Redaktor seçimi
Heydər Əliyevin posterini sökdürən Vüqar Sədiyev bu qədər sərvəti hansı məmurun hesabına əldə edib? -
TALIBOVLAR SƏRVƏTLƏRİNƏ SƏRVƏT QATIRLAR – Məhərrəm Talıbovun oğullarının dəbdəbəli həyatı.../
Zaur Mikayılov iri şəhərlərdə iri məbləğləri belə “yuyur” –
İcra məmurunun oğluna verilən milyonluq tenderlər -
Bakı-Quba yolunun Ziyalı, əməli Saleh olmayan bəxti....
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Günün xəbəri

"Bütün bu işləri düşünülmüş siyasət nəticəsində görə bildik" -Prezident

Uzunmüddətli, dayanıqlı hasilat səviyyəsini saxlamaq üçün xarici tərəfdaşlarla danışıqların son mərhələsindəyik.

Yenixeber.org:  Bunu Azərbaycan Prezidenti İlham Əliyev bu gün Bakıda 24-cü Beynəlxalq "Xəzər Neft və Qaz 2017" sərgi və konfransının, həmçinin 7-ci Xəzər Beynəlxalq Energetika və Alternativ enerji sərgisinin açılışında çıxışı zamanı deyib.

Azərbaycan Prezidenti vurğulayıb ki, 1994-cü ildə imzalanmış “Əsrin kontraktı” tarixi layihədir: "Əgər o vaxt “Əsrin kontraktı” imzalanmasaydı, Azərbaycanda neft-qaz sahəsinə investisiyalar qoyulmazdı. “Şahdəniz” yatağına heç bir sərmayə qoyulmazdı. Əgər neft-qaz kəmərləri tikilməsəydi, bu gün “Cənub Qaz Dəhlizi” icra edilə bilməzdi. Nəqliyyat layihələrinə, bu gün reallaşan Bakı-Tbilisi-Qars nəqliyyat dəhlizi layihəsinə heç kim vəsait qoymazdı. Özü də nəzərə alsaq ki, Azərbaycan bu layihəyə 1 milyard dollara yaxın vəsait qoyub. Bizim pulumuz olmasaydı, əlbəttə ki, heç kim bu layihəyə vəsait qoymazdı. Ona görə də “Əsrin kontraktı”nın Azərbaycan dövlətinin inkişafında müstəsna yeri var.

Bu kontraktın uğurla icra edilməsi bizə imkan verdi ki, biz neftdən əldə edilən vəsaiti insan kapitalına, qeyri-neft sektoruna, infrastruktur layihələrinə yönəldək və ölkəmizi inkişaf etdirək. Bugünkü Azərbaycan, bizim bölgələrimiz, çiçəklənən şəhərlərimiz və dünyanın ən gözəl şəhərlərindən biri olan Bakı şəhəri gördüyümüz işlərin bariz nümunəsidir. Görülən işlər göz qabağındadır. Biz bütün bu işləri düşünülmüş siyasət nəticəsində görə bildik. Əlbəttə ki, iqtisadi potensialımızı gücləndirərək ölkəmizi böyük dərəcədə irəli apara bilmişik".

Dövlətimizin başçısı “Azəri-Çıraq-Günəşli” üzrə müqavilənin müddətinin uzadılmasına da toxunub: “Ümid edirəm ki, yaxın gələcəkdə xarici investorlarla bu layihənin uzadılması haqqında razılığa gələcəyik. Çünki “Azəri-Çıraq-Günəşli” yatağının çox böyük potensialı var, hələ hasil edilməmiş neft kifayət qədər çoxdur. Ona görə də biz uzunmüddətli, dayanıqlı hasilat səviyyəsini saxlamaq üçün indi xarici tərəfdaşlarla danışıqların son mərhələsindəyik".

Prezident bildirib ki, Azərbaycana qoyulan sərmayə Azərbaycanda şəffaf şəkildə saxlanılır, qorunur: "Dövlət Neft Fondunun xətti ilə ölkəmiz üçün ən önəmli layihələrin icrası nəzərdə tutulur. Onlardan birincisi məcburi köçkünlərin problemlərinin həllidir. Son illər ərzində məcburi köçkünlər üçün 100-ə yaxın qəsəbə salınıb – məhz Neft Fondunun vəsaiti hesabına. Bu vəsait də əlbəttə ki, neft əməliyyatlarının gəlirlərindən formalaşır. Bu gün biz demək olar ki, dünyada müasir, dinamik inkişaf edən ölkə kimi özümüzü təqdim edə bilmişik".


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam