Redaktor seçimi
 QHT-lərə Dövlət Dəstəyi Agentliyindən daha bir qrant hədiyyəsi... -  
Saleh Məmmədovun müsahibi Müseyib Həmzəyevin 650 minlik avtomobili -
Gəncə Dövlət Universitetində özbaşınalıqlara son qoyulsun! –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində BAŞ SAYMAQLA, BAŞ QATILIR!: Dövlətin pulu belə “YEYİLİR” –
Mingəçevirin icra başçısını Ramiz Mehdiyevin yaxın adamı ilə nə bağlayır(?)! -
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Zaur Mikayılovun Yevlaxdakı kadrı “suları belə bulandırır” –
Günün xəbəri

“14 yaşlı uşağı həbs edərlər? Bu nədi, yazırsınız?…” -Oğlu "Porsche" ilə adam öldürən biznesmen danışdı (VİDEO)

17493764_1238945282870443_737689542512869376_n

Yenixeber.org:  İş adamı Füzuli Fərəcov oğlu Ağaəli Fərəcovun “Porsche Cayenne Magnum” markalı, 99 BS 999 dövlət nömrə nişanlı avtomobillə adam öldürməsi ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirib.

Unikal.org-a açıqlama verən iş adamı hazırda araşdırma aparıldığını bildirib:

“Mənim oğlumun 14 yaşı var. Törətdiyi hadisə ilə bağlı cinayət işi açılıb, məsuliyyətə cəlb olunub və hazırda araşdırma aparılır. Qanun nəyi tələb edirsə, o da olacaq”.

Oğlunun həbs olunmasına gəlincə iş adamı bildirib ki, “14 yaşlı uşağı həbs edərlər? Bu nədi, yazırsınız?…”

“Bəs, 14 yaşlı uşağa avtomobili necə etibar etmisiniz” sualına isə iş adamı cavab vermədən telefonu söndürüb.

***

Bakıda avtomobil gənc qızı vuraraq öldürüb.

Məlumata görə, paytaxt sakini Ağaəli Fərəcovun idarə etdiyi “Porsche” markalı 99-BS-999 dövlət nömrə nişanlı avtomobil Gürcüstan vətəndaşı 24 yaşlı Xəyalə Məmmədovanı vurub.

Piyada hadisə yerində dünyasını dəyişib.
Sürücü hadisə yerindən qaçsa da, polis əməkdaşları onu tuta bilib.
Faktla bağlı araşdırma aparılır.

lent.az-ın məlumatına görə, hadisəni törədən A.Fərəcli tanınmış iş adamı Füzuli Fərəcovun oğludur. O, Bakıxanov qəsəbəsində yaşayır və burada bir neçə restoranı var. Qəzanı törədən avtomobilin qiyməti isə 200 min manatdan başlayır.

Ağaəli Fərəcovun instaqram səhifəsində paylaşdığı foto və videolardan  bəzilərini təqdim edirik:

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam