Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

“Əməliyyatlarının 80 faizi ölümlə nəticələnir” -Ceyranovun Bakıdakı şəriki haqda şok iddialar

kazmi_mirclal_mirkazm_olu

İki pasiyentin ölüm faktına görə ötən ildən Gürcüstan hüquq-mühafizə orqanları tərəfindən atarışa verilən Kazımini kim qoruyur?

“Hər ay onun xəstələri arasında ölüm faktı qeydə alınır. Lakin himayədarlarının köməyi ilə…”

Yenixeber.org:   Gürcüstanda iki nəfərin ölümünə gətirib çıxarmış dələduzluğa və saxtakarlığa görə həbs edilən qalmaqallı doktor Fərman Ceyranovun işində adı keçən həkim-cərrah Bakıda üzə çıxıb. Virtualaz.org xəbər verir ki, bu, Mərkəzi Neftçilər Klinikasının şöbə müdiridir və hazırda da iş başındadır.

fermanXəbər verildiyi kimi Tbilisidə fəaliyyət göstərən “Lanset” klinikasının direktoru, Azərbaycan müxalifətinin maliyyə mənbələrindən biri kimi tanınan Fərman Ceyranov orqan transplantasiyası ilə bağlı maxinasiyalara görə həbs olunub. Gürcüstan prokurorluğunun rəsmi açıqlamasında deyilir ki, klinikanın direktoru 2016-cı ilin əvvəllərində Azərbaycandan cərrah-transplantoloq dəvət edib, onu “Türkiyədən dəvət olunmuş cərrah” kimi təqdim edib.

Daha sonra sosial şəbəkələrdə və TV-lərdə həmin cərrahın qara ciyər xəstələri üçü pulsuz müayinə keçirdiyi barədə elanlar verib. Bu elanları eşidən iki pasiyent  ötən ilin martında klinikaya müraciət edib. Ceyranov onlardan cəmi 81 min dollar alıb. Azərbaycandan gedən cərrar xəstələrə qara ciyər köçürüb,  lakin hər iki pasiyent əməliyyatdan bir həftə sonra ölüb.

194415_src

Gürcüstan prokurorluğunun Ceyranovun həbsinə dair ötən gün yayılmış məlumatında Azərbaycandan dəvət edilmiş və türk kimi qələmə verilən həkimin kimliyi açıqlanmamışdı.

Lakin virtualaz.org saytı ölümlə nəticələnən əməliyyatı aparan azərbaycanlı cərrah-transplantoloqla bağlı ilginc faktlar əldə edib. Bəlli olub ki, həmin cərrah-transplantoloq Səhiyyə Nazirliyinin Transplantologiya işinin təşkili üzrə Əlaqələndirici Şurasının üzvü, Mərkəzi Neftçilər Xəstəxanasının (MNX) Cərrahiyyə və Orqan Transplantasiyası şöbəsinin müdiri Mircəlal Kazımidir. Kazımi iki pasiyentin ölüm faktına görə ötən ildən Gürcüstan hüquq-mühafizə orqanları tərəfindən axtarışa verilib.

2009-cu ildən Mərkəzi Neftçilər Xəstəxanasında cərrah kimi fəaliyyət göstərən Kaziminin xarici ölkələrdə, o cümlədən Gürcüstanda əməliyyat aparması üçün sertifikatı yoxdur.Lakin Kazimi  öz briqadası ilə dəfələrlə “Lanset” klinikasında orqan köçürmə əməliyyatları aparıb. Ceyranovla Kaziminin işbirliyi birincinin Gürcüstana köçməsindən sonra başlayıb. Ceyranov pasiyentlərə Kazimini türkiyəli mütəxəssis kimi təqdim edib.

mircelalMircəlal Kazımi

Mircəlalın Türkiyədə təhsil alması və xəstələrlə türk dilində danışması da pasiyentlərin aldadılmasında rol oynayıb. Dünyada qəbul olunmuş normalara görə qara ciyər transplantasiyasında ölüm riski 3-5 faiz arasında dəyişir. Lakin Kaziminin həyata keçirdiyi əməliyyatların 80 faizinin ölümlə nəticələndiyi barədə məlumatlar var.

“Mircəlal Kazıminin əməliyyatı nəticəsində ötən ay daha bir xəstə dünyasını dəyişdi. Demək olar ki, hər ay onun xəstələri arasında ölüm faktı qeydə alınır. Lakin himayədarlarının köməyi ilə ölüm faktları ciddi araşdırılmır, hər dəfə xəstə və ya xəstə yaxınları günahkar çıxarılır”,-səhiyyə orqanlarındakı mənbəmiz bildirir.

Qazax rayon sakini, 36 yaşlı Vüsal Fərzəliyev də Mircəlal Kaziminin xəstəsi olub. Böyrək çatışmazlığından əziyyət çəkən Vüsala anasının böyrəyi köçürülüb, Kazimi ailəyə əməliyyatdan 15 gün sonra xəstənin tam sağalacağına təminat verib. Lakin Vüsal əməliyyatdan 1 ay sonra ölüb.

194411_srcVüsal Fərzəliyev

Qeyd edək ki, sosial şəbəkələrdə Kaziminin apardığı əməliyyat nəticəsində dünyasını dəyişən daha bir nəfər-26 yaşlı Səkinə Həsənova ilə bağlı məlumatlar da yer alıb. Qara ciyər transplantasiyasindan sonra dünyasını dəyişən gəncin valideynləri həkimi günahkar bilirlər. Onlarla xəstə isə həkimin yanlış diaqnozundan şikayətçidir.

Kazımi barəsində Gürcüstan hüquq-mühafizə orqanlarının Azərbaycan tərəfinə müraciət edib-etmədiyi bəlli deyil. Lakin necə ola bilər ki, qonşu ölkədə iki pasiyentin ölümünə görə axtarılan cərrah-transplantoloq Bakıda sərbəstcə öz işindədir?

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam