Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Bu rayonların inzibati ərazi bölgüsünə dəyişikliklər edildi

 

 

         Bakı şəhərinin Xəzər və Pirallahı rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilib.

      "xeberinfo.com": Dəyişikliklərlə bağlı qanun layihəsi bu gün Milli Məclisin plenar iclasında müzakirə olunaraq qəbul edilib.Dəyişikliklər barədə məlumat verən Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə bildirib ki, Bakı şəhəri, Xəzər rayonunun Zirə qəsəbə inzibati ərazi dairəsi tərkibindəki Zirə qəsəbəsinin inzibati ərazisindən dövlət mülkiyyətində olan 3200 ha torpaq sahəsi müvafiq qanuna əlavə edilən xəritələrə uyğun olaraq, Bakı şəhəri, Xəzər rayonu, Gürgən qəsəbə inzibati ərazi dairəsi tərkibindəki Gürgən qəsəbəsinin inzibati ərazisinə birləşdiriləcək.

 

        Onun sözlərinə görə, Bakı şəhəri, Xəzər rayonunun inzibati ərazi bölgüsünə daxil olan Gürgən qəsəbə inzibati ərazi dairəsi tərkibindəki Gürgən qəsəbəsi Bakı şəhəri, Pirallahı rayonunun inzibati ərazi bölgüsünə daxil ediləcək: "Gürgən qəsəbə inzibati ərazi dairəsi Bakı şəhəri, Xəzər rayonunun tabeliyindən çıxarılaraq Bakı şəhəri, Pirallahı rayonunun tabeliyinə veriləcək".


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam