Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Ziya Məmmədovun əmlakını etibar etdiyi iş adamı çıxılmaz durumda -ŞOK TƏFƏRRÜAT

ziya-anar memmedovlar

 

Sabiq nəqliyyat naziri Ziya Məmmədovun “vurulmasından” sonra özünün və ailə biznesinin sıradan çıxarılması prosesi sürətləndirildi.

Yenixeber.org:  Son illərə qədər Azərbaycanın ən qüdrətli nazirlərindən biri olan Ziya Məmmədov və ailəsinin varidatı yüz milyonlarla ölçülüb. Ancaq son bir neçə ayda Ziya Məmmədov nazir postu dövründə əldə etdiklərindən məhrum edilir.

Bununla belə Gununsesi.info-nu bilgiləndirən mənbənin sözlərinə görə, hələ nazir postunu itirməzdən əvvəl “qara siyahı”ya daxil edildiyini görən Ziya Məmmədov əmlakının və biznesinin xeyli hissəsini yaxın dostu olan iş adamı Qulam Ələkbərovun adına keçirib. Bu, o Qulam Ələkbərovdur ki, Ziya Məmmədovun nəqliyyat naziri olduğu dönəmdə  paytaxt Bakı başda olmaqla ölkənin əsas yol və körpü tikitinsini həyata keçirib.

Saytımızı məlumatlandıran mənbə qeyd edib ki, sabiq nazirin gizlətmək istədiyi əmlakı barədə artıq aidiyyatı qurumlar məlumatlıdır. Böyük ehtimalla yaxın zamanlarda Qulam Ələkbərovun adına keçirilən əmlaklarlar və biznes strukturları ondan alınacaq.

Həmçinin, prosesdən iş adamının özünün də problemsiz çıxmayacağı gözləniləndir.

Bu iki şəxsin dostluğu ölkədə hər kəsə bəllidir. Görünür, doğmalarına, qardaşlarına belə etibar etməyən Ziya Məmmədov yaxın dostuna güvənə bilib. Ancaq bircə vergi təftişi ilə həbsxana qapısının onu gözlədiyini görən, Qulam Ələkbərovunda sədaqəti inandırıcı deyil.

Onu da xatırladaq ki, Ziya Məmmədovun nazir vəzifəsindən azad olunmasından sonra sayt onun dostu Qulam Ələkbərovun mövqeyini də işıqlandırıb.

Saytımıza açıqlamasında Qulam Ələkbərov Ziya Məmmədov dostluğunun əbədi olduğunu deyib.

Gözləyək…


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam