Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

“ELƏSİNİN YÜKÜNÜ DAŞI Kİ…” –Son sözündə Mahmudova mesaj göndərdi

 

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq aparat rəhbəri Vidadi Zeynalov və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam edib.
Yenixeber.org-un Lent.az-a istinadən verdiyi məlumata görə, prosesdə Vidadi Zeynalovun vəkili Muğam Əliyev müvəkkili barədə bəraət hökmünün çıxarılmasını istəyib.

Daha sonra “Azərpoçt”un sabiq rəhbəri Qəmbər Bəybalayevin vəkili çıxış edib. O bildirib ki, müvəkkilinə bəraət hökmü çıxarılıb.
Hakim bildirib ki, Qəmbər Bəybalayeb dövlətə vurduğu ziyanı tam ödəyib.
Bununla da, “Rabitə işi” üzrə təqsirləndirilən şəxslər dövlətə vurduqları ziyanı tam ödəyib.

Prosesdə təqsirləndirilən şəxslər son söz verib.

Vidadi Zeynalov son sözlə çıxış edib. O deyib ki, ona verilən ittihamları qəbul etmir:“Həmişə dövlətə sadiq olmuşam. Sadaqətim hamıya məlumdur. Bundan sonra da belə olacaq. Həbsxana həyatı mənə bioloji ölümdür. İttihamları qəbul etmirəm. Heç bir dəstə yaratmamışam. Heç bir dəstənin tərkibində olmamışam. Dövlət büdcəsinin pulunu heç vaxt yeməmişəm. Qohum-əqrəbamın əmlaklarına qoyulan həbslərin götürülməsini tələb edirəm. Çünki o adamların öz zəhmətləri ilə qazandıqlarına həbs qoymaq olmaz”.

Vidadi Zeymalov ittihamı yox, səhvini qəbul edir: “Mən səhvimə görə cəza çəkirəm. Allah məni bağışlasın. İttihamları qəbul edə bilmərəm. Əmək haqqı və “PLZ” MMC ilə bağlı ittihamlar ümumiyyətlə absurddur. Cəzamı çəkməyə hazıram. Son sözümü atalar sözü ilə bitirmək istəyirəm: “Elə adamın yükünü daşı ki, bir gün yıxılsan, yükünü daşısın”. Bu yerdə xatırladaq ki, Vidadi Zeynalovun MTN-in sabiq rəhbəri Eldar Mahmudov və nazirliyin digər generalları ilə yaxın əlaqələri ortaya çıxmışdı. Onun həbsi də “MTN işi” başladıqdan sonra həyata keçirilmişdi.

Digər təqsirləndirilən Bayram Vəliyev də çıxış edərək vəkilin dedikləri ilə razı olduğunu bildirib.

“Aztelekom” sabiq rəhbəri Məhəmməd Məmmədov da ittihamları qəbuı etmədiyini deyib. O, məhkəmədən ədalətli qərar çıxarmasını istəyib.

Beytulla Hüseynov isə qeyd edib ki, onları cəmiyyətə cinayətkar dəstə kimi təqdim ediblər:“Bizim tərcümeyi-halımızı paylaşsaydılar, görərədilər ki, biz neyləmişik. Haqqımızda ədalətli qərar çıxarılmasını istəyirəm”.

Xatırladaq ki, prokuror Fərid Nağıyev çıxışı zamanı Vidadi Zeynalova 14 il, Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin rəhbəri Beytulla Hüseynova 15 il, BTRİB-in baş mühasibi Anar Mustafayevə 8 il, “Optik Qurğular İdarəsi” MMC-in rəhbəri Emin Məmmədova və “Optik Rabitə, Tikinti və Quraşdırma” MMC-nin direktoru Namazalı Məmmədova 12 il, “Azərpoçt” sabiq direktoru Qəmbər Bəybalayevə 10 istəyib.

Həmçinin prokuror digər təqsirləndirilən şəxslər – “Bakı Rabitə Təmir Tikinti” və “Təmir Təchizat Servis” MMC-lərinin direktoru Bayram Vəliyevə, “Optik Rabitə, Tikinti və Quraşdırma” MMC-nin mühasibi Səhrab Hümbətova “Aztelekom”MMC-in direktoru Məhəmməd Məmmədov, “Aztelekom” MMC-nin baş mühasibi Oktay Rüstəmova , “AzİnTelekom” MMC-nin baş direktoru Cəlil Cəfərovun hər birinin barəsində 5 il 11 ay cəza istəyib. Onlar barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti) tədbiq edilsin və 3 sınaq müddəti seçilməsini tələb edib.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam