Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

"Təəssüflər olsun ki, islam ölkələri Qurandan uzaq düşüblər" -İranın ali dini lideri

“Bu gün bir çox islam ölkəsi "islam mahiyyəti"nə malik deyil. Düşmənlər onların mədəniyyətinə, etiqadlarına, iqtisadiyyatına, inanclarına, siyasətlərinə və ictimai münasibətlərinə müdaxilə qüdrətinə malikdirlər və  müsəlmanlar arasında nifrət və düşmənçilik törədirlər”.

Yenixeber.org:  İRİB-ə istinadən xəbərə görə, bu sözləri İranın ali dini lideri, ayətullah Xameneyi 34-cü Beynəlxalq Quran Müsabiqəsinin seçilmiş iştirakçıları ilə görüşündə deyib.

Xameneyi müsəlmanların bu günkü problemlərini "Qərbin mədəni, siyasi və iqtisadi hegemoniyası"nın nəticəsi adlandırıb. Onun sözlərinə görə, bu gün islam ölkələrinin  Amerika, İsrail qarşısındakı vəziyyəti onların Qurandan uzaq düşməsindən qaynaqlanır: “Təəssüflər olsun ki, müsəlman xalqlar və islam ölkələri Qurandan uzaq düşüblər və onun təlimlərindən xəbərsizdirlər”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam