Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Daha bir jurnalist saxlanıldı

 

q

Bu gün jurnalist Kamran Mahmudov Gürcüstana gedərkən saxlanılıb.

Yenixeber.org:  Bu barədə sosial şəbəkədə vəkil Cavid Rzazadə yazıb.

“Kamran Mahmudovu Gürcüstana mənimlə birlikdə gedərkən sərhəddə saxlayıb Qazax Rayon Polis İdarəsinə apardılar. İlkin olaraq deyildi ki, Kamran axtarışdadır”, – vəkil yazıb.

Vəkilin yazdığına görə, jurnalist müvəqqəti saxlanma kamerasına aparılıb.

«Kamranın üzərindən 127 manat pul, plastik kartlar və digər şəxsi əşyalar aşkar edilib götürüldü. Şəxsi axtarış hal şahidlərinin və mənim vəkil olaraq iştirakım olmadan aparıldı», – vəkil yazıb.

K.Mahmudov “Azadlıq” radiosunun Bakı ofisi bağlananadək bu radioyla əməkdaşlıq edib. O, daha sonra «Kanal 13» internet televiziyasında çalışırdı. “Azadlıq” radiosunun məlumatına görə, Qazax Rayon Polis Şöbəsindən bildiriblər «Kamran Mahmudov saxlanıb və Qazax Rayon Polis Şöbəsinə gətirilib. İndi araşdırma gedir».

Polis əməkdaşı deyib ki, K.Mahmudovun saxlanma səbəbi ölkədən çıxışına yasaq qoyulması ilə bağlıdır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam