm, qapı. 1 ay bundan əvvələcən fəaliyyət göstərdiyim, çıxarışla mənə məxsus olan obyektimin icra başçısının qanunazidd göstərişi ilə hörülmüş qapısını istəyirəm. Qapının hörülməsi məni öz əmlakımdan  təcrid edib.

Mən dövlətdən Konstitutsiya ilə müəyyən olunmuş, ancaq rayon rəhbərinin cinayətkar əməlləri nəticəsində pozulmuş əmlak və şəxsi toxunulmazlıq hüququmun bərpasını istəyirəm və bu hüququ pozanların cəzalandırılmasını istəyirəm.

Bu məktubu sizə yazmağımın səbəbi isə ondadır ki, ötən 1 ay müddətində başıma gələnlərlə bağlı hansı dövlət qurumuna müracət göndərdimsə, bütün müraciətlərim Prezident Admistrasiyasına yönləndirildi.

İş adamı Gədəbəyin icra başçısından Mədət Quliyevə nə yazdı?

 

 

Amma Adminstrasiyanın rayon icra başçısına havadarlıq edən əməkdaşları isə müraciəti obyektiv araşdırıb ölkə rəhbərliyinə məlumat vermək əvəzinə yenidən rayon rəhbərliyinə göndərdi.

Rayon rəhbərliyinin öz törətdiyi əməli obyektiv araşdırması isə elementar məntiqə şığan bir iş deyil.

Ona görə də mən 1 aydır öz qanuni hüquqlarımın müdafiəsi ümidi ilə  Bakının soyuq, küləkli küçələrində qalmışam.

 İş adamı Gədəbəyin icra başçısından Mədət Quliyevə nə yazdı?

 

Sahibkarlıq fəaliyyəyim dayanıb, işçilərim pərən-pərən düşüb, icra başçısı Ramiz Yediyarov isə öz isti kabinetində oturub,  məni susdurmaq və qanunsuz hərəkətlərini ört-basdır etmək üçün min cür iftiralar hazırlamaqla məşğuldur.

Hörmətli general, eşitdiyim, bildiyim qədər siz obyektiv adamsınız və ölkə rəhbərliyinə əsl həqiqəti söyləyirsiniz. Onun üçün məhz sizə müraciət edirəm.

 

İş adamı Gədəbəyin icra başçısından Mədət Quliyevə nə yazdı?

 

 Xahiş edirəm mənə qarşı törədilmiş  cinayəti araşdırıb əsl həqiqəti ölkə rəhbərliyinə çatdırasınız. Törədilmiş misli görünməmiş özbaşınalığın aradan qaldırılmasına yardımçı olasınız”.

 

Emil Salamoğlu/ AzEuroNews.com / Bakı    


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam