Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

"Abdulla Gül cavabsız buraxdığı bu suallarla qarşı-qarşıya qalacaq" -AKP-dən sərt tələb

Sabiq prezident Abdulla Gül yenidən aktiv siyasətə qayıtmaq niyyətindədir.

Yenixeber.org:  O, bu barədə açıqlama verməsə də, Türkiyə mediasında onun prezidentliyə iddialı olduğu barədə məlumatlar yayılır. Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası sabiq prezidentdən bir açıqlama verərək adı ətrafında baş verən spekulyasiyalara son qoymasını gözləyir.

Türkiyə mediasına istinadən xəbərə görə, AKP-nin parlamentdəki deputat qrupunun rəhbəri Mustafa Əlidaş Abdulla Gülün bu məsələyə münasibət bildirməsini, fərziyyələrin səslənməsinə imkan verməməsini vacib sayır:

“Abdulla Gül konkret olmadığı üçün belə fərziyyələr ortaya çıxır. Əgər narahatdırsa, bu səsləndirilənlərə dəqiq münasibət bildirməsi lazımdır. Yox, əgər narahat deyilsə, cavabsız buraxdığı bu suallarla qarşı-qarşıya qalacaq. Mənim tanıdığım Abdulla Gül bu məsələlərə cavab verməlidir”.

Mustafa Əlitaş Prezident Ərdoğanın “Davadan ayrılanlar islah olmayıb” mesajını xatırladaraq bu mesajın ünvanına çatdığını bildirib:

“Xəyanət yolu tutaraq özünü məhv edənləri bu gün kim tanıyır? Hörmətli prezidentin verdiyi mesajın ünvanına çatdığı qənaətindəyəm”.

Xatırladaq ki, sabiq prezident Abdulla Gül Ərdoğanın yenidən partiya üzvü olması üçün təşkil edilən AKP-nin sonuncu toplantısında görünməyib. Bu, eləcə də onun siyasətə gələcəyi haqda fikirlər hakim partiyada ciddi narazılıq yaradıb.

Cümhuriyyət Xalq Partiyasınin sabiq sədri Dəniz Baykal isə 2019-cu ildə keçiriləcək prezident seçkilərində güclü namizədlər arasında Abdulla Gülün də ola biləcəyini qeyd edib. Məhz bu səbəbdən hakim partiya Abdulla Gülün bu məsələ ilə bağlı ortaya mövqe qoymasını istəyir.

Qeyd edək ki, Abdulla Gül AKP-nin qurucularındandır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam