Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

“Rusiya Azərbaycanın müstəqilliyini qəbul etmək istəmir” -Vahid Əhmədov

vahid

 

“Rusiya faktiki Azərbaycanın müstəqilliyini qəbul etmək istəmir. Eyni zamanda, Azərbaycanın dövlət başçısının müstəqil siyasətini yaxın buraxmaq istəmir”.

Yenixeber.org:   Bunu millət vəkili Vahid Əhmədov parlamentdəki çıxışı zamanı deyib.

O, qeyd edib ki, Rusiya hər zaman olduğu kimi, bu dəfə də Azərbaycanla təhdid dili ilə danışır: “Biz də buna hazır olmalıyıq. Bununla yanaşı, Azərbaycanda yaşayan rusdilli insanlara qarşı münasibəti eyni səviyyədə saxlamalıyıq. Bu məsələdə diqqətli olmalıyıq. Kimlərsə bundan ölkəmizə qarşı istifadə etməsinlər”.

V.Əhmədov onu da bildirib ki, Azərbaycan NATO ilə inteqrasiya yolunu tutmalıdır: “Amma bununla belə Rusiya ilə münasibətlərin yaxşı olması üçün səylərini davam etdirməlidir”.

V.Əhmədov eyni zamanda, Beynəlxalq Bankın ətrafında son günlər yaranmış duruma da toxunub. O, qeyd edib ki, bu bankdakı vəziyyət Azərbaycanın maliyyə bazarlarına təsir etmək gücündədir: “Hesab edirəm ki, dövlət televiziyasında aidiyyatı qurumların rəhbərləri yaranmış vəziyyətlə bağlı açıqlama verməli və vəziyyəti olduğu kimi izah etməlidirlər. Çünki bu, ciddi müzakirə obyektidir”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam