Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

“Əsrin müqaviləsi” imzalanmasaydı, Azərbaycan bu qədər inkişafa nail ola bilməzdi” -Prezident

“1994-cü ildə “Əsrin müqaviləsi”nin imzalanması ilə Azərbaycanın neft sənayesində yeni dövr başlayıb”.

Yenixeber.org:  Bunu bu gün Azərbaycan prezidenti İlham Əliyev Qaradağ rayonunda, SOCAR-ın “Caspian Drilling” Şirkətinin dəniz təchizat və logistika bazasında Heydər Əliyev adına yarımdalma qazma qurğusunun açılış mərasimində söyləyib. 

Dövlət başçısı deyib ki, Azərbaycan neft sənayesi üçün çox önəmli addımlar atılıb:

“Dərin Özüllər Zavodunun tikintisinə ulu öndərin təşəbbüsü ilə 1970-ci illərdə başlanıb. Başqa variantlar da var idi, Xəzərin digər sahillərində bu zavodun tikintisi nəzərdə tutulurdu. Heydər Əliyevin müdaxiləsi və səyləri nəticəsində Dərin Özüllər Zavodu üçün tikinti yeri Bakı seçildi. Bu zavodun ölkəmizin, neft sənayesinin inkişafı üçün əvəzolunmaz rolu var. Hələ 70-ci illərdə neftayırma zavodlarının modernləşdirilməsi, digər layihələrin icrası Azərbaycanda neft sənayesinin inkişafına xidmət göstərirdi. Müstəqillik dövrünə gəlincə, əgər 1994-cü ildə xarici tərəfdaşları Azərbaycana investisiya qoymağa cəlb etməsəydik, bu gün Azərbaycanın iqtisadi vəziyyəti tam fərqli ola bilərdi. 1994-cü ildə “Əsrin müqaviləsi”nin imzalanması tarixi hadisə idi.

Mən o günləri yaxşı xatırlayıram. Bu mərasimdə iştirak edən Xoşbəxt Yusifzadə ilə birlikdə biz danışıqlarda iştirak etmişik. 1994-cü ilin may ayında İstanbulda və 1994-cü ilin iyul-avqust aylarında ABŞ-ın Hyuston şəhərində danışıqlar aparırdıq ki, Azərbaycan üçün ən məqbul şərtləri təmin edək. Eyni zamanda həm də elə edək ki, xarici investorlar qaçmasın, onlar üçün də yaxşı şərait yaradılsın.

Hesab edirəm ki, biz hər iki tərəf üçün məqbul variantı əldə etdik. Gərgin danışıqlar nəticəsində 1994-cü ilin sentyabrında “Əsrin müqaviləsi” imzalandı və bu gün uğurla icra edilir. “Əsrin müqaviləsi” imzalanmasaydı, Azərbaycan bu qədər inkişafa nail ola bilməzdi. Bunu hamı bilməlidir. Bizim uğurlu inkişafımızın əsas mənbəyi xüsusən 1990-cı illərdə “Əsrin müqaviləsi” və bu layihədən əldə olunan gəlirlərdir”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam