Redaktor seçimi
Mingəçevir Təhsil sektorunun müdirini nazir müavini ilə nə bağlayır?!:  Sevinc Həsənova məsul şəxslər barədə kompramat toplayır -
TƏCİLİ! "Landmark Baku"da çalışan diplomatları iranlı qızlarla görüşdürüb çəkdirən iş adamının adı məlum oldu —
AzTU-nun rektoru Vilayət Vəliyevə "DUR" deyən tapılacaqmı?! -
Emin Əmrullayevin “Bəddualı paketi” -
AzTU-nun rektoru Vilayət Vəliyev "bazarkom" kimi -
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Günün xəbəri

"Kürdüstan dövləti yaradılır" -Bərzaninin sözçüsü

1523154_940x531

 

Türkiyə ilə danışdıq sərhədlər dəyişməyəcək, Kürdüstan dövləti yaradılır.

Yenixeber.org:   Bu sözləri İraqdakı Kürd əyalətinin rəhbəri Məsud Bərzaninin sözçüsü Sefin Dizayi “Haberturk”ə açıqlamasında deyib.

Onun sözlərinə görə, İraq kürdləri sentyabrın 25-də müstəqil dövlət yaradılması ilə bağlı referendum keçirməkdə qərarlıdır: “Referendum məsələsi 4-5 ildir ki, gündəmdədir. Sadəcə İŞİD məsələsinə görə, bu proses ertələnib. İnşallah İŞİD məsələsi yaxında bitəcək”.

Bərzaninin sözçüsü əlavə edib ki, referendum məsələsi artıq Türkiyə, İran, ABŞ və rəsmi Bağdadla danışılıb: “Burada hər hansı bəd niyyət və ya xəritələrin dəyişməsindən belə söz gedə bilməz”.

Kürdlərin dövlət yaratması məsələsinə Türkiyədən hansı təpkinin olacağına gəldikdə S.Dizayi bildirib ki, bunu təxmin etmək çətindir: “Ancaq Ankara bizim üçün çox önəmli bir paytaxdır. Bu günə kimi də Ankara ilə hər hansı problemimiz olmadı”.

“Ankaranın referendumla bağlı hər hansı şərti olubmu?” sualına gəldikdə Bərzaninin sözçüsü deyib ki, Ankara hər hansı rəsmi açıqlama yayarsa, biz buna sayğı duyarıq.

Kürd dövləti yaranacağı təqdirdə, təhlükəsizliyin təmin edilməsinə gəldikdə isə S.Dizayi deyib ki, son yüz ildə bununla bağlı xeyli bədəl ödənilib: ”Enfal hərkatında Halepçedə xeyli insan itirdik. İndi də İŞİD-in yezidilərin, şiə türkmənlərinin başına nələr gətirdiyinin şahidi olduq. Təbii ki, terrorçuların belə hücumlarını gözləyirik. Amma bölgənin hüzuru üçün belə bir yol seçdik”.

Bağdadın məsələ ilə bağlı etirazına gəldikdə isə Bərzaninin sözçüsü deyib ki, Bağdad rəsmiləri ilə dəfələrlə görüşləri olub: “Onlar hazırda Mosulla ciddi məşğuldurlar. Bir daha mövqeyimizi izah edəcəyik. Onsuz da hazırda İraq konstitusiyasının bir sıra müddəalarına riayət etmək mümkün deyil. Konstitusiya riayət edilməzsə, o zaman İraq tam parçalana bilər. Ancaq biz İraqla yaxşı qonşu olmaq istəyirik”.

Kürd dövləti yaranacağı təqdirdə Türkiyə ilə əlaqələr hansı səviyyədə olacaq məsələsinə gəldikdə o, bildirib ki, Ankaradan dostyana bir münasibət gözləyirlər: “Baxsanız elə son 20 ildə biz Ankara ilə çox yaxşı münasibətlərə malikik və bunu fəaliyyətimizdə sübut etmişik”.

Referendum keçiriləcəyi təqdirdə ərazidə yaşayan türkmənlərin taleyiə gəldikdə Bərzaninin sözçüsü deyib ki, əgər türkmənlər İraqın digər bölgələrində qalcaqlarsa 4 əyalət olaraq fəaliyyət göstərəcəklər, əgər Kürdüstanda ərazisində yer alarlarsa 2 əyalət kimi yer alacaq: “Əgər müstəqillik əldə olunarsa, iki xalq qardaş kimi yaşayacaq”.

PKK məsələsi və onun Şengal əyalətindən çıxması məsələsinə gəldikdə Bərzaninin sözçüsü deyib ki, bununla bağlı bir həftə öncə İraqın baş naziri Heydər əl-Abadi ilə görüşüblər: “Biz bununla Bağdadın PKK ilə  birbaşa əlaqəsinin olduğunu demək niyyətində deyilik, ancaq sağdan və soldan müəyyən dəstəkləri olub. Odur ki, hər hansı toqquşma yaranmasın deyə PKK Şengalı tərk etməlidir”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam