Redaktor seçimi
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki ekoloji fəlakət yaradır-
Heydərovların “London macərası” başa çatdı – 
Qadının evini başına uçuran “Melissa Group” tikinti şirkəti kimindir? -
Deputatlığa namizəd olmuş “Emil Daymond” kimi tanınan Emil Məmmədov əslində kimdir? -
Günün xəbəri

Milyonluq villası sökülən oğlu “Porşe” ilə adam öldürən oliqarx imiş –Eksklüziv/Foto

Milyonluq villası sökülən oğlu “Porşe” ilə adam öldürən oliqarx imiş –

 

Yenixeber.org: Bir neçə gün əvvəl paytaxtın Bakıxanov qəsəbəsində 2 milyonluq villanın söküldüyü xəbərini vermişdik. Həmin mülkün sahibinini kimliyini öyrənmişik.

“Bakıxanov rezidens”in binasının tikiləcəyi ərazidə plana düşən villa iş adamı Füzuli Fərəcova məxsus imiş. F.Fərəcov mətbuata tanış addır.

Onun 16 yaşlı oğlu Ağaəli Fərəcov ötən il Bakıxanov qəsəbəsində iki uşaq anası Xəyalə Məmmədovanı “Porsche” markalı maşınla vuraraq öldürmüşdü.

Məlum olub ki, Sabunçu icra başçısı Adil Vəliyevə aid olduğu deyilən “Bakıxanov rezidens”in tikiləcəyi bina məhz həmin mülkün yerinə düşüb.

İş adamı narazılıq etsə də, sonda icra başçısı deyən olub. Hazırda həmin malikanə dağıdılır. Onun yerində şirkətin göydələni inşa olunacaq.

F.Fərəcov isə oğluna görə gözükölgəli olduğu üçün yuxarılara minnətçi düşə və mülkünü qoruya bilməyib.

Əldə etdiyimiz bilgiyə görə, F.Fərəcovun oğlunun qəza törətdiyi avtomobil indi də Bakı yollarında şütüyür.

99 BS 999 nömrə nişanlı avtomobil çox vaxt qəsəbədə yerləşən iş adamına məxsus “Mohito” klubun qarşısında olur. Amma bu faciəyə səbəb olan gənci həbs etmədilər.

Qeyd edək ki, 2001-ci il təvəllüdlü A.Fərəcov “Porsche” markalı 99 BS 999 dövlət qeydiyyat nişanlı avtomobillə yolu keçən X.Məmmədovanı vuraraq hadisə yerindən qaçıb.

Dərhal xəstəxanaya yerləşdirilmiş piyada həkimlərin bütün səylərinə baxmayaraq, orada ölüb.

Gənc ananın ölümünə səbəb olmuş yeniyetmə sürücü qapalı tipli xüsusi təlim-tərbiyə müəssisəsinə göndərilib.

Ancaq o həftədə bir dəfə məntəqəyə qol çəkməyə gedir və “Mohito” klubuna qayıdır.Yunis/AzEuroNews.com/ 

Qarşı tərəfin mövvqeyini dərc etməyə hazırıq.

Milyonluq villası sökülən oğlu “Porşe” ilə adam öldürən oliqarx imiş –
Milyonluq villası sökülən oğlu “Porşe” ilə adam öldürən oliqarx imiş –
Milyonluq villası sökülən oğlu “Porşe” ilə adam öldürən oliqarx imiş –
Milyonluq villası sökülən oğlu “Porşe” ilə adam öldürən oliqarx imiş –

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam