Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

"Bu, Rusiyanın Azərbaycanla dostluq siyasətinə ziddir" -Millət vəkili

"Bu, Rusiyanın Azərbaycanla dostluq siyasətinə ziddir" -

 

Xəbər verdiyimiz kimi, dünən Rusiya Federasiyası Ali Məhkəməsinin qərarı ilə Ümumrusiya Azərbaycan Konqresi ləğv edilib.

Yenixeber.org:  Qərarı "Qaynarinfo"ya şərh edən millət vəkili Asim Mollazadə bunun Azərbaycan-Rusiya dostluq və tərəfdaşlıq münasibətlərinə zidd addım olduğunu vurğulayıb:

"Konqresin ləğvi Azərbaycan-Rusiya münasibətlərinə öz mənfi təsirini göstərəcək. Fikrimcə, Rusiyanın belə bir qərar qəbul etməsi Azərbaycana qarşı tətbiq edilən müəyyən bir təzyiq formasıdır. Bununla yanaşı bu, bütün dünyaya onu göstərdi ki, Rusiyanın milli azlıqlar, fərqli dinlər siyasətində çox ciddi problemlər var. Düşünürəm ki, Rusiyanın bu addımı beynəlxalq təşkilatların diqqətini cəlb etməlidir. Çünki bu, insan hüquqlarının pozulması və Rusiyanın beynəlxalq təşkilatlar qarşısındakı öhdəliklərini kobud şəkildə yerinə yetirməkdən imtina etməsi deməkdir".

"Bu, Rusiyanın Azərbaycanla dostluq siyasətinə ziddir" -

Bununla bağlı Azərbaycan tərəfi hansı addımları atmalıdır? Millət vəkilinin fikrincə, Azərbaycan Rusiyanı siyasətində dəyişiklik etməyə məcbur etməlidir:

"Konqresin ləğv edilməsi tərəfdaşlığa, həmçinin Rusiyanın bəyan etdiyi Azərbaycanla dostluq siyasətinə ziddir. Azərbaycan tərəfi gözləməlidir ki, Rusiya dərhal bu siyasətdə ciddi dəyişikliklər etsin".


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam