Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Bakı-Tbilisi-Ceyhan kəmərini deşib 1 tanker neft oğurladılar -VİDEO

neft kemeri ogurluq

 

Bakı-Tbilisi-Ceyhan neft kəmərində oğurluq hadisəsi baş verib.

Yenixeber.org: Hadisə kəmərin Türkiyədən keçən hissəsində Adana vilayətinin Sarıçam mahalının 38-ci kilometrliyində qeydə alınıb.

Bakı-Tbilisi-Ceyhanın işçiləri axşam saatlarında kəmərdəki neft təzyiqinin aşağı düşdüyünü öyrəniblər. Müətəxəssislər dərhal boru xəttində oğurluq hadisəsinin ola biləcəyini ehtimal edərək araşdırmaya başlayıblar. Nəticədə boru kəmərinin buğda tarlası içində keçən hissəsində deşildiyi məlum olub. Bununla bağlı hüquq-mühafizə orqanlarının və BTC-nin əməkdaşları hadisə yerinə gəliblər. Kəmərin alt hissəsinin 1 metr qazılaraq əlavə boru taxılıb bir tanker xam neft oğurlandığı ortaya çıxıb.

Hazırda polis cinayəti törədənlərin tapılması istiqamətində araşdırma aparır.

Məsələ ilə bağlı BP-nin mətbuat xidmətinin rəhbəri Tamam Bayatlı unikal.org-a bildirib ki, kəmərin Türkiyə hissəsinə “Botaş” (Boru xəttləri ilə neft daşınma) şirkəti cavabdehdir: “Yaxın saatlarda geniş məlumat öyrəndikdən sonra bu barədə nəsə deyə bilərik. Amma bütün hallarda əsas məlumatı BOTAŞ açıqlamalıdır”.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam