Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

Əli Həsənov:Rəsmi Bakı Qarabağ münaqişəsində müəyyən güzəştlərə hazırdır

Əli Həsənov:

 

Azərbaycanın Dağlıq Qarabağ münaqişəsinə dair mövqeyi aydındır. Bu mövqe BMT Təhlükəsizlik Şurası, ATƏT, Avropa Şurası və bütün dünya ictimaiyyətinə təqdim olunub

 

Yenixeber.org: Bu barədə Azərbaycan Respublikası prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov “The Jerusalem Post ” nəşrinə müsahibəsində bəyan edib:

“Azərbaycanın məsələyə yanaşması ondan ibarətdir ki, münaqişələrin həlli zamanı beynəlxalq hüquqa əməl olunmalıdır. Bu, o deməkdir ki, Ermənistanın işğalçı qoşunları qeyd-şərtsiz Azərbaycan ərazilərini tərk etməli, ölkənin ərazi bütövlüyü və suverenliyi bərpa olunmalı, məcburi köçkünlər isə öz torpaqlarına qayıtmalıdırlar. 

Azərbaycanın mövqeyi belədir ki, başqa dövlətin beynəlxalq hüququn tanıdığı ərazisində dövlət yaratmaq, bu məqsədə çatmaq üçün milli-etnik zəmində zorakılıq və silaha əl atmaq yolverilməzdir.

Əlbəttə, biz müəyyən güzəştlərə və problemin konstruktiv həllinə hazırıq. Bununla əlaqədar olaraq, biz münaqişənin dayanıqlı, effektiv və ədalətli nizamlanması üçün Azərbaycanın daxilində Dağlıq-Qarabağ regionuna daha geniş muxtariyyətin verilməsi, həmçinin Azərbaycanın qanunvericiliyi və beynəlxalq hüququn normalarına müvafiq olaraq, orada yaşayan erməni əhalisinin mülki, sosial-iqtisadi və mədəni hüquqlarının təmin olunması haqqında məsələni nəzərdən keçiririk”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam