Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

“Bir neçə dəqiqəyə Xocalıdakı aeroportu məhv etməyə qadirik” -Ehtiyatda olan general-leytenant

 

“Xocalıdakı dispetçer məntəqəsini sıradan çıxarmaq kifayət edər ki, ermənilər bu şouya son qoysun”

Yenixeber.org:  İşğalçı Ermənistanın, həmçinin Qarabağdakı separatçı rejimin rəhbərliyinin son zamanlar dövriyyəyə buraxdığı yeni avantürist məlumatlara Azərbaycandan verilən kəskin və operativ reaksiyalar, deyəsən, təsirsiz ötüşməyib. Hər halda, erməni mətbuatında Bakıdan verilən reaksiyalara yer ayrılması da bundan xəbər verir.


Bir neçə il əvvəl də işğalçı ölkə Xocalı aeroportundan istifadə edəcəyi barədə mövqeyini ifadə edəndə kəskin cavab almışdı, daha sonra mövzunu qapatmağa vadar olmuşdu. Görünür, havadarlarının davranışları və müxtəlif səviyyələrdə işğalı təqdir edən addımlar Ermənistanı daha da irəli getməyə həvəsləndirir. Lakin növbəti nəbz yoxlanışı nəticəsində Bakının öz prinsiplərindən geri çəkilməyəcəyini anladıqları üçün mövzunu arxa plana keçirməyə üstünlük verirlər. Qeyd edək ki, düşmən ölkə işğalı altında olan Azərbaycan ərazilərində “ekstremal turizm” adı ilə ikinəfərlik, tək motorlu təyyarələrlə uçuşlara başladıqlarını da iddia edib. Məlumatlarda uçuşların həm Xocalı aeroportundan, həm də Şuşa ilə Xankəndi arasında ediləcəyi deyilir. Aydın məsələdir ki, kiçik mülki təyyarələr adı altında işğalçılar hava limanını işə salmaq, daha sonra ondan hərbi məqsədlər üçün istifadə etmək istəyir.


Düzdür, Ermənistanın nə qədər təhlükəli oyun oynadığını erməni ekspertlər də təsdiqləyir, amma İrəvan hələ ki ssenariyə uyğun oynayır. Məsələn, politoloq Manvel Sarkisyan deyib ki, 25 il ərzində Ermənistan Qarabağ məsələsində irəliləyiş əldə edə bilməyib. “Çünki bu torpaqlar Azərbaycanın suveren ərazisidir və beynəlxalq hüquqda bu belədir” - o, əlavə edib. “Biz “danışıqlarla torpaqları verək, əvəzində Qarabağın özünü idarəetməsinin tanınmasını qazanaq" fəlsəfəsindən əl çəkməsək, həm torpaqları itirəcəyik, həm də tanınmanı əldə edə bilməyəcəyik". Bunu isə diplomat Arman Məlikyan söyləyib. Göründüyü kimi, soyuq başla düşünən ermənilər reallığı yaxşı dərk edirlər. Azərbaycan ərazisində işğalçı ölkənin aeroport tikib istifadəyə verməsini nə Bakı, nə də beynəlxalq ictimaiyyət qəbul etməyəcək.


Artıq Bakı bəyan edib ki, işğal olunmuş ərazilərdə Azərbaycanın hava məkanında uçuş edən istənilən hava nəqliyyatı vurulacaq. Məsələ ilə bağlı Azərbaycan Dövlət Mülki Aviasiya Administrasiyası bəyan edib ki, Xocalı hava limanından hər hansı qanunsuz uçuşlara qarşı Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları tərəfindən “Aviasiya haqqında” Qanuna və “Azərbaycan Respublikasının hava məkanından istifadə Qaydaları”na uyğun tədbirlər görüləcək.


Yeri gəlmişkən, Azərbaycanın dinc sakinləri daşıyan bir neçə mülki vertolyotunu erməni işğalçıları Qarabağ müharibəsinin ilk illərində vurublar. Dövlət rəsmilərini sülh danışıqlarına aparan helikopterin Qarakənd səmasında vurulmasını da unutmamışıq. Bu mənada Ermənistan hansısa “mülki uçuşlar” nağılını bir kənara qoysa, yaxşıdır. Azərbaycanın hərbi qüdrəti düşmənin istənilən obyektini vurmağa imkan verir. Elə bunu hərbi ekspertlərimiz də deyir.


Hərbi ekspert, ehtiyatda olan polkovnik Xətai Baxışov məsələ ilə bağlı milli.az-a açıqlamasında deyib ki, yer tutumundan və gücündən asılı olmayaraq, Azərbaycanın hava məkanında qanunsuz uçuş edən istənilən obyekt vurulmalıdır: “Ermənilər deyir ki, bunlar təkmotorlu, ikinəfərli təyyarələrdir. Belə təyyarələr isə adətən aşağıdan, dağların arası ilə uçur. Ermənilər bilir ki, belə halda texniki baxımdan onları radarlar tuta bilmir. Ona görə də belə təyyarələrin tutulması və vurulması çətin olar. Onlar yalnız hündürdən uçsalar, radarlar onları tuta bilər. Amma bütün hallarda ərazilərimizdə qanunsuz uçuş edən təyyarələr vurulmalıdır. Bu gün ermənilər ikinəfərlik, təkmotorlu təyyarələrdən istifadə edir, sabah çoxmotorlu, çoxnəfərlik təyyarələr də ola bilər. Biz onların mülki və ya hərbi təyinatlı və içində kimlərin olduğunu bilmirik. Ona görə də onlar mütləq vurulmalıdır. Müdafiə Nazirliyi hələ ötən dəfə Xankəndi aeroportundan istifadə məsələsi ortaya çıxanda bəyan etmişdi ki, qanunsuz uçuş edən təyyarələr vurulacaq”.


Ehtiyatda olan general-leytenant Yaşar Aydəmirov isə “Yeni Müsavat”a bildirdi ki, Azərbaycanın hava hücumundan müdafiə sistemləri təkcə Xocalı aeroportunu deyil, işğal olunmuş bütün ərazilərdə istənilən uçuş aparatlarını məhv etmək imkanına qadirdir: “Həmin ərazilər Azərbaycana məxsusdur və ölkəmizin Hava Hücumundan Müdafiə Qoşunları onları məhv etmək iqtidarındadır. Ölkə rəhbərliyi də bunu dəfələrlə bəyan edib. Lakin buna baxmayaraq, ermənilər bu cür məlumatlarla vəziyyəti gərginləşdirməyə çalışırlar. Ona görə də ermənilərin niyyəti əslində uçuşlar həyata keçirmək yox, belə məlumatlarla Azərbaycanı qıcıqlandırmaqdır. Düşmənin mövqelərini susdurmağa, uçuşlarının qarşısını almağa qadir olan, adları açıqlanmayan, geniş ictimaiyyətə yayımlanmayan vasitələr var, amma hələ ki o barədə açıq danışmaq istəmirəm. Bu gün nəinki Laçın dəhlizi üzərində, yaxud işğal altındakı digər ərazilərimizin səmasında, həmçinin Ermənistan üzərində uçan bütün uçuş aparatları, təyyarələr və helikopterlər nəzarət altındadır. Onlardan Azərbaycana qarşı hər hansı təhlükə olarsa, dərhal məhv edilə bilər. Üstəlik, Naxçıvan Muxtar Respublikasındakı qoşun hissələrindəki müasir hava hücumundan müdafiə sistemləri ilə də düşmənə layiqli cavab vermək gücündəyik. Hər kəs bilməlidir ki, Azərbaycan öz ərazisində qeyri-qanuni uçuşlar həyata keçirmək istəyən işğalçı ölkənin obyektlərini məhv etmək imkanına malikdir”.


Y.Aydəmirov deyin ki, düşmən ölkədən hətta Bakıya təhdidlə dolu bəyanatlar səsləndirilməsi sadə adamlarda xof yaratmaq niyyətindən irəli gəlir: “Əgər onlarda belə cəsarət və imkan varsa, buyursunlar, görək nə edə bilərlər? Demək istəyirəm ki, bacarırsınzsa, buyurun, döyüşə başlayın! Ötən ilin aprelində üç bölüyümüz cavab həmləsinə keçən kimi, düşmən əsgərləri ön xətdən qaçıb dağılışdı, hətta Dağlıq Qarabağdakı əhali kütləvi şəkildə köçürülməyə başladıldı. Belə olan halda ermənilər bizə nə ilə ”xox" gəlirlər, hansı silahlarla? Təkcə işğal olunmuş ərazilərdə yox, Ermənistanın öz ərazilərində düşmənin atəş nöqtəsini susdurmağa qadirik. Onlar köhnədən olan silahların modernləşdirilməsini belə aparmaq imkanında deyillər. Rusiyadan yalvar-yaxar silahlar almaq üçün yüz dona girirlər. Bununlamı bizimlə vuruşmaq istəyirlər? Bizdə hər hansı köhnə silah qalmayıb, ordumuz ən müasir silahlarla təchiz olunub, düşmən bunu gözəl bilir. Ona görə də peşəkar hərbçilər bu vəziyyətlə bağlı üzə çıxmaq istəmirlər, kənarda dayanırlar".


Hərbi ekspert dedi ki, Xocalı aeroportu işə salınacağı anda ordumuzun onun sıradan çıxarılması qərarı verməsinə xaricdən hansısa qüvvə mane ola bilməz: “Dağlıq Qarabağ bütün beynəlxalq təşkilatlar tərəfindən Azərbaycanın ərazisi kimi tanınıb. Sadəcə, vəziyyəti gərginlədirmək istəmir. Bir neçə dəqiqə ərzində reaktiv yaylım sistemləri ilə, həm də raket-artilleriya bölmələri, həmçinin Ali Baş Komandana tabe olan vasitələrlə Xocalı aeroportunu məhv etməyə qadirik. Xocalıdakı dispetçer məntəqəsini sıradan çıxarmaq kifayət edər ki, ermənilər bu şouya son qoysun. Həmçinin qalxma-enmə zolağını da müxtəlif vasitələrlə sıradan çıxarmaq imkanı var. Şuşada ola bilər helikopterlər üçün qalxma-enmə sahəsi ayıra bilərlər. Amma orada aeroportun olması mümkün deyil. Bu da reklam xarakteri daşıyır".


Y.Aydəmirov dedi ki, aprel döyüşləri ölkəmizin gücünü göstərsə də, Azərbaycan böyük savaşın başlamasını istəmir: “İri dövlətlər də Azərbaycanın irimiqyaslı hərbi əməliyyatlara başlamasına mane olur. Ancaq işğalçı bizi savaşa təhrik edir. Bu mənada müharibə hər an başlaya bilər, ermənilər bununçün şərait yaradırlar. Bilməlidirlər ki, Azərbaycan ”İsgəndər"dən də güclü silahlara malikdir. “İsgəndər” hədəsindən sonra prezident ilk dəfə yeni zenit-raket kompleksinin atışına icazə verdi, hansı ki, neçə müddət idi alınmışdı. Ermənistanı arxasındakı qüvvələr tətikləyir, öz iradəsi yoxdur. Əminəm ki, şərait yaransa, Sərkisyan qaçıb aradan çıxar. Necə ki, aprel döyüşlərindən sonra nə qədər generalları vəzifədən azad etdilər".


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam