Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

“Bəzi məktəblərdə vəziyyət gərgindir” –Təhsil İdarəsinin müdiri

 

5ffbb4c3-c6a2-4aa3-973a-b86bfe86b362_292

“Bu gün Bakıdakı məktəblərdə şagird sıxlığı problemi hələ də qalır. Bu da ərazidə əhali məskunlaşmasının sıxlığı ilə əlaqəlidir. Sentyabr ayına qədər 8 məktəbdə təmir işləri yekunlaşmalıdır”.

Yenixeber.org:   Bunu jurnalistlərə açıqlamasında Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyeva deyib.

Onun sözlərinə görə, 179 nömrəli məktəbdə şagird sıxlığı hələ də davam edir: “Eyni zamanda, həmin ərazidə iki il əvvəl istifadəyə verilən 182 nömrəli məktəbdə də şagird sıxlığı müşahidə olunur. Həmçinin, Binəqədi rayonu ərazisində yerləşən 205 nömrəli məktəbdə də analoji problem yaşanır”.
İdarə müdiri qeyd edib ki, paytaxtdakı şagird sıxlığı müşahidə olunan məktəblər daim nəzarətdədir: “Bu məsələni Təhsil Nazirliyi qarşısında qaldırmışıq. Nazirlik də bununla bağlı müvafiq qurumlara müraciət edir. Güman edirəm ki, problem qısa müddət ərzində öz həllini tapacaq. Çünki sadalanan məktəblərdə vəziyyət həqiqətən də gərgindir”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam