Redaktor seçimi
Məhəmməd Musayev Saleh Məmmədovu necə aldadır? -
Gəncə Dövlət Universitetində baş verənlər şok edir...  Rektor Yusif Yusibovun adı ağır cinayət iddialarında: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi media təşkilatı adı ilə “piy” əridir - 
QHT-lərə Dövlət Agentliyindən Nazirlər Kabinetinə sayqısızlıq -
“Zulu Shipping” dosyesində adı keçən İsmayıl Qasımov kimdir? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi ifşa olunur: reklam təşkilatının nikah layihəsinə dəstək -
Qobu Bələdiyyəsinin sədrinin saxta imzası üzə çıxdı:
 Eyni QHT-lər, eyni layihələr: dövlət düdcəsi harada itir? -
Günün xəbəri

“Qətər böhranı iki qardaş dövlət arasında problem deməkdir” –İbrahim Kalın

"Türkiyə Qətər böhranının tezliklə həll olunacağına ümid edir".

Yenixeber.org:  Bunu Türkiyə Prezidentinin mətbuat xidmətinin rəhbəri İbrahim Kalın deyib.

Onun sözlərinə görə, Türkiyə böhranın ilk günündən onun nizamlanmasına böyük səy göstərir:

"Türkiyə üçün Qətər böhranı iki qardaş dövlət arasında problem deməkdir".

Qeyd edək ki, ötən gün BƏƏ-nin xarici işlər naziri Ənvər Qarqaş Türkiyəni Qətər böhranı məsələsi üzrə balanslaşdırılmış siyasət yürütməyə çağırıb.

Xatırladaq ki, Səudiyyə Ərəbistanı, Bəhreyn və BƏƏ, həmçinin Misir Qətəri terror təşkilatlarına və onların bu ərəb ölkələrində daxili vəziyyəti gərginləşdirmək üzrə fəaliyyətlərinə dəstək verməkdə ittiham edərək rəsmi Doha ilə diplomatik əlaqələri kəsdiklərini bəyan ediblər.

Daha sonra digər ölkələr Qətərlə münasibətləri dayandırdığını və ya azaltdığını bildirib


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam