Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi təftiş edilir –
“Bu hakimiyyəti bir qaşıq suda boğaram” deyənlərə dövlət təltifləri verilir -
““Qarabağ Oil” zavodunun direktoru Gülpəri Bayramova əməkhaqqımızı vermir” -
Ceyhun Bayramovun və oğlunun yeni biznes layihəsi -
 QHT sektoru mafiya qanunları ilə idarə edilir: Qrantlar kimlərinsə həyat yoldaşları, qızları, gəlinləri, məşuqələrinə ayrılır -
Gəncə Dövlət Universiteti “üfunət qoxuyur”(?)! -
QHT-lərə Dövlət Dəstəyi adı ilə büdcə talançılığı: Korrupsiyanın anatomoyası –
Əli Həsənovun kürəkəninin Avropada biznes şəbəkəsi aşkarlandı -
Günün xəbəri

Daha bir dövlət qurumunun zərəri:3 milyon

 

Bu dövlət qurumunun 3 milyon zərəri olub

 

 

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Milli Nüvə Tədqiqatları Mərkəzi” QSC-nin aktivləri 31 dekabr 2016-cı il tarixinə 8,75% və ya 687,961 min manat azalaraq 7 mln. 193,964 min manat təşkil edib. 

Yenixeber.org:  Belə bir qənaətə QSC-nin 2016-cı il üçün maliyyə hesabatını təhlil edərkən gəlmək mümkündür. Hesabat “PricewaterhouseCoopers Audit Azerbaijan” MMC tərəfindən aparılıb.

Aktivlərin 7 mln. 96,707 min manatı uzunmüddətli, 97,257 min manatı isə qısamüddətlidir.

QSC-nin öhdəlikləri ötən ilin sonuna 23,916 min manat olub ki, bu da 2015-ci illə müqayisədə 34,30% və ya 12,487 min manat azalmadan xəbər verir. Öhdəliklərin hamısı kreditor borcların payına düşür.

Milli Nüvə Tədqiqatları Mərkəzinin nizamnamə kapitalı il ərzində dəyişməyərək 3 mln. manat səviyyəsində qalıb. Hesabat dövründə QSC-nin məcmu kapitalı 8,61% və ya 675,474 min manat azalaraq 7 mln. 170,048 min manata enib.

2016-cı il ərzində Mərkəzin ümumi və inzibati xərcləri 1 mln. 595,785 min manat təşkil edib. İl ərzində QSC-nin məcmu zərəri (eyni zamanda əməliyyat zərəri) 1 mln. 690,474 min manat təşkil etdiyi halda, yığılmış zərər 3 mln. 106,371 min manata çatıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam