Redaktor seçimi
 QHT-lərə Dövlət Dəstəyi Agentliyindən daha bir qrant hədiyyəsi... -  
Saleh Məmmədovun müsahibi Müseyib Həmzəyevin 650 minlik avtomobili -
Gəncə Dövlət Universitetində özbaşınalıqlara son qoyulsun! –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində BAŞ SAYMAQLA, BAŞ QATILIR!: Dövlətin pulu belə “YEYİLİR” –
Mingəçevirin icra başçısını Ramiz Mehdiyevin yaxın adamı ilə nə bağlayır(?)! -
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Zaur Mikayılovun Yevlaxdakı kadrı “suları belə bulandırır” –
Günün xəbəri

“Əl-Qaidə” və Bin Ladeni ABŞ özü yetişdirib” -Rusiya prezidenti

 

putin

“Necə ki, Üsamə bin Laden, eləcə də “Əl-Qaidə” Amerikanın xüsusi xidmət orqanlarının fəaliyyətinin nəticəsidir”.

Yenixeber.org:   Bunu Rusiya prezidenti Vladimir Putin amerikalı rejissor Oliver Stouna müsahibəsində deyib.

“Əl-Qaidə” bizim fəaliyyətimizin nəticəsi deyil. O, bizim amerikalı dostlarımızın fəaliyyətinin nəticəsidir. Bu, həm də Əfqanıstanda Sovet müharibəsi dövründən, Amerika xüsusi xidmət orqanları Əfqanıstanda sovet qoşunlarına qarşı mübarizədə islam fundamentalizminin müxtəlif istiqamətlərini dəstəklədikləri zamandan başlayıb. “Əl-Qaidə” və Bin Ladeni amerikalılar özləri yetişdiriblər”, – deyə Putin bildirib.

***


“Ola bilsin ki, ABŞ Rusiya iqtisadiyyatını məhv etmək, ölkə rəhbərliyini dəyişdirmək və nəticədə ölkənin nüvə arsenalını ələ keçirmək istəyir”.

 RİA Novosti agentliyinə istinadən xəbərə görə, bunu rejissor Oliver Stouna müsahibəsində Rusiya prezidenti Vladimir Putin bəyan edib.

“Belə bir niyyətin və siyasətin mövcudluğu mümkündür. Əgər doğrudan da belədirsə, Rusiyaya qarşı bu cür yanaşma gələcəyə köklənməyib. Bu fikirdə olanlar azı 25-50 il irəliyə nəzər yetirmirlər. Əks halda Rusiya ilə münasibətləri başqa cür qurar, Rusiyanı özlərinin vassalına çevirməyə can atmazdılar”, deyə V.Putin bildirib.

Qeyd edək ki, rejissor Oliver Stounun lentə aldığı “Putinin müsahibəsi” adlı sənədli film bu günlərdə ABŞ-ın “Showtime” telekanalında nümayiş olunur.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam