Redaktor seçimi
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Günün xəbəri

“Bu addım Azərbaycana qarşı düşmənçilik mövqeyidir” -Vitse-spiker

 

“Bu məsələ ilk növbədə Rusiyanın sərbəst toplaşmaq məsələsinə olan, vətəndaşına olan münasibətidir. Biz Azərbaycanda rus dilini və mədəniyyətini inkişaf etdirmirik ki, bu, Rusiyanın xoşuna gəlsin. Sadəcə biz burada yaşayanlara qarşı adekvat münsaibəti göstəririk”. 

Yenixeber.org:   Bunun Milli Məclisin iclasında vitse-spiker Bahar Muradova Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) qeydiyyatının ləğv olunmasına münasibət bildirərkən deyib. O bildirib ki, Azərbaycanda tolerantlıq hökm sürür və burada yaşayan istənilən xalqa hörmət var. 

“Amma təbii ki, biz də istərdik ki, başqa ölkədə yaşayan azərbaycanılılara da belə münsiabət göstərilsin. Rusiyada Azərbaycanı sevməyən dairələr var. Lakin uzun illər iki ölkə arasında münasibətlər inkişaf səviyyəsinə gəlib çıxıbsa, demək ki, orada bizi sevənlər də çoxdur. Bu, onların politoloqları, siyaətçiləri tərəfindən açıq şəkildə deyilir. Sonuncu addım isə Azərbaycana qarşı düşmənçilik mövqeyidir”-deyə Bahar Muradova bildirib. 

Milli Məclis sədrinin müavini qeyd edib ki, Rusiyanı bu hərəkətlərdən çəkindirmək üçün imkanları işə salmağa çalışmalıyıq. 

“Bu məsələlər hüquq müstəvisində həll olunmalıdır. Düşünürəm ki, məsələ öz həllini tapacaq. Azərbaycanlı Rusiya vətəndaşlarından tələb olunur ki, onlar buraxdığı nöqsanları aradan qaldırsınlar. Birliyə həmrəyliyə dostluğa vahid mövqedən çıxş etməyə söykənərək məsələnin həllində vasitəçi olsunlar. ÜAK-ın burada mövqeyi əsasdır. Məsələ yaxın zamanda həllini tapacaq”. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam