Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

"Neft hasilatçı ölkələr öz əvvəlki hasilat həcminə qayıda bilməyəcək" -PROQNOZ

"OPEC və ona üzv olmayan neft hasialtçısı ölkələr neft hasilatının azaldılması ilə bağlı anlaşmanı 2018-ci il mart ayından sonra da uzatmalıdır".

Yenixeber.org:  "Forexpf.ru" saytına istinadən xəbərə görə, bu barədə proqnoz "Wood Mackenzie" araşdırma şirkətinin analitikləri tərəfindən verilib. 

Şirkətin neft emalı sahəsinin araşdırılması üzrə direktoru Suşant Quptaya (Sushant Gupta) görə, 2018-ci ilin II yarısına qədər neft bazarı ABŞ-dan gələn şist neftini istehlak edə bilməyəcək: "Bu səbəbdən anlaşma bitdikdən sonra neft hasilatçısı ölkələr öz əvvəlki hasilat həcminə qayıda bilməyəcək".

O bildirib ki, 2018-ci ilin I rübündə mövsüm amillərindən irəli gələrək neftə tələbin az olacağını və qiymətlərin aşağı düşəcəyini ehtimal etmək olar.

"Wood Mackenzie"nin proqnozlarına görə, bu il neft təklifi 240 min barel/gün, tələb isə 1,3 mln. barel/gün artacaq. Bu il ABŞ-da şist neft hasilatı 430 min barel/gün, 2018-ci ildə isə 800 min barel/gün arta bilər.

Şirkət 2017-ci ildə "Brent" markalı neft üçün orta qiymət proqnozunu 55 dollar/barel, 2018-ci il üçün isə 57 dollar/barel olaraq ehtimal edib. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam