Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Lənkəranskinin adamları Yunanıstanda toplandılar

 

lenkaranski hikmet

Türkiyədə qətlə yetirilən “kriminal general” Rövşən Lənkəranskinin adamları Yunanıstanda “sxodka” keçiriblər.

Yenixeber.org:  BakiPost.az xəbər verir ki, dünən baş tutan yığıncaqda Lənkəranski klanına qarşı hazırda Azərbaycanda həbsdə olan Lotu Qulinin apardığı amansız mübarizə, onun artıq bütün sahələrə nəzarət etməsi müzakirə olunub. Qətlə yetirilən avtoritetə sadiq olan şəxslərin bundan sonrakı fəaliyyəti, onlara yönəlik hücumların qarşısının alınması barədə planlar cızılıb.

“Sxodka” da həmçinin Lənkəranskiyə yaxın olan 3 kriminal avtoritetə “qanuni oğru” adı veriblər. Taclandırılan şəxslər Vüsal, Ruslan və Məmmədqulu adlı kriminal avtoritetlərdir. Məlumata görə, Məmmədqulu məşhur “qanuni oğru” sabirabadlı Hikmədin qardaşı oğludur.

Qeyd edək ki, Lənkəranski qətlə yetirildikdən sonra onun tərəfdarlaına qarşı böyük müharibə başlayıb. Həmin klanın nəzarət etdiyi sahələr əllərindən alınır, Lotu Quliyə qarşı olan avtoritetlər əzilir. İndiyə qədər mediada bir neçə tanınmış avtoritetin dəhşətli işgəncələrə məruz qalması, hətta bir nəfərin qulağının kəsildiyi əks olunan videolar yayılıb.

Məlumata görə, Lənkəranskinin adamlarının əsas fəaliyyət göstərdiyi Rusiya, Ukrayna, Türkiyədə kriminal nəzarət tamamilə Qulinin adamlarına keçib.

Elə buna görə də, Lənkaranski tərəfdarları “sxodka”larını Yunanıstanda keçiriblər.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam