Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

MONOPOLİYANIN GERİYƏ DÖNÜŞÜ

2bb0cfc7c489b0414190fcc1d5cd4ef5

 

Martdan bəri ölkədə bananın satış qiyməti 3 manat 50 qəpiyə qalxıb

Yenixeber.org:  Ölkədə bananın qiyməti yenidən qalxıb. Belə ki, ötən il bananın qiyməti gözlənilmədən 1 manat 30-25 qəpiyə qədər enmişdisə, hazırda 3-3.50 qəpiyə satılır. İqtisadçı ekspert Qubad İbadoğlu xarici ölkələrlə müqayisəni bu cür şərh edib:

“Hazırda Azərbaycanda dolların devalvasiyasından sonra pərakəndə satış şəbəkələri bananı 3 manata, təxminən 1 dollar 75 sentə təklif edir. Müqayisə üçün qeyd edək ki, əmək haqqı və xidmət haqlarının yüksək olduğu ABŞ-da bananın 453 qramı 59 sentə, yəni 1 kiloqramı 2 manat 21 qəpiyə, Almaniyada 2 manat 47 qəpiyədir. Azərbaycan bazarlarında ən aşağı sort bananın hətta ABŞ və Almaniyadan da baha satılması monopoliyanın əvvəlki vəziyyətə qayıtmasının və islahatların imitasiyasının ən bariz nümunəsi sayıla bilər”.

qubadİqtisadçı qeyd edib ki, əslində mövsümi və manatın bahalaşması kimi əhəmiyyətli amillərin təsiri ilə Azərbaycanda bananın qiyməti ucuzlaşmalı idi: “Amma əksinə, bazarda bahalaşma müşahidə olunur. Əgər yumurta müşavirəsi kimi heç olmazsa bir dəfə də banan müşavirəsi keçirilsəydi, onda heç şübhəsiz ki, onun da qiyməti ucuzlaşardı”.

Bəs bananın bahalaşmasının səbəbi nədir, hökumət monopoliya ilə bacara bilmədi, yoxsa gömrükdəki islahatlar nəticəsiz olub?

İqtisadçı Qubad İbadoğlu mövzu ilə bağlı “Yeni Müsavat”a qısa açıqlama verib:“Hökumət monopoliya ilə bacara bilmədi. Əgər başlanğıcda ona nail ola bilmişdisə, sonradan yenə də əvvəlki vəziyyətə qayıtdı”.

natiq_3478576714855055471485771738İqtisadçı Natiq Cəfərli isə qeyd etdi ki, ölkədə banan meyvəsi ilə bağlı rəqabət yoxdur: “Ötən ilin eyni dövründə Azərbaycan gömrüyündə kiloqramı 91,3 sentə (təxminən 1 manat), rəsmiləşdirilən banan indi daha aşağı qiymətə – 77,5 sentə (1 manat 30 qəpik) bəyan edilir. Martdan bəri ölkədə bananın satış qiyməti, ortalama, 3 manat 50 qəpiyə qalxıb. Hazırda bananı, eləcə də digər sitrus meyvələrini Azərbaycana bir şirkət - ”Asadov Capital Azərbaycan” MMCgətirir. Bu şirkət Türkiyədə 2007-ci ildə yaradılan “Asadov Emlak Gida ve Dış Ticaret Limited” şirkəti tərəfindən təsis olunub, yeganə payçı isə Rafiq Həmid oğlu Əsədovdur. Yəni ölkəyə bananı tək bir şirkət gətirir, rəqabət yoxdur”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam