Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

"Bu işğala son qoyulmalıdır" –Rusiyalı politoloq

 


“Mülki şəxslərin ölümü bir daha göstərir ki, Dağlıq Qarabağ dondurulmuş münaqişə deyil, bu yara hələ qarsaq bağlamayıb. Belə hadisələrin tez-tez baş verməsi bu yaranın hələ çox qan aparacağını göstərir”.

Yenixeber.org:  Bunu APA-nın Moskva müxbirinə müsahibəsində Rusiya Siyasi Təhqiqatlar İnstitutunun direktoru, tanınmış politoloq Sergey Markov Ermənistan Silahlı Qüvvələrinin Füzulinin Alxanlı kəndini atəşə tutması nəticəsində biri az yaşlı körpə olmaqla, iki nəfərin öldürülməsi, bir nəfərin isə yaralanmasına münasibət bildirərkən deyib.

Ekspertin fikrincə, tərəflər danışıqlar masasına tez bir zamanda oturmasalar, regionda genişmiqyaslı müharibə qaçılmaz olacaq: “Aprel döyüşlərinin təkrarlanması ehtimalı çox yüksəkdir. Ona görə də, tərəflər danışıqlar masasına oturmalıdır. Dünya ictimaiyyəti ilk növbədə Ermənistanı danışıqlar masasına oturmağa məcbur etməlidir. Rusiya və dünya ictimaiyyəti Ermənistan rəhbərliyinə güclü təzyiq göstərməlidir”.

S. Markov Ermənistan Silahlı Qüvvələrinin dinc sakinlərə qarşı fəaliyyətinin dünya ictimaiyyəti tərəfindən qiymətləndirilməsinin vacibliyini vurğulayıb: “İki yaşlı körpənin öldürülməsinə, bu vəhşiliyə dünya ictimaiyyəti lazımi qiymət verməlidir. Ermənistan dövləti ekspansiyada günahlandırılmalıdır. Onlar qonşu ölkənin ərazisini-Dağlıq Qarabağı və ona bitişik yeddi rayonu işğal edib. Bu işğala son qoyulmalıdır”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam