Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Nazirlik həyəcan təbili çalır:Zığda sürüşmə aktivdir – FOTO

Nazirlik həyəcan təbili çalır:

 

“Zığ qəsəbəsində 43 saylı binanın qarşısında qrunt sularının ərazidən uzaqlaşdırılması istiqamətində aidiyyəti qurumlar tərəfindən işlər görülüb. 43 saylı bina boyunca xəndək qazılıb. Qazıntı aparılan zaman texnogen amillərin təsirindən xəndəyin divarı uçub”

 

Yenixeber.org: Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının dəstə rəisi Rafiq Həsənov deyib.

Dəstə rəisinin sözlərinə görə, yamacboyu yuxarı hissələrdən gələn qrunt suları 43 saylı binanın zirzəmisindən, binanın həyətindən çıxır, bu da bina üçün problemlər yaradır. Həmin xəndək də drenaj şəbəkəsinin yaradılması üçün qazılıb.

R. Həsənov qeyd edib ki, ümumilikdə həm texnogen, həm də təbii amillərin təsirindən Zığ sürüşmə sahəsində aktivlik müşahidə edilir: 

“Sürüşmə hazırda aktiv fazadadır. Binanın zirzəmisinin, habelə binanın ön tərəfindən və istinad divarının aşağısından qrunt sularının yer səthinə çıxışı izlənilir”.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam