Redaktor seçimi
Guya korrupsiyaya qarşı araşdırma aparırlar —
Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyada dövlətin pulu belə "yeyilir" -
“Blak lounge” restoranı kütləvi narazılıq yaradır–
Qoşqar Təhməzli dövlətin pulun belə xərcləyir -
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Günün xəbəri

"Əli Abbasov əvəzimə 2 milyon manat ziyanı ödəyəcəyinə söz verib" -“Rabitə işi”

"Əli Abbasov əvəzimə 2 milyon manat ziyanı ödəyəcəyinə söz verib" -

 

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq Aparat rəhbəri Vidadi Zeynalov və digərlərinin cinayət işi üzrə məhkəmə davam etdirilib.

 

Yenixeber.org:  APA-ın məlumatına görə, hakim Əfqan Hacıyevin sədrlik etdiyi prosesdə təqsirləndirilən Beytulla Hüseynovun vəkili Cəlil Mirzəyev çıxış edib. O deyib ki, B. Hüseynovun dövlətə vurduğu ziyan tam ödənilib. 


Təqsirləndirilən Anar Mustafayevin vəkili Gülşən Salmanov hüquqlarını müdafiə etdiyi şəxsə qarşı ittihamların əsassız olduğunu deyib və A. Mustafayevə şərti cəza verilməsini istəyib. O deyib ki, cinayət baş vermiş olsaydı belə, A. Mustafayev dəymiş zərəri tam və nağd şəkildə ödəyib. 

Vidadi Zeynalovun vəkili Ceyhun Yusifov isə hüquqlarını müdafiə etdiyi şəxsin heç bir vəsaiti mənimsəmədiyini deyib. Onun sözlərinə görə, məhkəmə istintaqı zamanı V. Zeynalova qarşı irəli sürülən ittihamlar təsdiqlənməyib: "Vidadi Zeynalov heç kimə "paket" verməyib. O, paket alıb. İttihamda nazirliyə vurulan ziyanın məbləği dəfələrlə şişirdilib".  

Vəkil qeyd edib ki, V. Zeynalovun atasının evinə də həbs qoyulub: "Bu ev necə cinayət yolu ilə əldə edilə bilər ki, həmin mənzil tikiləndə Vidadi Zeynalov heç anadan olmamışdı. Bundan başqa, onun icarəyə götürdüyü torpaqların da üzərinə həbs qoyulub. Dövlət torpağının üzərinə necə həbs qoyula bilər?" 

Vəkil çıxışının sonunda V. Zeynalova ya bəraət verilməsini ya da azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza istəyib. 

Namazalı Məmmmədovun Könül Əliyeva da hüquqlarını müdafiə etdiyi şəxsə bəraət verilməsini xahiş edib. 

Təqsirləndirilən Qəmbər Bəybalıyev deyib ki, ümumi əmlakının dəyəri 300 min manat təşkil etməsə də, bunu dəyən ziyan kimi ödəməyə hazırdır: "Vidadi Zeynalov, Əli Abbasov da 2 milyon 73 min manat ziyanı mənim əvəzimə ödəyəcəklərinə söz veriblər. Hətta Əli Abbasov bununla bağlı aidiyyəti orqanlara müraciət etsə də, buna şərait yaradılmayıb. Bütün əmlakımı dövlətə bağışlayıb, kirayə yaşamağa hazıram. Mən məhkəmədən ədalətli qərar çıxarmasını xahiş edirəm". 

Proses iyulun 12-də davam etdiriləcək. 

Qeyd edək ki, dövlət ittihamçısı təqsirləndirilən V. Zeynalovun 14 il, B. Hüseynovun 15 il, A. Mustafayevin 8 il, Q. Bəybalayevin 10 il, E. Məmmədovla N. Məmmədovun hər birinin 12 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. O, təqsirləndirilən şəxslərdən M. Məmmədov, C. Cəfərov, S. Hümbətov, B. Vəliyev və O. Rüstəmovun isə hər birinin 5 il 11 ay 11 gün müddətinə şərti olaraq azadlıqdan məhrum olunmalarını istəyib.

 

Prokuror xahiş edib ki, təqsirləndirilən şəxslərin üzərinə həbs qoyulan əmlakları dəymiş ziyanın ödənilməsinə yönləndirilsin və həmin əmlakların üzərindən həbs götürülməsin.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam