Redaktor seçimi
Guya korrupsiyaya qarşı araşdırma aparırlar —
Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyada dövlətin pulu belə "yeyilir" -
“Blak lounge” restoranı kütləvi narazılıq yaradır–
Qoşqar Təhməzli dövlətin pulun belə xərcləyir -
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Günün xəbəri

DİM Azərbaycan dili fənnindən test imtahanı keçirəcək

 

 

Dövlət İmtahan Mərkəzi aprelin 22-də 2018/2019-cu tədris ili üçün Azərbaycanın ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu qaydalarına əsasən qəbul imtahanını Azərbaycan dilindən fərqli dildə verən abituriyentlər üçün Azərbaycan dili fənnindən test imtahanı keçiriləcək.

DİM-dən verilən məlumata görə, ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanını Azərbaycan dilindən fərqli dildə verən abituriyentlər üçün Azərbaycan dili imtahanı Bakı, Sumqayıt, Naxçıvan, Gəncə, Şəki, Bərdə, Göyçay, Lənkəran, Şirvan və Xaçmaz şəhərlərində ümumilikdə 17 imtahan mərkəzində aparılacaq.

İmtahan bütün binalarda eyni vaxtda - saat 13:00-da başlanır.

Qeyd edək ki, abituriyentlərə imtahanda 30 test tapşırığı təqdim edilir. Hər düzgün cavab bir balla qiymətləndirilir. Səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərmir. İmtahanının nəticəsi “məqbul” və ya “qeyri-məqbul”la qiymətləndirilir. Abituriyentin “məqbul” alması üçün onun topladığı bal 15-dən az olmamalıdır.

Ali təhsil müəssisələri və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul üzrə keçirilən Azərbaycan dili imtahanı ilə ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul üzrə keçirilən Azərbaycan dili imtahanı məzmun baxımından bir-birindən fərqlənir.

Bu imtahanda “Abituriyentin elektron ərizəsi” formasını 10 aprel 23:59-dək təsdiqləmiş abituriyentlər iştirak edəcəklər. 11 apreldən 30 aprel tarixinədək ərizələrini təsdiq edən rus bölməsinin abituriyentləri yalnız ikinci Azərbaycan dili imtahanında iştirak edə biləcəklər. Aprelin 22-də keçirilən imtahanda “qeyri-məqbul” qiymət alan və ya müxtəlif səbəblər üzündən imtahanda iştirak etməyən abituriyentlər (mayın 18-dən 29-dək qeydiyyatdan keçməklə) iyunun 10-da keçiriləcək ikinci “Azərbaycan dili” imtahanında iştirak edə bilərlər.

İmtahanda iştirakı nəzərdə tutulan (9 illik və 11 illik təhsil bazasında ) 6172 (520+5652) abituriyentdən 2846 (189+2657) nəfəri oğlan, 3326 (331+2995) nəfəri qızdır. 5585 (385+5200) abituriyent orta ümumtəhsil müəssisələrinin builki məzunu, 587 (135+452) nəfər isə əvvəlki illərin məzunlarıdır.

Ümumilikdə Bakıda 3985, Naxçıvanda 24 , Gəncədə 597, Sumqayıtda 411, Şəkidə 273, Bərdədə 138, Göyçayda 107, Şirvanda 136, Lənkəranda 101, Xaçmazda isə 400 abituriyentin imtahan verməsi nəzərdə tutulub.

İmtahanın idarə olunması üçün 41 imtahan rəhbəri, 488 nəzarətçi-müəllim ayrılıb.(report)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam