Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Kəmaləddin Heydərovun fabriki Fərhad Əliyevə verildi

 

Sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyev Azərbaycandakı biznesini genişləndirir.

Yenixeber.org:   AzToday.az-a daxil olan məlumata görə, Sumqayıt Kimya Sənaye Parkının ərazisində tikilən və investiya dəyəri 10 milyon dollar olan zavoddan başqa Fəhad Əliyev “Gilan Holding”ə məxsus “Tekstil” fabrikininə də sahiblənib.

Qeyd edək ki fövqəladə hallar naziri Kəmaləddin Heydərova məxsus fabrik ən müasir avadanlıqlarla təhciz olunsa da son illər işləmirdi. Fabrik hətta dövlət sifarişlərini yerinə yetirməkdən rəsmən imtina etmişdi. Müdafiə Nazirliyi başda olmaqla bir-neçə dövlət qurumu məcburiyyət qarşısında sifarişlərini xarici şirkətlərə vermişdi. Görünür elə bu səbəbdən siyasi hakimiyyətin qəzəbinə tuş gələn Kəmaləddin Heydərov bu şəkildə cəzalandırılıb.

Belə ki, Fərhad Əliyev nazir işlədiyi dövrdə Kəmaləddin Heydərovun nəzarətində olan monopoliyaya qarşı davamlı çıxışlar edirdi. Məhz bu səbəbdən Fərhad Əliyevin vurularaq həbs edildiyi bildirilirdi.

Məlumatda bildirilir ki, Fərhad Əliyev Sumqayıtda yerləşən tekstil fabrikini qısa müddət ərzində fəaliyyətini bərpa etmək niyyətindədir.

Xatırladaq ki, F.Əliyev, prezidentin 2013-cü ilin payızında – Qurban Bayramı ərəfəsində imzaladığı əfv sərəncamı ilə azadlığa çıxdıqdan az sonra xaricə köçdüyü, Almaniyadan siyasi sığınacaq alıb Londona yerləşdiyi, qardaşı Rafiq Əliyevlə Böyük Britaniyada yaşadığı deyilirdi. Ötən ilin sonlarında isə onun öz biznesini qardaş Türkiyəyə köçürdüyü və burada uzun illər əvvəldən münasibətləri olduğu, Türkiyənin hazırkı iqtidarının əsas fiquru olan Ərdoğanın himayəsinə sığındığı barədə məlumatlar yayılmışdı.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam