Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Misir Mərdanovun qohumunu dinləmək əmri necə verilmişdi? -"MTN işi"

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi (MTN) Antiterror Mərkəzinin rəisi, general-mayor Elçin Quliyevin və polkovnik Azər Mehdiyevin cinayət işi üzrə MTN-nin Monitorinq Mərkəzinin sabiq rəisi, general-mayor Teymur Quliyev istintaqda şahid qismində dindirilib.

Yenixeber.org:   Virtualaz.org saytı istintaq sənədlərinə istinadən xəbər verir ki, T.Quliyev istintaqa verdiyi ifadəsində 18 aprel 2015-ci ildə ona Məmməd Abbasbəylinin telefonlarına qulaq asılması barədə tapşırıq verildiyini bildirib. Dinləmənin təşəbbüskarı antiterror mərkəzinin rəis müavini İlqar Əliyev olub. Tapşırıq antiterror mərkəzinin rəisi Elçin Quliyev tərəfindən təsdiqlənib, nazirliyin sabiq rəhbəri tərəfindən tapşırığın Monitorinq Mərkəzi tərəfindən həyata keçirilməsinə icazə verilib. Tapşırıq həyata keçirilib və əldə olunan məlumatlar İlqar Əliyevə göndərilib. General ifadəsində Məmməd Abbasbəylini tanımadığını, onunla hər hansı münasibəti olmadığını göstərib.

Həmçinin general ifadəsində bildirib ki, Bakı şəhər sakini Allahverdi Dəmirovun telefonuna qulaq asılması tapşırığı üzrə təşəbbüskar antiterrror mərkəzinin əməkdaşı İlkin Soltanov olub. Tapşırıq Elçin Quliyev tərəfindən təsdiqləndikdən sonra əldə olunan məlumatlar İlkin Soltanova göndərilib.

T.Quliyev ifadəsində qeyd edib ki, telefonları qanunsuz dinlənilən şəxslər siyahısında olan digərlərinin barəsində göstərişi də Elçin Quliyev verib. Onun özü isə həmin şəxslərin heç biri ilə tanış deyildi, münasibəti yox idi. Xatırladaq ki, telefonları qanunsuz dinlənilənlər siyahısında olanlardan biri də Bakı Metropoliteninin keçmiş rəhbəri Tağı Əhmədovdur.

 

Misir Mərdanovun qohumunu dinləmək əmri necə verilmişdi? -

“Bu şəxsləri görüşməmişəm, şəxsiyyətləri barədə hər hansı məlumata malik olmamışam. Tapşırıqda adı qeyd edilən Tağı Əhmədovu Bakı Metropoliteninin rəisi olaraq mətbuatdan tanımışam. Onunla şəxsi münasibətim, görüşüm olmayıb. Həmin tapşırıqların icrası Monitorinq Mərkəzi tərəfindən strukturun əsasnaməsi və təlimatlarına uyğun iş təşkil edilib”.

Ləğv edilmiş MTN-in Antiterror Mərkəzinin rəisi, general-mayor Elçin Quliyev, Antiterror Mərkəzinin əməkdaşı, polkovnik Azər Mehdiyevin cinayət işinə hazırda Bakı Hərbi Məhkəməsində baxılır.

Həmin qrupun işi üzrə zərərçəkənlər siyahısında yer alan, istintaq sənədlərində “Bakı şəhər sakini Allahverdi Dəmirov” kimi göstərilən şəxs keçmiş təhsil naziri Misir Mərdanovun qohumudur, deyilənlərə görə onunla xalaoğludur, yaxud ana xətti ilə hansısa qohumluq əlaqələri var.

Virtualaz.org bundan əvvəl xəbər vermişdi ki, MTN qanqsterləri Allahverdi Dəmirovu 2015-ci ilin oktyabr ayında-Eldar Mahmudovun işdən azad edilməsinə sayılı günlər qaldığı bir vaxtda saxlayıblar.

Dəmirov Allahverdi Hüseyn oğlu ifadəsində göstərir ki, 2005-ci ildə “Dəmirli Yol tikinti” MMC-ni təsis edib. Həmin cəmiyyətin fəaliyyəti yolların təmiri və tikintisini həyata keçirməkdən ibarət olub. “2015-ci ilin oktyabr ayının 6-da saat 15 radələrində “Amor” şadlıq evinin altında yerləşən restoranda oturub yemək yeyərkən 3 şəxs mənə yaxınlaşıb xidməti vəsiqələrini göstərərək özlərini MTN əməkdaşları kimi təqdim etdilər. Mənə dedilər ki, onlarla birlikdə nazirliyə getməliyəm. Məni MTN-nin 2-ci mərtəbəsinə apardılar, otaqların birinə salıb hədə-qorxu gəlməyə başladılar”-keçmiş nazirin qohumu ifadəsində göstərir.

Misir Mərdanovun qohumunu dinləmək əmri necə verilmişdi? -

Bəs Allahverdi Dəmirovu nədə ittiham ediblər və ya nəylə qorxudublar? İfadəsindən məlum olur ki, MTN-də onu kifayət qədər ciddi əməldə-ölkəyə qaçaqmalıçılıq yolu ilə külli miqdarda silah gətirib seçkiqabağı silahlı münaqişə hazırlamaqda günahlandırıblar. (Görünür söhbət 2015-ci ilin parlament seçkilərindən gedirdi.-red)

Sitat: “Otaqda olan şəxs mənə hədə-qorxu gələrək bildirdi ki, Gürcüstana qeyri-qanuni yolla pul aparmışam. Həmin pulla külli miqdarda silah alıb Azərbaycan ərazisinə gətirmişəm və guya seçkiqabağı silahlı münaqişə törətmək fikrində olmuşam. Mən həmin şəxsə cənab Prezidenti dəstəklədiyimi, dövlətimizin və dövlətçiliyimizin müdafiəsində olduğumu, MTN-in dövlətə qarşı çıxdığını, vətəndaşları incitdiyini, mənə qarşı edilmiş qanunsuzluqlar barədə ən yüksək səviyyədə şikayət edəcəyimi bildirdim”.

Dəmirov deyir ki, onu MTN-ə aparan şəxslər Nazirliyin Anti-Terror Mərkəzinin əməkdaşları idilər. Biznesmen otaqda saxlanılarkən masanın üzərində məktub olduğunu görüb və məktuba diqqətlə baxdıqda orada MTN-in Anti-Terror Mərkəzinin rəisi Elçin Quıliyevin imzası olduğunu, məktubun mətnində adının qeyd olunduğunu dəqiq görüb. Lakin məktubun məzmununu dəqiq oxuya bilməyib.

Dəmirovu nazirlikdə təxminən 4 saat saxlayıblar, saat 20 radələrində buraxıblar. Milli Təhlükəsizlik Nazirliyinə qanunsuz aparıldığı vaxt ondan heç bir məbləğdə pul istənilməyib, nə də ki, onun özü pul verməyib. Dəmirov deyir ki, MTN əməkdaşları ondan pul tələb etmək fikrində olublar, lakin görünür cəmiyyət içərisində yüksək nüfuza malik olduğunu, öz hüquqlarını müdafiə edib qanunsuz hərəkətlərdən şikayət edəcəyindən çəkinib bundan vaz keçiblər.

Qeyd edək ki, Allahverdi Dəmirov Təhsil Nazirliyinin Əsaslı Tikinti İdarəsinin keçmiş rəisi olub. 2011-ci ildə həmin vəzifədən çıxarılıb. Bu vəzifədə işləyərkən Təhsil Nazirliyinin xətti ilə həyata keçirilən tikintilərdə ciddi korrupsiya hallarının baş verdiyi barədə mətbuat uzun müddət yazıb. Hətta Dəmirovun vəzifədən çıxarılandan sonra “Bandotdel” tərəfindən saxlanıldığı da bildirilirdi.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam