Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

“İran Dağlıq Qarabağ münaqişəsinin həlli üçün öz potensialından istifadə edəcək" -Əli Laricani

 

"İran Dağlıq Qarabağ münaqişəsinin həlli üçün öz potensialından istifadə edəcək”. 
 
Yenixeber.org:   Bunu APA-nın müxbirinin İranın Dağlıq Qarabağ münaqişəsindəki rolu ilə bağlı sualına cavabında İran parlamentinin sədri Əli Laricani deyib.
 
Ə. Laricani bildirib ki, bölgədə yeni gərginliyin yaşanması üçün potensial yoxdur: "Münaqişə tərəflərindən istəyirik ki, hazırkı şəraitdə buna imkan verməsinlər. Regionda müharibənin olması hər iki ölkə üçün problemlər yaradacaq”.
 
Ə. Laricani qeyd edib ki,  İran həm Azərbaycan, həm də Ermənistanla  yaxşı münasibətlərə malikdir: "Ümid edirik ki, hazırkı şəraitdə münaqişə daha da gərginləşməyəcək. İran Dağlıq Qarabağ münaqişəsinin həlli və yaranacaq problemlərin yoluna qoyulması üçün öz potensialından istifadə edəcək”.
 
İran parlamentinin sədri Suriya məsələsinə toxunaraq ABŞ prezidenti Donald Trampın İŞİD-lə mübarizə üçün bölgəyə hərbi qüvvə göndərməsindən danışıb: "Ümid edirik ki, onlar keçmişdə etdikləri səhvləri təkrarlamayacaqlar. Necə ki, 6 trilyon dollar ziyan görüblər və 5 min əsgərləri həlak olub. Bu baxımdan keçmişdə etdikləri səhvləri  təkrar etməməlidirlər. Trampın rəqiblərindən biri demişdi ki, biz İŞİD-in yaradılması üçün lazım olan xərci çəkdik. İndi də zəhmət çəksin, onu məhv etsin. Ümid edirik ki, ABŞ-ın yeni prezidenti ağıllı davranacaq”.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam